يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا يَسۡخَرۡ قَوۡمٞ مِّن قَوۡمٍ عَسَىٰٓ أَن يَكُونُواْ خَيۡرٗا مِّنۡهُمۡ وَلَا نِسَآءٞ مِّن نِّسَآءٍ عَسَىٰٓ أَن يَكُنَّ خَيۡرٗا مِّنۡهُنَّۖ وَلَا تَلۡمِزُوٓاْ أَنفُسَكُمۡ وَلَا تَنَابَزُواْ بِٱلۡأَلۡقَٰبِۖ بِئۡسَ ٱلِٱسۡمُ ٱلۡفُسُوقُ بَعۡدَ ٱلۡإِيمَٰنِۚ وَمَن لَّمۡ يَتُبۡ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ ١١
Yā'ayyuhal-ladhīna āmanū lā yaskhar qawmum min qawmin 'asā an yakūnū khayram minhum walā nisā'um min nisā'in 'asā an yakunna khayram minhunna walā talmizū anfusakum walā tanābazū bil-alqābi bi salismul-fusūqu ba'dal-īmāni wamal lam yatub fa ulā'ika humuz-zālimūn
Ey iman gətirənlər! Bir qövm başqa bir qövmü məsxərəyə qoymasın. Ola bilər ki, onlar (məsxərəyə qoyulanlar) o birilərindən (məsxərə qoyanlardan Allah yanında) daha xeyirli olsunlar. Qadınlar da qadınları məsxərəyə qoymasınlar. Ola bilər ki, onlar (məsxərəyə qoyulanlar) o birilərindən (məsxərə qoyanlardan Allah yanında) daha xeyirli olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır.
Təfsir
Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Sizdən bir toplum digər bir topluma istehza etməsin. Ola bilər ki, istehza olunan toplum Allah yanında (istehza edən toplumdan) daha xeyirli olsun. İbrət Allah yanında xeyirli olmaqdadır. Qadınlar da qadınlara istehza etməsinlər. Ola bilər ki, istehza olunan qadınlar Allah yanında (istehza edilən qadınlardan) daha xeyirli olsunlar. Özünüz kimi mömin qardaşlarınıza tənə vurmayın və bir-birinizi xoşlamadığı ləqəblərlə çağırıb utandırmayın. Necə ki, ənsardan bəzisi, hələ Rəsulullah (səllallahu aleyhi və səlləm) (Mədinəyə) gəlməmişdən əvvəl bir-birini belə ləqəblərlə çağırardı. Sizlərdən kim belə etsə, fasiq sayılar. İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Bu günahlara görə tövbə etməyən kimsələr - məhz belələri, asiliklər edib özlərini məhvə uğratmaqla özlərinə zülm edənlərdir.