Dünya və axirət üçün əhatəli dualar

Dünyada və axirətdə hər cür xeyri istəyən qısa dualar.

1 Bir dəfə

اللَّهُمَّ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً، وَفِي الآخِرَةِ حَسَنَةً، وَقِنَا عَذَابَ النَّارِ

Mənası və mənbəyi

Ənəsdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o, belə dedi: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ən çox etdiyi duası bu idi: "Allahummə Rabbənə ətinə fiddunyə həsənətən və fil-əxirati həsənətən və qinə əzəbən-nər" (Ey Rəbbimiz olan Allahım, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver və bizi od əzabından (Cəhənnəmdən) qoru).

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Dərəcəsi: Səhih

İzah

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) başqa duaları özündə cəm edən duaları daha çox edərdi, onlardan biri budur: "Allahummə Rabbənə ətinə fiddunyə həsənətən və fil-əxirati həsənətən və qinə əzəbən-nər". Və bu, bol, geniş, halal ruzi və saleh həyat yoldaşı, gözün sevinci olan övlad, rahatlıq faydalı elm və saleh əməl və digər sevimli, mübah istəklər kimi dünya xeyirlərini əhatə edir və eyni zamanda qəbrdə, məhşərdə və cəhənnəmdə əzabdan salamat qalmaq və Allahın razılığına, əbədi nemətə və Rəhimli Rəbbə yaxın olmağa nail olmaq kimi axirət xeyirlərini də əhatə edir.

Faydaları

  • Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) nümunə götürərək əhatəli-geniş dualar etməyin bəyənilən olması.
  • İnsanın duasında dünya və axirət xeyirlərini cəm etməsi daha kamildir.

HadeethEnc.com saytında oxuyun

2 Bir dəfə

Mənası və mənbəyi

Abbas bin Əbdul-Muttalibdən (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: Dedim: Ey Allahın Rəsulu, mənə elə bir şey öyrət ki, onu izzət və cəlal sahibi olan Allahdan istəyim. Dedi: “Allahdan salamatlıq istə!” Mən bir neçə gün gözlədim, sonra yenə gəlib dedim: “Ey Allahın Rəsulu, mənə elə bir şey öyrət ki, onu Allahdan istəyim. Mənə dedi: "Ey Abbas, ey Allah Rəsulunun əmisi, Allahdan dünya və axirətdə salamatlıq istə"

Ət-Tirmizi və Əhməd rəvayət ediblər Dərəcəsi: Başqasıyla səhih olan

İzah

Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) əmisi, Abbas bin Əbdul-Muttalib (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) ona, Allaha edəcəyi bir dua öyrətməyini istəyir. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) da ona Allahdan dində, dünyada və axirətdə, bəla və eyiblərdən salamatlıq və afiyət diləməyini öyrətdi. Abbas dedi: Bir neçə gündən sonra yenidən ondan Allaha edəcəyim bir dua öyrətməsi üçün yanına qayıtdım. O, isə əmisinə sevgiylə bu sözləri söylədi: Ey Abbas, ey Allahın Elçisinin əmisi, dünya və axirətdə bütün zərərləri uzaqlaşdırmaq və bütün xeyir və faydanı əldə etmək üçün Allahdan afiyət istə.

Faydaları

  • Abbas (Allah ondan razı olsun) ikinci dəfə soruşduqda Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) eyni cavabı təkrarlaması, qulun Rəbbindən istədiyi ən yaxşı şeyin afiyət olduğuna dəlalət edir.
  • Afiyətin(Salamatlığın) fəzilətini və onun dünya və axirətdə xeyiri cəm etməsini bəyan etmək.
  • Səhabələrin (Allah onlardan razı olsun) elmi və xeyiri artırmağa olan hərislikləri.

HadeethEnc.com saytında oxuyun

Suallar

Bu səhifədə nə var?

Əhatəli dualar: hər biri ərəbcə mətni, mənası, mənbəyi olan hədis, dərəcəsi və izahı ilə.

Tərcümələr haradan götürülüb?

Tərcümə olunmuş Peyğəmbər hədisləri ensiklopediyası HadeethEnc.com saytından. Hər hədis onların dərc etdiyi kimi, mənbəyi və dərəcəsi ilə, əslinə keçidlə göstərilir.

Gündəlik xatırlatma ala bilərəmmi?

Bəli. Android üçün pulsuz Qabas tətbiqi hər gün səhər və axşam zikrlərini xatırladır və eyni sayğaca malikdir.