Dua nə vaxt qəbul olur? Vaxtları və səbəbləri

Duanın qəbul olunmasının ən çox ümid edildiyi vaxtlar və hallar.

1 Bir dəfə

Mənası və mənbəyi

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Qulun Allaha ən yaxın olduğu an, səcdədə olduğu məqamdır. Səcdədə olarkən duanı çoxaldın".

Muslim rəvayət etdi Dərəcəsi: Səhih

İzah

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, qulun Rəbbinə ən yaxın olduğu an, səcdə etdiyi andır və buna səbəb namaz qılanın səcdə əsnasında bədəninin ən uca və ən şərəfli hissəsini izzət və cəlal sahibi olan Allaha itəatkarlıqla, zəlilliklə və təvazökarlıqla yerə qoymasıdır.

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) səcdədə duanı artırmağı əmr edir. Nəticədə Allaha zəlilliklə edilən səcdədə, söz və feil birləşir.

Faydaları

  • İtaət, qulun uca və pak olan Allaha yaxınlığını artırır.
  • Səcdədə duanı artırmağın müstəhəbliyi, çünki duanın qəbul olunma məqamlarındandır.

HadeethEnc.com saytında oxuyun

2 Bir dəfə

Mənası və mənbəyi

Əbu Umamədən rəvayət edilir ki, o, belə dedi: Amr ibn Əbəsə (Allah ondan razı olsun) mənə dedi ki, o, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdi: "Rəbbin qula ən yaxın olan vaxtı gecənin sonudur, əgər sən o vaxt Allahı zikr edənlərdən ola bilirsənsə, ol".

Əbu Davud, Ət-Tirmizi,Ən-Nəsai rəvayət etdi Dərəcəsi: Səhih

İzah

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə xəbər verir ki, Rəbbin qula ən yaxın olduğu vaxtı gecənin son üçdə biridir. Ey mömin, əgər sən həmin vaxta müvəffəq olmusansa və bu vaxt ibadət edən, namaz qılan, zikr edən və tövbə edənlərdən olmağı bacarırsansa, (bil ki) həqiqətən də bu faydalanmağın və çalışmağın lazım olduğu bir fürsətdir.

Faydaları

  • Müsəlmanı gecənin sonunda zikr etməyə həvəsləndirmək.
  • Zikr, dua və namaz üçün vaxtların bəzilərinin digərindən daha üstün olması.
  • Mayrak (Allah ona rəhmət etsin) demişdir: "Rəbbin qula ən yaxın olan vaxtı" sözü ilə "Qulun Rəbbinə ən yaxın olan halı səcdə halıdır" sözləri arasında fərq budur: Birincidən məqsəd Rəbbin qula ən yaxın olan vaxtın bəyanıdır ki, bu gecənin son vaxtıdır, ikincidən məqsəd isə qulun Allaha ən yaxın olan halının bəyanıdır ki, o da səcdə halıdır".

HadeethEnc.com saytında oxuyun

3 Bir dəfə

Mənası və mənbəyi

Numan bin Bəşirdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Dua ibadətdir", sonra bu ayəni oxudu: "Rəbbiniz belə buyurdu: “Mənə dua edin ki, dualarınızı qəbul edim! Mənə ibadət etməyə təkəbbür göstərənlər zəlil bir halda cəhənnəmə girəcəklər" [Ğafir 40 surəsi, ayə 60].

Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər Dərəcəsi: Səhih

İzah

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, dua ibadətin əsasıdır. Burada önəmli olan budur ki, edilən dua sırf Allah üçün olmalıdır, bu dua istər istək və tələb duası olsun, belə ki, Allah Təalədən dünya və axirətdə özünə fayda verən şeyləri umub və zərər verən şeyləri dəf etməyi istəsin, yaxud da ibadət duası olsun, bu isə Allahın sevib və razı qaldığı zahiri və batini əməllərdən və sözlərdən, həmçinin qəlbi ilə, bədəni ilə və mal-dövləti ilə icra edilən ümumi ibadətlərdən ibarətdir.

Arxasınca Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) uca Allahın bu kəlamını dəlil gətirərək deyir: Uca Allah buyurur: "Mənə dua edin ki, dualarınızı qəbul edim! Mənə ibadət etməyə təkəbbür göstərənlər zəlil bir halda cəhənnəmə girəcəklər".

Faydaları

  • Dua ibadətin əsasıdır və Allahdan başqasına yönəltmək olmaz.
  • Dua qulluğun həqiqətini, Uca Rəbbin qüdrətini, Onun kimsəyə ehtiyacı olmadığını və qulun Ona möhtaclığının etirafını özündə ehtiva edir.
  • Duanı tərk etməyə görə və Allaha ibadətdə təkəbbürlük etməyə görə şiddətli xəbərdarlıq edilmişdir. Allaha dua etməyə təkəbbürlük edənlər cəhənnəmə alçaldılmış və zəlil vəziyyətdə girəcəklər.

HadeethEnc.com saytında oxuyun

4 Bir dəfə

Mənası və mənbəyi

Əbu Hureyrədən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilmişdir: "Uca Allah qatında duadan daha dəyərli bir şey yoxdur".

Ət-Tirmizi, İbnu Məcə və Əhməd rəvayət etdi Dərəcəsi: Həsən

İzah

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, Allaha edilən ibadətlər arasında duadan daha üstünü yoxdur, çünki dua etməklə uca və pak olan Allahın məxluqatdan ali və zəngin olması ilə bərabər qulun aciz və Ona möhtac olması etiraf olunur.

Faydaları

  • Duanın fəziləti, belə ki, Allaha dua etmək- Onu əzəmətləndirməkdir, pak olan Allahın hər kəsdən ehtiyacsız olmasıdır, çünki yoxsula dua edilməz, Allah eşidəndir, çünki kar olan birinə dua edilməz, Allah Kərimdir, xəsisdən bir şey istənilməz, O mərhmətlidir, qəddardan rəhmət dilənilməz, O qüdrət sahibidir, acizdən nəsə istənilməz, O yaxındır, uzaqda olan eşitməz. Bu və digər Allaha xas olan uca və gözəl sifətlərini etiraf etməkdir.

HadeethEnc.com saytında oxuyun

5 Bir dəfə

Mənası və mənbəyi

Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Allahın Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir: "Həqiqətən, Uca Allah Pakdır və yalnız Pak olanları qəbul edər. Həqiqətən, Allah peyğəmbərlərə əmr etdiyini möminlərə də əmr etmişdir. Uca Allah buyurur: (Ey Peyğəmbərlər, təmiz və halal nemətlərdən yeyin və yaxşı işlər görün!). O, həmçinin, buyurur: (Ey iman gətirənlər! Sizə ruzi olaraq verdiyimiz təmiz və halal nemətlərdən yeyin). Sonra Peyğəmbər (sallallahu əleyhi va səlləm) uzun müddətli səfərə çıxmış, saçları dağınıq, üst-başı da toz-torpaq içində olan və bu halda əllərini göyə qaldırıb: “Ya Rəbb, ya Rəbb!” – deyə yalvaran birisini xatırlatdı. Peyğəmbər (sallallahu əleyhi va səlləm) davam edib belə dedi: Onun yediyi, haram, içdiyi haram, geydiyi haram və haramla qidalanmışdır. Beləsinin duası necə qəbul ola bilər?!".

Muslim rəvayət etdi Dərəcəsi: Səhih

İzah

Peyğəmbər (sallallahu aleyhi və səlləm) Uca Allahın pak, müqəddəs, bütün naqisliklərdən və eyiblərdən uzaq olduğunu, Onun kamillik sifətləri ilə vəsfləndiyini, əməllərdən, sözlərdən və əqidədən yalnız pak olanları, yəni: xalis Allah üçün və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yoluna müvafiq olanı qəbul etdiyini, Uca Allaha yalnız belə əməllərlə yaxınlaşmağın mümkün olduğunu xəbər vermiş və həmçinin, mömin kimsəni yaxşı əməllərə nail edəcək ən əzəmətli şeyin, yeməyinin pak olması, bu da onun yeməyinin halal olması ilə ola biləcəyini və nəticədə əməlinin də yaxşı olacağını bildirmişdir. Buna görə də Uca Allah peyğəmbərlərə halal yemək və saleh əməllər barədə nəyi əmr etmişdirsə, möminlərə də eyni ilə onu əmr etmişdir. Uca Allah buyurur: “Ey peyğəmbərlər, təmiz və halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm!”. Uca Allah başqa bir ayədə belə buyurur: “Ey iman gətirənlər! Sizə ruzi olaraq verdiyimiz təmiz və halal nemətlərdən yeyin!”.

Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) əməli korlayan və əməlin qəbul olunması üçün nə qədər zahiri səbəblər işlənsə də, onun qəbul olunmasına mane olan haram yeməkdən çəkindirmişdir. Əməlin qəbul olunması üçün zahiri səbəblərdən bəziləri aşağıdakılardır:

Birincisi: Həcc, cihad və qohumluq əlaqələrini birləşdirmək və s. bu kimi itaət məqsədləri üçün uzunmüddətli səfərə çıxmaq.

İkincisi: Saçlarını daramadığı üçün saçları dağınıq, toz-torpaqdan üz-gözünün və üst-başının rəngi dəyişmiş və özüdə möhtac bir halda olmaq.

Üçüncüsü: Dua etmək üçün iki əlini göyə qaldırır.

Dördüncüsü: Uca Allaha gözəl adları ilə təvəssül edib: “Ya Rəbb, ya Rəbb!” – deyə yalvararaq israrla dua etməsi.

Duanın qəbul olunma səbəblərinin olmasına baxmayaraq, onun duası qəbul olunmadı. Çünki onun yediyi, içdiyi, geydiyi haramdır və o, haramla qidalanmışdır. Belə vəsfə sahib olan kimsənin duasının qəbul olunması mümkün deyil. Axı beləsinin duasına necə cavab verilə bilər?!

Faydaları

  • Uca Allahın zatında, sifətlərində, feillərində və hökmlərində kamilliyi.
  • Əməlin ixlasla, yalnız Allah üçün və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsinə müvafiq şəkildə edilməsinin əmr olunması.
  • Dəvət edərkən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) hədisdə: "Allah peyğəmbərlərə əmr etdiyini möminlərə də əmr etmişdir" buyurduğu kimi, əmələ təşviq edən üslubdan istifadə etmək. Əgər mömin bunun peyğəmbərlərə əmr edilmiş şeylərdən biri olduğunu bilərsə, bu zaman o, əməl etməyə özündə qüvvət toplayar və tabe olmağa həvəslənər.
  • Duanın qəbul olunmasına mane olan səbəblərdən biri də haram yeməkdir.
  • Duanın qəbul olunması səbəbləri arasında beş şey vardır ki, onlardan birincisi: uzun müddətli məşəqqətli bir səfər səbəbi ilə yaranan, duanın qəbul edilməsinin ən əzəmətli səbəblərindən biri olan nəfsin sınmağı. İkincisi: zərurət halı. Üçüncüsü: İki əli səmaya qaldırmaq. Dördüncüsü: Uca Allahın rübubiyyətini təkrar-təkrar zikr edərək Ona israrla dua etmək. Bu, duaya cavab verilməsinin ən əzəmətli səbəblərindən biridir. Beşincisi: Halal olan şeylərdən yemək və içmək.
  • Yemək-içməyin halal, təmiz olması saleh əməl işləməyə yardım edən səbəblərdən biridir.
  • Qadi belə demişdir: Yaxşı sözü xəbis sözünün ziddidir. Əgər Uca Allah "Yaxşı" sözü ilə vəsf edilərsə bu, Onun nöqsanlardan və eyib sifətlərdən pak və uzaq olduğu anlamındadır. Əgər bir qul ümumilikdə "Yaxşı" sözü ilə vəsf olunarsa, bu, onun pis əxlaqlardan və çirkin əməllərdən uzaq olduğunu və bu xüsusiyyətlərin əksinə, gözəl əxlaq və yaxşı əməllərə sahib olduğu anlamındadır. Əgər mal-dövlət "Yaxşı" sözü ilə vəsf edilərsə bu, o mal-dövlətin halal və ən xeyirli mal-dövlət olduğu anlamındadır.

HadeethEnc.com saytında oxuyun

Suallar

Bu səhifədə nə var?

Duanın qəbul olduğu vaxtlar: hər biri ərəbcə mətni, mənası, mənbəyi olan hədis, dərəcəsi və izahı ilə.

Tərcümələr haradan götürülüb?

Tərcümə olunmuş Peyğəmbər hədisləri ensiklopediyası HadeethEnc.com saytından. Hər hədis onların dərc etdiyi kimi, mənbəyi və dərəcəsi ilə, əslinə keçidlə göstərilir.

Gündəlik xatırlatma ala bilərəmmi?

Bəli. Android üçün pulsuz Qabas tətbiqi hər gün səhər və axşam zikrlərini xatırladır və eyni sayğaca malikdir.