Ən fəzilətli zikr: Subhanallah, Əlhəmdulillah, La ilahə illallah

Günün istənilən vaxtında deyilə bilən, savabı böyük qısa zikrlər.

1 Bir dəfə

لَا إِلَهَ إِلَّا اللَّهُ

Mənası və mənbəyi

Cabir bin Abdullahdan - Allah ondan razı olsun - rəvayət edildiyinə görə o, belə demişdir: Mən Allah Rəsulunun - salləllahu aleyhi va səlləm - belə dediyini eşitdim: "Zikrin ən fəzilətlisi: «Lə iləhə illəllah» kəlməsidir, duanın ən fəzilətlisi isə: «Əlhəmdulilləh» sözüdür".

Ət-Tirmizi, Ən-Nəsai əl-Kubrada və İbn Məcə rəvayət ediblər Dərəcəsi: Həsən

İzah

Peyğəmbər - salləllahu aleyhi va səlləm - bizə ən fəzilətli zikrin “Lə iləhə illallah" kəlməsi olduğunu, yəni: Uca Allahdan başqa ibadətə layiq haqq məbud olmadığını və eyni zamanda ən fəzilətli duanın da "Əlhəmdulillah" sözü olduğunu, yəni: Uca Allahın nemətləri bəxş edən, bütün kamil və gözəl vəsflərə layiq olan mənasına gəldiyini xəbər vermişdir.

Faydaları

  • Bu hədis Uca Allahı tövhid kəlməsi ilə çoxlu zikr etməyə və həmd-səna edərək Ona dua etməyə təşviq etmişdir.

HadeethEnc.com saytında oxuyun

2 Bir dəfə

سُبْحَانَ اللَّهِ، وَالْحَمْدُ لِلَّهِ، وَلَا إِلَهَ إِلَّا اللَّهُ، وَاللَّهُ أَكْبَرُ

Mənası və mənbəyi

Səmura bin Cundəbdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Allaha ən sevimli olan dörd kəlimə vardır: Subhanallah (Allah nöqsanlardan pakdır), əlhəmdulilləh (həmd yalnız Allaha məxsusdur), ləə iləhə illəllah (Allahdan başqa ibadətə layiq ilah yoxdur), Allahu əkbər (Allah ən böyükdür). Hansıyla başlasan zərəri olmaz".

Muslim rəvayət etdi Dərəcəsi: Səhih

İzah

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, uca Allaha ən sevimli olan kəlimələr dörddür:

Subhanallah: Yəni uca Allahın bütün nöqsanlardan uzaq olması.

Əlhəmdulilləh: Bu, sevgi və təzim bəsləməklə Allahı ən mükəmməl sifətlə vəsf etməkdir.

Lə iləhə illəllah: Yəni, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur.

Allahu əkbər: Yəni, O hər şeydən ən izzətli, ən əzəmətli, ən böyükdür.

Bu fəziləti və savabını əldə etmək üçün bu kəlimələri tələffüz edərkən onları sıra qaydasında söyləmək vacib deyildir.

Faydaları

  • Şəriətin asanlığı, belə ki, hansı biri ilə başlasan fərq etmir.

HadeethEnc.com saytında oxuyun

3 Bir dəfə

سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ، سُبْحَانَ اللَّهِ الْعَظِيمِ

Mənası və mənbəyi

Əbu Hureyrədən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilmişdir: "Dildə yüngül, tərəzidə ağır, Rəhmana sevimli gələn iki kəlimə vardır: Subhənallahil-Azim, Subhənallahi və bihəmdihi".

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Dərəcəsi: Səhih

İzah

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanın çətinlik çəkmədən, hər zaman bu iki kəliməni tələffüz etməsi barədə xəbər verir və vurğulayır ki, əməl tərəzisində bu iki kəlimənin mükafatı möhtəşəmdir və həmçinin bildirir ki, bunlar Rəhman olan uca və müqəddəs Rəbbimizə sevimli olan kəlimələrdəndir:

"Subhənallahil-Azim, Subhənallahi və bihəmdihi" sözləri uca və müqəddəs Allahın əzəmət və kamillik sifətləriylə vəsfini və nöqsanlardan uzaq olmasını ehtiva edir.

Faydaları

  • Ən möhtəşəm zikr - Allahı eyiblərdən münəzzəh edən və Ona həmd səna edilən zikrin bir yerdə, bir araya gəlməsidir.
  • Allahın qullarına qarşı olan rəhmətinin genişliyinin bəyanı, və az əməl olsa belə O, əvəzini böyük mükafatla verir.

HadeethEnc.com saytında oxuyun

4 Bir dəfə

سُبْحَانَ اللَّهِ، وَالْحَمْدُ لِلَّهِ، وَلَا إِلَهَ إِلَّا اللَّهُ، وَاللَّهُ أَكْبَرُ

Mənası və mənbəyi

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: ""Subhənallah valhəmdulilləh, və ləə iləhə illallah,vallahu əkbər" söyləmək günəşin üzərinə doğduğu hər şeydən mənə sevimlidir".

Muslim rəvayət etdi Dərəcəsi: Səhih

İzah

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, uca Allahı bu əzəmətli kəlimələrlə zikr etmək dünya və dünyada nə varsa ondan xeyirlidir. Bunlar:

"SubhanAllah": Uca Allahı hər cür nöqsanlardan pak tutmaq.

"Əlhəmdulilləh": kamil sifətləriylə Ona məhəbbət bəsləyərək və təzim edərək Onu tərifləmək.

"Ləə iləhəh illallah": Allahdan başqa haqq məbud yoxdur.

"Allahu əkbər": hər şeydən ən böyük və ən əzəmətli olan.

Faydaları

  • Allahı zikr etməyə təşviq və zikrin günəşin üzərinə doğduğu hər şeydən sevimli olması.
  • Savabına və fəzilətinə görə zikri çoxaltmağa təşviq.
  • Dünya ləzzəti az və ehtirasları keçicidir.

HadeethEnc.com saytında oxuyun

5 100 dəfə

سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ

Mənası və mənbəyi

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Kim gün ərzində yüz dəfə Subhənallahi və bihəmdihi deyərsə, günahları dəniz köpüyü qədər olsa belə bağışlanar".

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Dərəcəsi: Səhih

İzah

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, kim gün ərzində yüz dəfə: "Subhənallahi və bihəmdihi" deyərsə, günahları coşan dənizin üzərini alan köpüklər qədər çox olsa belə silinər.

Faydaları

  • Bu savaba gün ərzində istər ardıcıl surətdə, istərsə də ayrı-ayrılıqda deməklə nail olunur.
  • Təsbih (subhanallah): Allah nöqsansızdır - deməkdir. Əlhəmdulilləh: Allahı sevərək və təzim edərək, kamillik sifəti ilə vəsf etməkdir.
  • Hədisdə nəzərdə tutulan kiçik günahların bağışlanmasıdır, böyük günahlara gəldikdə isə onlara tövbə etmək gərəkdir.

HadeethEnc.com saytında oxuyun

6 Bir dəfə

لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، اللهُ أَكْبَرُ كَبِيرًا، وَالْحَمْدُ لِلَّهِ كَثِيرًا، سُبْحَانَ اللهِ رَبِّ الْعَالَمِينَ، لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللهِ الْعَزِيزِ الْحَكِيمِ

Mənası və mənbəyi

Sə'ddən (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: Bir bədəvi ərəb (səhrada yaşayan) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldi və dedi: "Mənə söyləməyə zikr öyrət". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi:: "De:Ləə iləhə illallahu vəhdəhu lə şərikə ləhu, Allahu Əkbər kəbiran, vəl-həmdu lilləhi kəsiran, Subhənallahi Rabbil-ələmin, lə həvlə və ləə quvvətə illə billəhil-əzizil-həkim!" (Tək Olan Allahdan başqa ilah yoxdur, onun şəriki yoxdur, Allah ən böyükdür. Allaha çoxlu həmd olsun, aləmlərin Rəbbi olan Allah eyib və nöqsanlardan Pakdır! Qüdrətli və Hikmət sahibi Allahdan başqa heç bir güc və qüdrəti olan yoxdur!) Bədəvi ərəb dedi: Bunlar Rəbbim üçündür. Bəs özüm üçün nə söyləyim? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "De: "Allahumməğfirli, vərhəmni,vəhdini,vərzuqni!" (Allahım, məni bağışla, mənə rəhm et, mənə hidayət et və məni ruziləndir!).

Muslim rəvayət etdi Dərəcəsi: Səhih

İzah

Səhrada məskunlaşan bir kişi Allahın Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) ona söyləməyə bir zikr öyrətməsini istədi, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona dedi: De ki: "Ləə iləhə illallahu vəhdəhu lə şərikə ləhu"- tövhid şəhadəti ilə başladı ki, onun da mənası -Allahdan başqa haqq məbud yoxdur -deməkdir, Allahu Əkbəru kəbiran"- Yəni: Allah hər şeydən böyükdür və əzəmətlidir. "vəlhəmdu lilləhi kəsiran" Yəni, sifətləri, felləri və saysız-hesabsız nemətlərinə görə Allaha çoxlu həmd olsun. "Subhənallahi Rabbil-ələmin" Yəni, bütün nöqsanlardan münəzzəh və ucadır. "Lə həvlə və ləə quvvətə illə billəhil-əzizil-həkim" Yəni: Allah, Onun köməyi və müvəffəqiyyəti olmadan bir vəziyyətdən digərinə keçid-dəyişiklik yoxdur. Kişi dedi: Bu kəlimələr Rəbbimi zikr və təzim etmək üçündür . Bəs mən özüm üçün necə dua edim? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona dedi: De ki: "Allahumməğfir li" (Allahım məni bağışla) Günahlarımı silib-örtərək "Vərhəmni" (Və mənə rəhm et) Dini və dünyəvi fayda və mənfəətləri mənə çatdırmaqla "vəhdini" (Mənə hidayət ver) Ən gözəl hala və doğru yola "Vərzuqni" (Və mənə ruzi ver) Halal ruzi, sağlamlıq və bütün xeyir və salamatlıq

Faydaları

  • "Ləə iləhə illallah", "Allahu Əkbər, "Əlhəmdu lilləh" və "Subhənallah" zikrləri ilə Allahın zikrinə təşviq etmək.
  • Duadan öncə Allahı zikr etmək və Ona səna (tərif) etməyin bəyənilən olması
  • İnsanın ən gözəl dualarla və dünya və axirət xeyirlərini özündə cəm edən, Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) gələn dualarla dua etməsi bəyəniləndir. O, həmçinin istədiyi duanı da edə bilər.
  • Qul, dünya və axirətdə ona fayda verəcək şeyləri öyrənməyə həris olmalıdır.
  • Bağışlanma, rəhmət və ruzi istəməyə təşviq edilmişdir . Çünki bunlar xeyirləri özündə cəm edir.
  • Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) ümmətinə, onlara fayda verəcək şeyləri öyrətməyə şəfqətli olması.
  • Qulun təmizlənməsini tamamlamaq üçün rəhmət məğfirətdən sonra qeyd edilmişdir. Məğfirət günahları örtür, onları silir və cəhənnəmdən uzaqlaşdırır. Rəhmət isə xeyirlərin qula çatmasını və Cənnətə daxil olmanı ifadə edir. Məhz bu böyük qurtuluşdur.

HadeethEnc.com saytında oxuyun

7 Bir dəfə

Mənası və mənbəyi

Əbu Malik Əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Təmizlik imanın yarısıdır. Əlhəmdulilləh tərəzini doldurur. Subhənallah və əlhəmdulilləh sözləri isə yerlər və göylərin arasını doldurur. Namaz nurdur, sədəqə burhandır (dəlildir), səbr isə işıqdır. Quran ya sənin leyhinə ya da əleyhinə dəlildir. Hər kəs sabahlayaraq öz nəfsini satar, kimisi (Allaha itaət etməklə Cəhənnəm əzabından) onu azad edər, kimisi isə (şeytana tabe olmaqla) onu həlak edər".

Muslim rəvayət etdi Dərəcəsi: Səhih

İzah

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) zahiri təmizliyin dəstəmaz və qüsl ilə olacağını və bunun namazın şərti olduğunu xəbər vermişdir. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) "Əlhəmdulilləh tərəzini doldurur" - sözü, Uca Allaha tərifdir və Onu kamil sifətlərlə vəsf etməkdir. Bu söz, qiyamət günü tərəzidə çəkiləcək və əməllər tərəzisini dolduracaqdır. Peyğəmbərin (Allahın salamı və salavatı onun üzərinə olsun) "Subhənallah və əlhəmdulilləh" - sözü, Uca Allahı bütün nöqsanlardan uca tutmaq, Onu, Cəlalına layiq bir şəkildə kamil sifətlərlə vəsf edərək, Ona məhəbbət bəsləmək və Ona təzim etmək göylər və yer arasını doldurur. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) "Namaz nurdur" - sözü, qulun qəlbində, üzündə, qəbrində və həşr edildiyində nur olacağı mənasındadır. "Sədəqə bürhandır" - sözü, möminin imanında səmimi olduğuna və imanının qarşılığında veriləcək vədə inanmadığı üçün ondan üz çevirən münafiqdən fərqli olduğuna dəlildir. "Səbr işıqdır" - sözü, nəfsi, dözümsüzlük nümayiş etdirməkdən və qəzəblənməkdən saxlaması deməkdir. Bu işıq, günəş işığı kimi hərarətli və yandıran bir işıqdır. Çünki, səbr etmək məşəqqətli bir işdir və insanın nəfsi ilə mübarizə aparıb, onun istəklərindən əngəllməsi lazımdır. Səbr sahibi nur, hidayət və haqq üzərində davam edir. Allaha itaətdə səbr etmək, günahlara qarşı səbr etmək və dünyada başına gələn müsibətlərə və müxtəlif çətinliklərə səbr etmək səbrin növlərindəndir. "Quran ya sənin leyhinə dəlildir" - oxumaqla və ona əməl etməklə sənin lehinə dəlildir, "ya da aleyhinə dəlildir" - ondan qaynaqlanan əməlləri və tilavətini tərk etməklə sənə qarşı hüccətdir. Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, bütün insanlar yataqlarından qalxıb evlərindən çıxaraq müxtəlif işlər görmək üçün yer üzünə yayılırlar və çalışmağa başlayırlar. Onlardan bir qismi Allaha itaət üzərində olaraq özlərini cəhənnəmdən xilas edir, bir qismi isə, bu yoldan azaraq haramlara düşür və cəhənnəmə daxil olaraq özlərini həlak edirlər.

Faydaları

  • Təmizlik iki növdür: Zahiri təmizlik və bu, dəstəmaz və qüslla baş verir. Daxili təmizlik - bu isə iman, tövhid və saleh əməllərlə hasil olur.
  • Namazlara diqqət edib, vaxtında qılmağın əhəmiyyəti və onun bu dünyada da, qiyamət günündə də, insan üçün nur olması.
  • Sədəqə imanın səmimiliyinə dəlildir.
  • Quranın hökmlərinə əməl etməyin əhəmiyyəti və onun sənin əleyhinə yox, leyhinə dəlil olması üçün təsdiq etməyin önəmi.
  • Nəfsi itaətlə məşğul etməsən, səni günahlarla məşğul edər.
  • Hər bir insanın müəyyən əməllər etməsi qaçılmazdır, o ya itaətlə özünü cəhənnəmdən xilas edər, ya da asiliklə özünü cəhənnəmə atar.
  • Səbr dözümlülüyü və qarşılığını Allahdan gözləməyi tələb edir və bunda da çətinlik var.

HadeethEnc.com saytında oxuyun

Suallar

Bu səhifədə nə var?

Ən fəzilətli zikr: hər biri ərəbcə mətni, mənası, mənbəyi olan hədis, dərəcəsi və izahı ilə.

Tərcümələr haradan götürülüb?

Tərcümə olunmuş Peyğəmbər hədisləri ensiklopediyası HadeethEnc.com saytından. Hər hədis onların dərc etdiyi kimi, mənbəyi və dərəcəsi ilə, əslinə keçidlə göstərilir.

Sayğac necə işləyir?

Zikrin altındakı sayğaca toxunun, o sıfıra qədər geri sayır. Yalnız bu səhifədə işləyir və heç nə yadda saxlanılmır.

Gündəlik xatırlatma ala bilərəmmi?

Bəli. Android üçün pulsuz Qabas tətbiqi hər gün səhər və axşam zikrlərini xatırladır və eyni sayğaca malikdir.