Namazda oxunan dualar: istiftah, rüku, səcdə və təşəhhüd

Peyğəmbərin ﷺ namazda, açılış təkbirindən salama qədər oxuduğu dualar.

1 Bir dəfə

اللهُمَّ بَاعِدْ بَيْنِي وَبَيْنَ خَطَايَايَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ، اللهُمَّ نَقِّنِي مِنْ خَطَايَايَ كَمَا يُنَقَّى الثَّوْبُ الْأَبْيَضُ مِنَ الدَّنَسِ، اللهُمَّ اغْسِلْنِي مِنْ خَطَايَايَ بِالثَّلْجِ وَالْمَاءِ وَالْبَرَدِ

Mənası və mənbəyi

Əbu Hureyradan (Allah ondn razı olsun) belə dediyi rəvayət edilir: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz əsnasında təkbir gətirdikdə, Quran oxumazdan əvvəl qısa bir müddət susardı. Ona görə dedim: Ey Allahın Elçisi-anam və atam sənə fəda olsun-təkbir və qiraət arasında sakit durduqda nə söyləyirsən? O, dedi: "Allahummə bəid bəyni və bəynə xatayəyə kəmə bəədtə bəynəl-məşriqi vəl-məğribi, Allahummə nəqqini min xatayəyə, kəmə yunəqqas-səvbul-əbyadu minəd-dənəsi, Allahumməğsilni min xatayəyə bilməi, vəs-səlci, vəl-bərdi" - deyirəm. (Allahım, şərqlə qərbin arasını uzaqlaşdırdığın kimi məni də günahlarımdan uzaq et. Allahım, ağ paltar çirkdən təmizləndiyi kimi, məni də günahlarımdan təmizlə. Allahım, mənim günahlarımı su, qar və dolu ilə yu).

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Dərəcəsi: Səhih

İzah

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz üçün təkbir (Allahu Əkbər) dedikdən sonra, “Fatihə” surəsini oxumazdan əvvəl azacıq sakit durardı, orada bəzi dualarla namazına başlayardı. Və bu dualardan varid olanlardan biri: "Allahummə bəid bəyni və bəynə xatayəyə kəmə bəədtə bəynəl-məşriqi vəl-məğribi, Allahummə nəqqini min xatayəyə, kəmə yunəqqas-səvbul-əbyadu minəd-dənəsi, Allahummə-ğsilni min xatayəyə bilməi vəs-səlci vəl-bərdi."

Allahım, şərqlə qərbin arasını uzaqlaşdırdığın kimi məni də günahlarımdan uzaq et. Allahım, ağ paltar çirkdən təmizləndiyi kimi, məni də günahlarımdan təmizlə. Allahım, mənim günahlarımı su, qar və dolu ilə yu. O, Uca Allaha dua edir ki, onu günahlardan uzaq etsin ki, günaha düşməsin. Elə bir şəkildə uzaq etsin ki, günahla qarşılaşmasın, necə ki, şərqlə qərb heç zaman qarşılaşmaz. Əgər o günahlara düşsə, çirk ağ paltardan çıxarıldığı kimi, onu da günahlardan təmizləsin, günahlarını su, qar və dolu kimi soyuq təmizləyicilərlə yusun, onların alovunu və istiliyini soyutsun.

Faydaları

  • Səsli namazda olsa da belə, açılış duasını gizli oxumaq.
  • Səhabələrin (Allah onlardan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) hərəkətlərində və sükunətindəki hallarını bilməyə can atmaları.
  • Açılış duasının başqa formaları da varid olmuşdur. Yaxşı olar ki, insan ondan (Allahın salavatı və salamı onun üzərinə olsun) varid və sabit olan açılış dualarını öyrənsin və hər dəfə birini söyləsin.

HadeethEnc.com saytında oxuyun

2 Bir dəfə

سَمِعَ اللهُ لِمَنْ حَمِدَهُ، اللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ، مِلْءَ السَّمَاوَاتِ وَمِلْءَ الْأَرْضِ وَمِلْءَ مَا شِئْتَ مِنْ شَيْءٍ بَعْدُ

Mənası və mənbəyi

İbn Əbu Əvfədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə belə demişdir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) rükudan belini qaldırdığı zaman belə deyərdi: "Səmi Allahu limən həmidəh, Allahummə Rabbənə va ləkəl-həmd, miləs-səməvati va miləl-ardi, va milə mə şitə min şeyin bəd".

Muslim rəvayət etdi Dərəcəsi: Səhih

İzah

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namazda rükudan belini qaldırdığı zaman belə deyərdi: Səmi Allahu limən həmidəh. Yəni: Kim Uca Allah həmd edərsə Uca Allah ona icabət edər, Onun həmd etməsini qəbul edər və onu mükafatlandırar. Sonra ''Allahummə Rabbənə va ləkəl-həmd, miləs-səməvati va miləl-ardi, va milə mə şitə min şeyin bəd'' sözü ilə Allaha həmd edər. Yəni: Göylər dolusu, yerlər dolusu, onların ara­sında olanlar və bundan sonra dilədiyin şeylər dolusu Uca Allaha həmd sənalar ol­sun.

Faydaları

  • Namaz qılan kimsə rükudan qalxdığı zaman söyləməsi müstəhəb olan duanın bəyanı.
  • Rükudan qalxdıqdan sonra hər bir əza öz yerini tutana qədər tələsmədən gözləməyin vacib olması. Çünki rükudan tam qalxıb hər bir əza öz yerini tutana qədər gözləmədən bu zikrin söylənməsi mümkün deyildir.
  • Bu zikirin fərz və ya nafilə namazı olmasından aslı olmayaraq bütün namazlarda söylənilməsi buyurulmuşdur.

HadeethEnc.com saytında oxuyun

3 Bir dəfə

اللَّهمَّ اغْفِرْ لي، وارْحَمْنِي، وعافِني، واهْدِني، وارزقْنِي

Mənası və mənbəyi

İbn Abbasdan (Allah onların hər ikisindən razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) iki səcdə arasında deyərdi: "Allahummə-ğfirli, varhəmni, və afini, vəhdini vərzuqni" - (Allahım məni bağışla, mənə rəhm et və əfv et, məni doğru yola yönəlt və mənə ruzi yetir).

Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər Dərəcəsi: Şahidləriylə həsən olan

İzah

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namazda iki səcdə arasında müsəlmanın ən çox ehtiyacı olduğu bu beş duanı edərdi. Bu dualar dünya və axirət xeyrini, bağışlanma diləyini, günahların yad nəzərlərdən gizlədilməsini və onların əfvini, son dərəcə bol rəhməti, şübhələrdən, nəfsani istəklərdən, xəstəliklərdən, dərdlərdən salamat olmağı, Allahdan haqq üzərində hidayət diləyini və onun üzərində sabit olmağı, imandan, elmdən, saleh əməllərdən, təmiz halal qazancdan ruzi istəyini özündə birləşdirir.

Faydaları

  • İki səcdə arasndakı oturuşda bu duanı etmək namazın qaydalarındandır.
  • Dünya və axirət xeyirlərini əhatə etdiyinə görə bu dualar fəzilətlidir.

HadeethEnc.com saytında oxuyun

4 Bir dəfə

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ، اللَّهُمَّ بَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيمَ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ

Mənası və mənbəyi

Abdurrahmən bin Əbu Leylə rəvayət edir: Kə‘b bin Ucrə (Allah ondan razı olsun) mənimlə qarşılaşdı və dedi: "Sənə bir hədiyyə verimmi?" Bir gün Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bizim yanımıza gəlmişdi. Biz ona: “Ey Allahın elçisi, sənə necə salam verəcəyimizi öyrəndik, bəs sənə necə salavat gətirək? deyə sual verdik. O da belə dedi: «Bu cür deyin : Allahummə salli alə Muhəmmədin və alə əli Muhəmməd, kəmə salleytə alə İbrahimə, innəkə həmidun Məcid. Allahummə bərik alə Muhəmmədin və alə əli Muhəmməd, kəmə salleytə alə İbrahimə, innəkə həmidun Məcid » (Allah'ım, İbrahimə və onun ailəsinə salat etdiyin kimi Məhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) və onun ailəsinə də salat et. Həqiqətən Sən təriflənməyə layiq və ucasan. Allah'ım, İbrahimə və onun ailəsinə xeyr və bərəkət lütf etdiyin kimi Məhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) və onun ailəsinə də xeyr və bərəkət ver. Həqiqətən Sən təriflənməyə layiq və ucasan)

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Dərəcəsi: Səhih

İzah

Səhabələr Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) necə salam verməyi - "Allahın salamı, rəhməti və bərəkəti sənin üzərinə olsun ey Peyğəmbər"- öyrəndikdən sonra, ona necə salavat gətirəcəklərini soruşdular? Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) onlara necə salavat gətirilməsini və salavatın mənasını bildirdi: "Allahummə salli alə Muhəmmədin və alə əli Muhəmməd" (Allahım, Muhəmməd və ailəsinə salat və salam et) Yəni: Allahım, ən uca toplumda onu, onun dininə tabe olanları, qohumlarından olan möminləri gözəl sözlərlə təriflə. "Allahım, İbrahimin (allahın salamı onun üzərinə olsun) ardınca gedənlərə mərhəmət etdiyin kimi" Necəki İbrahimin ailəsinə-İbrahimə,İsmayıla, İshaqa və onların soyundan gələnlərə, onların ardınca gedən möminlərə- lütf etdiyin kimi, eyni şəkildə Məhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) də fəzilətindən bəxş et. Həqiqətən Sən təriflənməyə layiq və ucasan. Yəni: Zatında, sifətlərində və fellərində tərifəlayiq, əzəmətində, səltənətində və əta bəxş etməyində böyüksən. Allahım, İbrahimə və onun ailəsinə bərəkət verdiyin kimi Məhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) və onun ailəsinə də bərəkət ver. Yəni, ona böyük xeyir və fəzilət ver, ona verdiyin fəziləti artır və sabit et.

Faydaları

  • Sələflər (öncəki insanlar) elm məsələlərində bir-biri ilə hədiyələşərdilər.
  • Namazın axırıncı təşəhhüdündə Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) salavat gətirməyin vacibliyi
  • Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrinə ona salam verməyi və salavat gətirməyi öyrətmişdir.
  • Bu salavat forması Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) salavat gətirmənin ən kamil formasıdır.

HadeethEnc.com saytında oxuyun

5 Bir dəfə

اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عَذَابِ القَبْرِ، وَمِنْ عَذَابِ النَّارِ، وَمِنْ فِتْنَةِ المَحْيَا وَالمَمَاتِ، وَمِنْ فِتْنَةِ المَسِيحِ الدَّجَّالِ

Mənası və mənbəyi

Əbu Hureyradan (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dua edərdi: "Allahım qəbr əzabından, cəhənnəm əzabından, həyatın və ölümün fitnəsindən və məsih dəccəlin fitnəsindən Sənə sığınıram".

Muslimdə keçən ifadə isə belədir: "Sizlərdən biriniz sonuncu təşəhhüdü bitirdikdə dörd şeydən Allaha sığınsın: Cəhənnəm əzabından, qəbr əzabından, həyat və ölümün fitnəsindən və Məsih Əd-dəccəlin şərindən".

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Dərəcəsi: Səhih

İzah

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) namazın sonunda təşəhhüddən sonra, salamdan əvvəl dörd şeydən Allaha sığınardı və onlardan Allaha sığınmağı bizə əmr etmişdir, bunlar:

Birincisi: Qəbr əzabından.

İkincisi: Cəhənnəm əzabından - bu isə Qiyamət günü olacaq.

Üçüncüsü: Həyatın fitnəsindən - dünyanın haram şəhvətlərindən, onun azdıran şübhələrindən və ölümün fitnəsindən yəni ölüm anı, İslamdan və ya sünnədən uzaqlaşmaqdan və qəbir fitnəsindən - bu da iki mələyin sorğu sualıdır.

Dördüncüsü: Axır zamanda zühur edəcək Dəccalın fitnəsindən, çünki Allah bəndələrini bununla imtahan edəcək. Böyük fitnəsinə və azğınlığına görə onu xüsusilə qeyd etmişdir.

Faydaları

  • Bu sığınma, dünya və axirət şərlərini ehtiva etdiyi üçün duaların ən mühümüdür və böyük mənaları əhatə edir.
  • Qəbr əzabının sübutu və onun haqq olması.
  • Fitnələrin təhlükəli olması və onlardan qurtulmaq üçün Allaha sığınmağın və dua etməyin əhəmiyyəti.
  • Dəccalın çıxacağının isbatı və fitnəsinin təhlükəli olması.
  • Bu duanı sonuncu təşəhhüdün ardınca oxumağın müstəhəbliyi.
  • Saleh əməldən sonra dua etməyin müstəhəb olması.

HadeethEnc.com saytında oxuyun

6 Bir dəfə

Mənası və mənbəyi

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Qulun Allaha ən yaxın olduğu an, səcdədə olduğu məqamdır. Səcdədə olarkən duanı çoxaldın".

Muslim rəvayət etdi Dərəcəsi: Səhih

İzah

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, qulun Rəbbinə ən yaxın olduğu an, səcdə etdiyi andır və buna səbəb namaz qılanın səcdə əsnasında bədəninin ən uca və ən şərəfli hissəsini izzət və cəlal sahibi olan Allaha itəatkarlıqla, zəlilliklə və təvazökarlıqla yerə qoymasıdır.

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) səcdədə duanı artırmağı əmr edir. Nəticədə Allaha zəlilliklə edilən səcdədə, söz və feil birləşir.

Faydaları

  • İtaət, qulun uca və pak olan Allaha yaxınlığını artırır.
  • Səcdədə duanı artırmağın müstəhəbliyi, çünki duanın qəbul olunma məqamlarındandır.

HadeethEnc.com saytında oxuyun

Suallar

Bu səhifədə nə var?

Namazda oxunan dualar: hər biri ərəbcə mətni, mənası, mənbəyi olan hədis, dərəcəsi və izahı ilə.

Tərcümələr haradan götürülüb?

Tərcümə olunmuş Peyğəmbər hədisləri ensiklopediyası HadeethEnc.com saytından. Hər hədis onların dərc etdiyi kimi, mənbəyi və dərəcəsi ilə, əslinə keçidlə göstərilir.

Gündəlik xatırlatma ala bilərəmmi?

Bəli. Android üçün pulsuz Qabas tətbiqi hər gün səhər və axşam zikrlərini xatırladır və eyni sayğaca malikdir.