4 dərsdən 4-ci dərs
Allah məni bağışlayacaqmı?
Qurandan
۞ قُلۡ يَٰعِبَادِيَ ٱلَّذِينَ أَسۡرَفُواْ عَلَىٰٓ أَنفُسِهِمۡ لَا تَقۡنَطُواْ مِن رَّحۡمَةِ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ يَغۡفِرُ ٱلذُّنُوبَ جَمِيعًاۚ إِنَّهُۥ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ﴿٥٣﴾
(Ey Peyğəmbər! Qullarıma mənim bu sözümü) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmətindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!”
۞ وَٱكۡتُبۡ لَنَا فِي هَٰذِهِ ٱلدُّنۡيَا حَسَنَةٗ وَفِي ٱلۡأٓخِرَةِ إِنَّا هُدۡنَآ إِلَيۡكَۚ قَالَ عَذَابِيٓ أُصِيبُ بِهِۦ مَنۡ أَشَآءُۖ وَرَحۡمَتِي وَسِعَتۡ كُلَّ شَيۡءٖۚ فَسَأَكۡتُبُهَا لِلَّذِينَ يَتَّقُونَ وَيُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَٱلَّذِينَ هُم بِـَٔايَٰتِنَا يُؤۡمِنُونَ ﴿١٥٦﴾
Bizim üçün bu dünyada da yaxşılıq yaz, axirətdə də. Həqiqətən, biz, Sənə üz tutduq!” (Allah) buyurdu: “İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim isə hər şeyi əhatə etmişdir. Mən onu Allahdan qorxan, zəkat verən və ayələrimizə iman gətirənlər üçün yazacağam.
إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ عَمَلٗا صَٰلِحٗا فَأُوْلَٰٓئِكَ يُبَدِّلُ ٱللَّهُ سَيِّـَٔاتِهِمۡ حَسَنَٰتٖۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا ﴿٧٠﴾
Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!
Sünnədən
Abdullah bin Amr bin As (Allah hər ikisindən razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Rəhm edənlərə (mərhəmətli olanlara) Rəhman olan Allah rəhm edər. Yer üzündə olanlara rəhm edin ki, səmada Olan da sizə rəhm etsin".
İzah
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) başqalarına mərhəmət edən kimsələrə, bu yaxşı əməllərinin qarşılığı olaraq, rəhməti ilə hər şeyi əhatə edən Rəhman olan Allahın mərhəmət edəcəyini xəbər vermişdir.
Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) istər insan, istər heyvan, istər quş, istərsə də digər canlılar olsun, yer üzündəki hər bir canlıya mərhəmət edilməsini əmr etmişdir. Bunun qarşılığı isə yeddi qat səmanın üzərindəki Allahın sizə mərhəmət etməsidir.
Əbu Musadan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: “Həqiqətən, Allah Əzzə və Cəllə günəş batdığı yerdən çıxana qədər gecə əlini uzadır ki, gündüzün günahkarı tövbə etsin, gündüz də əlini uzadır ki, gecənin günahkarı tövbə etsin".
İzah
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Uca Allah qullarından tövbəni qəbul edir. Əgər qul gündüz günah edib gecə tövbə etsə, Allah onun tövbəsini qəbul edər, əgər gecə günah edib gündüz tövbə etsə, Allah onun tövbəsini qəbul edər. Pak olan Allah qulunun tövbəsinə sevindiyindən və onu qəbul etmək üçün tövbəyə əlini uzadar və dünyanın sonunu bildirən günəşin qərbdən çıxmasına qədər tövbə qapısı açıq qalır. (Günəş) qərbdən çıxdıqda, artıq tövbə qapısı bağlanacaq.
Yol tamamlandı
Əla!
Gündəlik həyatda İslam
6 yoldan 1 tamamlandı
Bütün yollara qayıdın