أعوذ بالله العظيم، وبوجهه الكريم، وسلطانه القديم، من الشيطان الرَّجِيم
Mənası və mənbəyi
Abdullah ibn Amr ibn Asdan (Allah ondan və atasından razı olsun) rəvayət edilir ki: Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) rəvayət edilir ki, o, məscidə daxil olanda belə deyərdi: “ Əuzu billəhil-Azim və bivəchihil-kərim və sultanihil-qadim, minəşşeytanir-racim" Dedi: Bu qədərmi? Dedim: Bəli və dedi ki: “Əgər belə desə, şeytan deyər: “Günün qalan hissəsi məndən qorundu".
Əbu Davud rəvayət etdi Dərəcəsi: Həsən
İzah
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) məscidə daxil olarkən belə deyərdi: (Əuzu billəhil-Azim) Allaha və Onun sifətlərinə sığınıram (bivəchihil-kərim) Səxavətli olan, bəxş edən (və sultanihi) gücü, qüdrəti və yaratdıqlarından istədiyi üzərində hökmranlığı (əlqadim) əbədi əzəli (minəş-şeytanir-rəcim) Allahın rəhmətindən uzaqlaşdırılıb qovulmuş, Yəni: Allahım, məni onun vəsvəsəsindən, hiyləsindən, addımlarından, təhlükələrindən, bəzəməsindən və azdırmasından qoru, çünki o, zəlalətin səbəbkarı, azğınlığın və cəhalətin təhrikçisidir. Abdullah ibn Amra: “Elə bu?” deyə soruşuldu. Yəni: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) yalnız bunu söylədi? Dedi: Bəli.
Məscidə girən kəs bu duanı desə, şeytan deyər: Bu daxil olan şəxs artıq bütün vaxt ərzində- gecə və gündüz- özünü məndən qorudu.
Faydaları
- Məscidə daxil olarkən bu zikr ilə dua etməyin fəziləti və bu, onu deyəni günün qalan hissəsində şeytandan qoruyar.
- Şeytandan qorunmaq lazımdır və o müsəlmanı azdırmaq və onu yoldan çıxarmaq üçün fürsət gözləyər;
- İnsan, qəlbi ilə Allaha olan imanı, bu duanı xatırlaması və Allahın bu zikrdə verdiyi vədinə olan təstiqi miqdarında şeytanın azğınlığından və hiyləsindən qorunmuş olar.