Azandan sonra oxunan dua

Azan oxunarkən deyilənlər və azan bitdikdən sonra edilən dua.

1 Bir dəfə

Mənası və mənbəyi

Əbi Səid Əl-Xudridən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: " Azanı eşitdikdə müəzzinin dediklərini təkrar edin".

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Dərəcəsi: Səhih

İzah

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) müəzzini eşidərkən ona cavab verməyə təşviq etmişdir. Bu müəzzinin dediyinin ardınca cümlə cümlə təkrarlamağımızdir. Müəzzin təkbir edib Allahu əkbər dedikdə, biz də onun ardınca Allahu Əkbər deyirik, şəhadət kəliməsini söylədikdə ardınca biz də şəhadət kəliməsini söyləyirik. (Həyyə aləssaləh (Namaza tələsin), həyyə aləlfələh (nicata tələsin)) kəlmələri istisnadır: Bunlardan sonra: Allahdan başqa heç bir qüdrət və güc sahibi yoxdur" deyilməlidir.

Faydaları

  • Hədisin ümumi mənasına görə, bir neçə müəzzin olsa, birinci müəzzin bitirdikdən sonra ikinci müəzzinin ardınca təkrarlamaq məqsədə uyğundur.
  • Ayaqyolunda və təbii ehtiyacı ödəmək istisna olmaqla, müəzzinə hər bir halda cavab verir.

HadeethEnc.com saytında oxuyun

2 Bir dəfə

Mənası və mənbəyi

Ömər bin əl-Xəttabdan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Müəzzin: "Allahu Əkbər, Allahu Əkbər" dediyi zaman sizlərdən biri ixlasla: "Allahu Əkbər, Allahu Əkbər" desə, sonra: "Əşhədu əllə iləhə illəllah" dediyi zaman: "Əşhədu əllə iləhə illəllah" desə, sonra: "Əşhədu ənnə Muhammədən rasulullah" dediyi zaman: "Əşhədu ənnə Muhammədən rasulullah" desə, sonra: "Həyyə aləs-salə!" dediyi zaman: "Lə həulə va lə quvvətə illə billəh" desə, sonra: "Həyyə aləl-fələh!" dediyi zaman: "Lə həulə va lə quvvətə illə billəh" desə, sonra: "Allahu Əkbər, Allahu Əkbər" dediyi zaman: "Allahu Əkbər, Allahu Əkbər" desə və sonra da: "Lə İləhə illəllah" dediyi zaman: ürəkdən "Lə İləhə illəllah" desə Cənnətə girər".

Muslim rəvayət etdi Dərəcəsi: Səhih

İzah

Azan, insanlara namaz vaxtının girdiyini bildirməkdir. Azanın sözləri islam əqidəsini özündə əhatə edən sözlərdir.

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu hədisdə əzan eşidildiyi zaman deyilməsi lazım olan şeyi açıqlamışdır. Bu da, azanı eşidən kimsənin müəzzinin söylədiyini təkrar etməsidir. Müəzzin: "Allahu Əkbər" dediyi zaman azanı eşidən kimsə: "Allahu Əkbər" deməlidir. Azanı eşidən kimsə müəzzinin: "Həyyə aləs-salə!" sözünə qədər bu şəkildə müəzzinin söylədiyi sözlərin eynisi ilə təkrar edir. "Həyyə aləs-salə!", "Həyyə aləl-fələh!" dediyi zaman: "Lə həvlə va lə quvvətə illə billəh" deyir.

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) müəzzinlə birlikdə ixlaslı bir şəkildə azanı təkrar edən kimsənin Cənnətə girəcəyini xəbər vermişdir.

Azanın sözlərinin mənası: "Allahu Əkbər". Yəni: Uca Allah hər şeydən böyük, uca və əzəmətlidir.

"Əşhədu əllə iləhə illəllah". Yəni: Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur.

"Əşhədu ənnə Muhammədən rasulullah". Yəni: Dilimlə və qəlbimlə Muhammədin (Allahın salavatı və salamı onun üzərinə olsun) Allahın insanlara göndərdiyi rəsulu olduğunu və ona itaət etməyin vacib olduğunu iqrar edirəm və həmçinin buna şahidlik edirəm.

"Həyyə aləs-salə!". Yəni: Namaza gəlin, bunu eşidən kimsənin: "Lə həvlə va lə quvvətə illə billəh" deməsi, Allahın müvəffəq etməsi istisna olmaqla, itaətə mane olan şeylərdən qurtarmağa heç bir gücü və itaətləri edə biləcək heç bir qüvvəsi və qüdrəti yoxdur anlamındadır.

"Həyyə aləl-fələh!". Yəni: Qurtuluşa səbəb olan şeyə gəlin. Bu da, Cənnəti qazanmaq və Cəhənnəmdən xilas olmaqdır.

Faydaları

  • Müəzzinin söylədiyi sözləri eyni şəkildə təkrarlamağın fəzilətli. Ancaq müəzzin: "Həyyə aləs-saləh!" və "Həyyə aləl-fələh!" dediyi zaman: "Lə həvlə va lə quvvətə illə billəh" deyilməlidir.

HadeethEnc.com saytında oxuyun

3 Bir dəfə

أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ، رَضِيتُ بِاللهِ رَبًّا وَبِمُحَمَّدٍ رَسُولًا، وَبِالْإِسْلَامِ دِينًا

Mənası və mənbəyi

Sə'd bin Əbi Vaqqasdan (Allah ondan razı olsun) rəvayət edilir ki, Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Kim müəzzini eşitdikdə, "Əşhədu əllə iləhə illallah vəhdəhu lə şərikə ləhu və ənnə Muhəmmədən əbduhu və rasuluhu, radiytu bi-Lləhi Rabbən və bi-Muhəmmədin rasulən, və bil-İsləmi dinən" (şəhadət verirəm ki, Allahdan başqa haqq məbud yoxdur. O, təkdir və şəriki yoxdur, Muhəmməd Onun qulu və elçisidir. Mən Rəbb olaraq Allahdan, rəsul olaraq Muhəmməddən, din olaraq İslamdan razıyam) deyərsə, onun günahları bağışlanar".

Muslim rəvayət etdi Dərəcəsi: Səhih

İzah

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər vermişdir ki, hər kim müəzzini eşidəndə bu cür deyərsə: "Əşhədu əllə iləhə illallah vəhdəhu lə şərikə ləhu" yəni, təsdiq və etiraf edirəm və xəbər verirəm ki, Allahdan başqa ibadətə layiq həqiqi məbud yoxdur, Ondan başqa bütün ibadət olunanlar batildir, "Və ənnə Muhəmmədən əbduhu və rasuluhu". Yəni, Muhəmməd, bir quldur, ona ibadət edilməz və bir elçidir, yalan danışmaz, "Radiytu bi-Lləhi Rabbən". Yəni: Allahın Rəbbliyindən, ilahlığından, ad və sifətlərindən razıyam. "Və bi-Muhəmmədin rasulən" (Və rəsul olaraq Muhəmməddən razı qaldım)". Yəni onunla bizə göndərilən və bizə çatdırdığı hər bir şeydən, "Və bil İsləmi" (İslamdan). Yəni: Əmr və qadağaları ilə, İslamın bütün hökmlərindən, "Dinən" (Din olaraq). Yəni: etiqad edərək və boyun əyərək. "Günahları bağışlanar". Yəni: kiçik günahları.

Faydaları

  • Azanı eşidərkən bu duanı təkrar etmək günahları təmizləyən şeylərdən biridir.

HadeethEnc.com saytında oxuyun

4 Bir dəfə

Mənası və mənbəyi

Abdullah bin Amr bin əl-Asdan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedyini eşitmişdir: «Müəzzini eşitdiyinizdə, siz də onun söylədiklərini təkrar edin. Sonra mənə salavat gətirin. Kim mənə bir salavat gətirirsə, Allah da bunun qarşılığında ona on salavat edər. Sonra da Allahdan mənim üçün ''Vəsiləni" istəyin. O, Cənnətdə elə bir dərəcədir ki, Allahın qullarından yalnız bir quluna yaraşır. Ümid edirəm ki, o qul, mənəm. Kim mənim üçün ''Vəsiləni'' istəyərsə şəfaət ona halal olar».

Muslim rəvayət etdi Dərəcəsi: Səhih

İzah

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz üçün azan verildiyi zaman müəzzini eşidən kimsənin: "Həyyə aləs-saləh, Həyyə aləl-fələh" sözləri müstəsna olmaqla söylədiyinin eynisini təkrar etməsinə yönəltmişdir. Azan eşidən kimsə müəzzinin: "Həyyə aləs-saləh, Həyyə aləl-fələh" sözlərindən sonra: "Lə həulə va lə quvvətə illə billəh" (Qüdrət və güc yalnız Allahdadır) deyir. Azan bitdikdən sonra isə Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) salavat gətirir. Kim Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) bir salavat deyərsə, bu salavat qarşılığında Uca Allah ona on salavat edər. Uca Allahın quluna salavat etməsi, yəni: o qulunu, mələklər qatında tərif etməsi anlamındadır.

Sonra Uca Allahdan Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) üçün "Vəsiləni" verməsini istəməyi əmr etmişdir. O, Cənnətdəki ən uca məqamdır. O məkan, Uca Allahın bütün qulları arasında yalnız bir qula yaraşar və yalnız onun üçün asanlaşar. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) o kimsənin: "Ümid edirəm ki, o qul, mən olacağam" deyərək təvazökarlıq etmişdir. Çünki bu uca məqam bütün insanlar arasında yalnız bir insana aid olacaqsa, bu zaman bu insan Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) olmalıdır. Çünki o yaradılmışların ən fəzilətlisidir.

Sonra kim, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) Vəsiləyə nail olması üçün dua edərsə, qiyamət günü o kimsəyə şəfaət edəcəyini bəyan etmişdir.

Faydaları

  • Hədisdə azan verilərkən müəzzinin dediklərini təkrar etməyə təşviq edilmişdir.
  • Azan verilərkən müəzzinin dediklərini təkrar etdikdən sonra Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) salavat deməyin fəziləti.
  • Hədisdə, Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) salavat dedikdən sonra Uca Allahdan onun Vəsiləyə nail olmasını istəməyə təşviq edilmişdir.
  • Hədisdə vəsilənin manası, yalnız bir insana layiq olduğu məqamının ucalığı bəyan edilmişdir.
  • Hədisdə Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) fəziləti bəyan edilmişdir, belə ki, bu uca məqam məxluqat arasında yalnız ona xasdır.
  • Kim, Uca Allahdan, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) Vəsiləyə nail olmasını istəyərsə, qiyamət günü Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) şəfaəti ona halal olacaqdır.
  • O uca məqama nail olması üçün ümmətindən dua etməsini istəməsi onun nə qədər təvazökar bir şəxs olduğunu ifadə edir. Baxmayaraq ki, o məqamın sahibi yalnız odur.
  • Uca Allahın rəhməti və fəziləti genişdir. Buna görə də Uca Allah hər yaxşı bir əmələ on misli ilə qarşılıq verir.

HadeethEnc.com saytında oxuyun

Suallar

Bu səhifədə nə var?

Azandan sonra dua: hər biri ərəbcə mətni, mənası, mənbəyi olan hədis, dərəcəsi və izahı ilə.

Tərcümələr haradan götürülüb?

Tərcümə olunmuş Peyğəmbər hədisləri ensiklopediyası HadeethEnc.com saytından. Hər hədis onların dərc etdiyi kimi, mənbəyi və dərəcəsi ilə, əslinə keçidlə göstərilir.

Gündəlik xatırlatma ala bilərəmmi?

Bəli. Android üçün pulsuz Qabas tətbiqi hər gün səhər və axşam zikrlərini xatırladır və eyni sayğaca malikdir.