Namazdan sonra oxunan zikrlər (təsbihat)

Fərz namazlarda salam verildikdən sonra edilən zikrlər.

1 Bir dəfə

أَسْتَغْفِرُ اللَّهَ (٣)، اللَّهُمَّ أَنْتَ السَّلَامُ وَمِنْكَ السَّلَامُ، تَبَارَكْتَ يَا ذَا الْجَلَالِ وَالْإِكْرَامِ

Mənası və mənbəyi

Sovbəndən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namazını bitirdikdə üç dəfə (əstəğfirullah deyərək) istiğfar edər və belə deyərdi: "Allahummə əntəs-sələmu, və minkəs-sələmu, təbəraktə zəl-cələli vəl-ikram (Allahım! Salam Sənsən və əminamanlıq Səndəndir. Ey əzəmət və ehtiram

sahibi! Sən xeyirxahsan". Əl-Vəlid buyurur ki: "Əvzaiyədən soruşdum: İstiğfar necə olur?". Dedi: "Əstəğfirullah, Əstəğfirullah (Allahdan bağışlanma diləyirəm)".

Muslim rəvayət etdi Dərəcəsi: Səhih

İzah

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namazını bitirdikdən sonra: "Əstəğfirullah, Əstəğfirullah, Əstəğfirullah (Allahdan bağışlanma diləyirəm)" - deyərdi.

Sonra Rəbbinin şənini bu sözlərlə ucaldardı: Allahummə əntəs-sələmu, və minkəs-sələmu, təbəraktə zəl-cələli vəl-ikram. (Allahım! Salam Sənsən və əminamanlıq Səndəndir. Ey əzəmət və ehtiram sahibi! Sən xeyirxahsan). Allah Öz sifətlərində kamil və nöqsansızdır, bütün noqsan və eyblərdən pakdır. Buna görə də uca Allahdan dünya və axirət şərlərindən salamatlıq istəyirsən, Ondan başqasından istəyə bilməzsən. Bütün nöqsanlardan pak, ehsan və əzəmət sahibi olan Allahın hər iki dünyada xeyiri saysız hesabsızdır.

Faydaları

  • Namazdan sonra istiğfar etməyin və bunda davamlı olmağın müstəhəb olması.
  • İbadətdəki nöqsanları tamamlamaq, itaətdəki nöqsanları aradan qaldırmaq üçün istiğfar etməyin müstəhəb olması.

HadeethEnc.com saytında oxuyun

2 Bir dəfə

لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

Mənası və mənbəyi

Muğirə bin Şöbənin (Allah ondan razı olsun) katibi Ravvaddan rəvayət edildiyinə görə o belə demişdir: Muğirə bin Şöbə (Allah ondan razı olsun), Müaviyəyə (Allah ondan razı olsun) göndərdiyi məktubda mənə bunu imla etdi: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hər fərz namazdan sonra bu zikri edərdi: «Lə iləhə illə-Llahu vahdəhu lə şərikə ləh. Ləhul-mulku va ləhul-həmdu va huvə alə kulli şeyin qadir. Allahummə, lə məniə limə ə'taytə va lə mu'tiyə limə mənə'tə va lə yənfəu zəl-cəddi minkəl-cədd».

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Dərəcəsi: Səhih

İzah

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hər fərz namazını qılıb qutardıqdan sonra bu zikri edərdi: «Lə iləhə illəl-lahu vahdəhu lə şərikə ləh. Ləhul-mulku va ləhul-həmdu va huvə alə kulli şeyin qadir. Allahummə, lə məniə limə ə'taytə va lə mu'tiyə limə mənə'tə va lə yənfəu zəl-cəddi minkəl-cəddu».

Yəni: Mən tövhid kəlməsi olan Lə iləhə illallahı qəbul və təsdiq edirəm. Həqiqi ibadətə yalnız Uca Allahın layiq olduğunu təsdiq edir və Ondan başqasına edilməsini isə inkar edirəm. Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Mülkün bütünlükə Uca Allaha aid olduğunu, səma və yer əhlinin bütün həmdləri yalnız Uca Allaha xas olduğunu və Onun hər bir şeyə qadir olduğunu, Uca Allahın təqdir edib verdiyinə kiminsə mane olacağını və verməyib mane olduğunu da kiminsə verə bilməyəcəyini iqrar edirəm. Həmçinin zəngin olanın zənginliyi Allah qatında heç bir fayda verməyəcəyini, insana yalnız saleh əməllərin fayda verəcəyini də iqrar edirəm.

Faydaları

  • Bu zikr özlüyündə tövhid və həmd-səna dolu mənalar əhatə etdiyinə görə fərz namazlardan sonra söylənməsi müstəhəbdir.
  • Sünnəni yerinə yetirməyə və onu insanlar arasında yaymağa tələsmək.

HadeethEnc.com saytında oxuyun

3 Bir dəfə

لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللهِ، لَا إِلَهَ إِلَّا اللهُ، ‌وَلَا ‌نَعْبُدُ ‌إِلَّا إِيَّاهُ، لَهُ النِّعْمَةُ وَلَهُ الْفَضْلُ وَلَهُ الثَّنَاءُ الْحَسَنُ، لَا إِلَهَ إِلَّا اللهُ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ

Mənası və mənbəyi

Əbu Zubeyrdən belə dediyi rəvayət edilir: İbn Zubeyr hər namazı salam verib bitirdikdən sonra deyərdi:

"Lə iləhə illə-Llah vahdəhu ləə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu, və huva alə kulli şeyin qadir, lə həvlə və lə quvvətə illə bi-Lləh, və lə nəbudu illə iyyəhu, ləhu-nnimətu və ləhul-fadlu və ləhus-sənəul-həsənu, lə iləhə illə-Llahu muxlisinə ləhud-dinə və-ləu kərihəl kəfirun" (Mənası): "Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur, mülk Ona məxsudur, həmd Ona məxsusdur və O hər şeyə qadirdir, güc və qüdrət sahibi ancaq Allahdır, Allahdan başqa ibadətə layiq ilah yoxdur və biz Ondan başqa heç kəsə ibadət etmirik, nemət və fəzilət Ona məxsusdur. Gözəl tərif Ona məxsusdur. Kafirlərin xoşuna gəlməsə belə, dini yalnız ixlasla Ona aid edərik.” Və sonra dedi: “Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hər namazdan sonra bu zikrləri edərdi.

Muslim rəvayət etdi Dərəcəsi: Səhih

İzah

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hər namazda salam verdikdən sonra bu əzəmətli zikri edərdi.

"Ləə iləhə illəllah" - yəni Allahdan başqa ibadətə layiq məbud yoxdur.

"Təkdir, Onun şəriki yoxdur" - yəni Onun uluhiyyətdə, rububiyyətdə, isim və sifətlərində şəriki yoxdur.

Mülk Ona məxsusdur - yəni, tam bütün mülk - hər şeyi - yerləri və göyləri və onlar arasında olanları əhatə edən bütün mülk Ona məxsusdur, sahibi Odur.

"Həmd Ona məxsusdur" - yəni O, tam bütün kamilliklə vəsf edilib, hər bir halda - çətin və xoş günlərdə, sevgi və təzimlə kamilliklə Ona tərif və şükür edilir.

"O hər şeyə qadirdir" - qüdrəti hər yöndən kamil və tamdır, Onu heç nə aciz edə bilməz və hər hansı işi etməsinə mane ola bilməz.

"Allahdan başqa güc və qüvvət sahibi yoxdur"- yəni bir haldan başqa hala və Allaha asilikdən itaətə keçmək, yalnız güc və qüvvət sahibi Allahın yardımıyla mümkündür. Yardım edən Odur və yalnız Ona güvənilir.

"Allahdan başqa ibadətə layiq olan ilah yoxdur, və yalnız Ona ibadət edirik" - uluhiyyət-ilahlıq mənasının təkidlə vurğulanması və şirkin inkar edilməsi və ibadətin yalnız Ona layiq olması deməkdir.

"Nemət Ona məxsusdur və fəzilət Onundur" - yəni neməti yaradan və onun sahibi olan Odur və qullarından istədiyinə onu verən də Odur.

"Gözəl tərif Ona məxsusdur" - Hər bir halda gözəl tərif Özünə, sifətlərinə, fellərinə və nemətlərinə aiddir.

"Allahdan başqa ibadətə layiq ilah yoxdur. Dini yalnız Ona məxsus edərik" - yəni biz Allaha itaətdə riya və şan-söhrət güdmədən tövhid əhliyik.

"Kafirlərin xoşuna gəlməsə belə" - yəni kafirlər sevməsə belə Allahın tövhidində, Ona ibadətdə sabitik.

Faydaları

  • Hər fərz namazdan sonra bu zikrə riayət etməyin müstəhəb olması.
  • Müsəlman öz diniylə qürur duyar, kafirlər sevməsə belə şüarlarını izhar edər.
  • Əgər hədisdə "namazın sonunda" sözü işlədilibsə və bu hədisdə zikr qeyd olunubsa, qayda budur ki, həmin zikr salamdan sonra deyilir, və əgər duadırsa, salamdan öncə deyilməsinə işarədir.

HadeethEnc.com saytında oxuyun

4 Bir dəfə

سُبْحَانَ اللَّهِ (٣٣)، الْحَمْدُ لِلَّهِ (٣٣)، اللَّهُ أَكْبَرُ (٣٣)، لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

Mənası və mənbəyi

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: "Kim hər namazdan sonra otuz üç dəfə "subhənallah", otuz üç dəfə "əlhəmdulilləh", otuz üç dəfə "Allahu Əkbər" deyərsə və bunlar doxsan doqquz edir və yüzüncü dəfədə: "ləə iləhə illallah vəhdəhu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir" söyləyərsə, xətaları dəniz köpüyü qədər də olsa, bağışlanar".

Muslim rəvayət etdi Dərəcəsi: Səhih

İzah

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan etmişdir ki, kim fərz namazı bitdikdən sonra bunları desə:

Otuz üç dəfə: "Subhənallah" və bu Allahı nöqsanlardan tənzih etməkdir.

Otuz üç dəfə: "Əlhəmdulilləh" və bu Allahı sevərək və təzim edərək, Onu kamil sifətləri ilə tərifləməkdir.

Otuz üç dəfə: " Allahu Əkbər" və bu Allahın hər şeydən böyük və əzəmətli olması deməkdir.

Yüz rəqəminin tamamlanması : “Ləə iləhə illallah vəhdəhu ləə şərikə ləhu, ləhulmulku, və ləhulhəmdu və huvə alə kulli şeyin qadir" sözü ilədir ki, onun da mənası budur: "Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir və heç bir şəriki yoxdur, mülk yalnız Ona məxsusdur, yalnız O, məhəbbət və təzimlə bərabər həmd və tərifə layiqdir və O, hər şeyə qadirdir, heç nə Onu aciz buraxa bilməz".

Və hər kim bunu desə, dəniz dalğalananda və hiddətlənəndə onun üstünə çıxan ağ köpük kimi onun günahları çox olsa da belə, silinər və bağışlanar.

Faydaları

  • Fərz namazlarından sonra bu zikri etməyin müstəhəb (bəyənilən) olması.
  • Bu zikr günahların bağışlanmasına səbəbdir.
  • Uca Allahın lütfü, rəhməti və bağışlamasının böyüklüyü.
  • Bu zikr günahların bağışlanması üçün səbəbdir və burada nəzərdə tutulan: kiçik günahların təmizlənməsidir. Böyük günahlara gəlincə, onları yalnız tövbə təmizləyər.

HadeethEnc.com saytında oxuyun

5 Bir dəfə

Mənası və mənbəyi

Kə'b bin-Ucrədən (Allah ondan razı olsun) rəvayət edilir ki, Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Ard-arda söylənən bəzi kəlimələr vardır ki, onları fərz namazlarından sonra deyən- və ya edən - ziyana uğramaz. Bu, otuz üç dəfə subhənallah, otuz üç dəfə əlhəmdulilləh və otuz dörd dəfə Allahu Əkbər deməkdir".

Muslim rəvayət etdi Dərəcəsi: Səhih

İzah

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) müəyyən zikrlərdən xəbər vermişdir ki, bunları söyləyən nə uduzar, nə də ki peşman olar. Əksinə, o, bu kəlimələrin savabına nail olar. Onlar bir-birinin ardınca gəlir və fərz namazından sonra deyilir. Bu zikrlər aşağıdakılardır:

33 dəfə "Subhənallah" demək , yəni Uca Allahı bütün nöqsanlardan münəzzəh etmək (uzaq tutmaq).

33 dəfə "Əlhəmdulilləh" demək. Bu, Allahı sevərək və təzim edərək, onu tam kamilliklə vəsf etməkdir.

34 dəfə "Allahu Əkbər" demək. Çünki Allah hər şeydən böyükdür, əzəmətli və qüdrətlidir.

Faydaları

  • "Subhənallah, Əlhəmdu lilləh və Allahu Əkbər" deməyin fəziləti, çünki bunlar qalıcı saleh əməllərdir.

HadeethEnc.com saytında oxuyun

6 Bir dəfə

اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَا يَئُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ

Mənası və mənbəyi

Əbu Umamədən (Allah ondan razı olsun) Allahın Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: “Kim hər vacib namazdan sonra “Ayətul-Kürsi”ni oxuyarsa, onun cənnətə girməsinə ölümündən başqa heç nə mane olmaz”.

رواه النسائي في الكبرى Dərəcəsi: Səhih

İzah

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər vermişdir ki, hər kim fərz namazı bitdikdən sonra “Ayətul-Kürsi”ni oxuyarsa, onun cənnətə girməsinə ölümdən başqa heç nə mane olmaz. Bu ayə, bəqərə surəsində, Uca Allahın bu ayəsidir: "Allahdan başqa ilah yoxdur! O, diridir, bütün məxluqatı idarə edir. O, nə mürgüləyər, nə də yuxulayar. Göylərdə və yerdə nə varsa hamısı Onundur. Onun izni olmadan Onun yanında kim şəfaət edə bilər?! Önlərindəkini də (qulların edəcəkləri əməlləri), arxalarındakını da (etdikləri əməlləri) O, bilir. Onlar Allahın elmindən, Onun dilədiyi qədərindən başqa heç nəyi qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları mühafizə etmək isə Ona çətin gəlmir. O, ucadır, əzəmətlidir". [Əl-Bəqərə 2 surəsi, ayə 255].

Faydaları

  • Bu əzəmətli ayənin fəziləti, özündə Uca Allahın ən gözəl adlarını və uca sifətlərini ehtiva etdiyinə görədir.
  • Hər fərz namazından sonra bu əzəmətli ayəni oxumaq müstəhəbdir.
  • Saleh əməllər cənnətə girmək üçün səbəbdir.

HadeethEnc.com saytında oxuyun

Suallar

Bu səhifədə nə var?

Namazdan sonra zikrlər: hər biri ərəbcə mətni, mənası, mənbəyi olan hədis, dərəcəsi və izahı ilə.

Tərcümələr haradan götürülüb?

Tərcümə olunmuş Peyğəmbər hədisləri ensiklopediyası HadeethEnc.com saytından. Hər hədis onların dərc etdiyi kimi, mənbəyi və dərəcəsi ilə, əslinə keçidlə göstərilir.

Gündəlik xatırlatma ala bilərəmmi?

Bəli. Android üçün pulsuz Qabas tətbiqi hər gün səhər və axşam zikrlərini xatırladır və eyni sayğaca malikdir.