Gündəlik həyatda İslam

4 dərsdən 3-ci dərs

Müsəlman necə danışmalı və qonşularına necə davranmalıdır?

Qurandan

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا يَسۡخَرۡ قَوۡمٞ مِّن قَوۡمٍ عَسَىٰٓ أَن يَكُونُواْ خَيۡرٗا مِّنۡهُمۡ وَلَا نِسَآءٞ مِّن نِّسَآءٍ عَسَىٰٓ أَن يَكُنَّ خَيۡرٗا مِّنۡهُنَّۖ وَلَا تَلۡمِزُوٓاْ أَنفُسَكُمۡ وَلَا تَنَابَزُواْ بِٱلۡأَلۡقَٰبِۖ بِئۡسَ ٱلِٱسۡمُ ٱلۡفُسُوقُ بَعۡدَ ٱلۡإِيمَٰنِۚ وَمَن لَّمۡ يَتُبۡ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ ﴿١١﴾ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱجۡتَنِبُواْ كَثِيرٗا مِّنَ ٱلظَّنِّ إِنَّ بَعۡضَ ٱلظَّنِّ إِثۡمٞۖ وَلَا تَجَسَّسُواْ وَلَا يَغۡتَب بَّعۡضُكُم بَعۡضًاۚ أَيُحِبُّ أَحَدُكُمۡ أَن يَأۡكُلَ لَحۡمَ أَخِيهِ مَيۡتٗا فَكَرِهۡتُمُوهُۚ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ تَوَّابٞ رَّحِيمٞ ﴿١٢﴾

Ey iman gətirənlər! Bir qövm başqa bir qövmü məsxərəyə qoymasın. Ola bilər ki, onlar (məsxərəyə qoyulanlar) o birilərindən (məsxərə qoyanlardan Allah yanında) daha xeyirli olsunlar. Qadınlar da qadınları məsxərəyə qoymasınlar. Ola bilər ki, onlar (məsxərəyə qoyulanlar) o birilərindən (məsxərə qoyanlardan Allah yanında) daha xeyirli olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır. Ey iman gətirənlər! Zənnin çoxundan çəkinin. Çünki zənnin bəzisi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi?! Bu sizdə ikrah hissi oyadır. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.

Al-Hujurat 49:11-12Quranda oxuyun

Sünnədən

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Allaha və axirət gününə iman gətirən, ya xeyir söyləsin, ya da sussun, Allaha və axirət gününə iman gətirən qonşusuna yaxşılıq etsin, kim Allaha və axirət gününə iman gətirirsə, qonağına qarşı səxavətli və əliaçıq olsun".

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Səhih HadeethEnc.com
İzah

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Allaha və dönəcəyi axirət gününə iman gətirən mömin barədə bəhs edir, etdiyi əməlin müqabilini alacağı barədə xəbər verir. İmanı onu aşağıdakı xüsusi keyfiyyətlərə yiyələnməsinə təşviq edir:

Birincisi: Təsbih (Subhəna-Allah), təhlil (lə iləhə iləlla-Allah), xeyir işlərə çağırmaq və qadağalardan çəkindirmək, insanların arasını gözəl sözlərlə islah etmək kimi xoş ifadələr. Bunu etmək iqtidarında olmazsa, susmalı, əziyyət verməkdən çəkinməli və dilini pislikdən qorumalıdır.

İkincisi: Qonşuya qarşı ehtiramla yanaşmaq: ona xeyirxahlıq etmək, əziyyət verməmək.

Üçüncüsü: Səni ziyarətə gələn qonağa: gözəl söz, yemək təqdim etmək və buna bənzər səxavətli əməllərlə yaxşılıq etmək.

Abdullah ibn Amrdan (Allah onların hər ikisindən razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Müsəlman o kəsdir ki, digər müsəlmanlar onun dilindən və əlindən əmin-amanlıqda olar, mühacir isə Allahın haram etdiklərini tərk edəndir”.

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Səhih HadeethEnc.com
İzah

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər vermişdir ki, İslamı kamil olan müsəlman - o kəsdir ki, digər müsəlmanlar onun dilindən əmin-amanlıqdadırlar, belə isə o onları söyməz, lənətləməz, onların qeybətini etməz, dili ilə onlara heç bir zərər yetirməyə çalışmaz. Onlar onun əlindən əmin-amanlıqdadırlar, onlara hücum etməz, onların mallarını haqsız yerə almaz və buna bənzər heç bir şey etməz. Mühacir isə Uca Allahın haram etdiklərini tərk edən kəsdir.

İbn Ömərdən (Allah onların hər ikisindən razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilmişdir: "Cəbrayıl mənə qonşu haqqında o qədər tövsiyə etdi ki, ona da mirasdan pay düşəcəyini zənn etdim".

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Səhih HadeethEnc.com
İzah

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Cəbrayıl israrla, təkrar-təkrar ona qonşuya diqqət göstərməyi əmr etdi. Evi yaxın olan qonşu, müsəlman və ya kafir, insana qohum olub-olmamasından asılı olmayaraq, haqqının qorunmasını, ona əziyyət verməməsini, ona qarşı xeyirxahlıq göstərməsini, əziyyətinə səbr etməsini tövsiyə etdi. Qonşu haqqının belə böyük olduğundan və Cəbrayılın bunu təkrar-təkrar xatırlatmasından Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanın ölümündən sonra tərk etdiyi əmlakından qonşusuna da verməli olduğu haqda vəhyin enəcəyini zənn etdi.

Bütün dərslər