Yeməkdən əvvəl oxunan dua (Bismillah)

Yeməkdən əvvəl nə deyilir və yeməyin üzərində niyə Allahın adı çəkilir.

1 Bir dəfə

بِسْمِ اللَّهِ

Mənası və mənbəyi

Ömər ibn Əbu Sələmədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə demişdir. Mən Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) himayəsində olan bir uşaq idim. Yemək yeyərkən əlim yemək qabının hər yanına dolaşırdı. Bunu görən Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə belə dedi: «Ey oğlan, Bismilləh de. Sağ əlinlə ye və sənə yaxın olan yerdən ye”. Bundan sonra mənim yemək yemə tərzim Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə öyrədiyi kimi oldu.

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Dərəcəsi: Səhih

İzah

Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) tərbiyəsi və himayəsi altında böyüyən, xanımı Ummu Sələmənin (Allah ondan razı olsun) oğlu Ömər bin Əbu Sələmə (Allah ondan razı olsun) yemək yeyərkən yeməyi almaq üçün əlinin qabın hər tərəfində gəzib dolaşdığını və bunun üzərindən Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ona yemək yemə ədəbləridən üçünü öyrətdiyini xəbər vermişdir. Bu ədəblər aşağıdakılardır:

Birincisi: Yeməyə başlamazdan öncə: "Bismilləh" demək.

İkincisi: Sağ əl ilə yemək.

Üçüncüsü: Qabda yeməyin özünə yaxın olan tərəfindən yemək.

Faydaları

  • Yemək-içmək ədəblərindən biri də, yemək və ya içməyə başlayarkən: "Bismilləh" deməkdir.
  • Uşaqlara, xüsusən də insanın himayəsi altnda olan uşaqlara ədəb-ərkan öyrədilməsi.
  • Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) uşaqları təlim-tərbiyə etmə məsələsində səbirli və onlara qarşı şəfqətli olması.
  • Yemək ədəblərindən biri də, insanın, qabda ona yaxın olan yerdən yeməsidir. Amma yemək bir neçə növdən ibarətdirsə, bu zaman yeməyi qabın müxtəlif yerindən ala bilər.
  • Səhabələrin, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) onlara öyrətdiyi ədəb-ərkana riayət etmələri. Bu fayda, Ömərin: "Bundan sonra mənim yemək yemə tərzim Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə öyrədiyi kimi oldu" sözündən alınmışdır.

HadeethEnc.com saytında oxuyun

2 Bir dəfə

Mənası və mənbəyi

Cabir bin Abdullahdan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "İnsan evinə daxil olduğu zaman və yeməyə başlayarkən Allahı zikr edərsə, şeytan köməkçilərinə deyər: Sizə bu evdə gecələmək üçün yer və şam yeməyindən pay yoxdur. Lakin insan evinə girərərkən Allahı zikr etməzsə, şeytan öz ardıcıllarına deyər: Gecələməyə yeriniz var. Yemək yediyində Allahı zikr etməzsə şeytan onlara deyər ki, artıq həm gecələməyə yeriniz, həm də yeməkdən payınız vardır".

Muslim rəvayət etdi Dərəcəsi: Səhih

İzah

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) evə girərkən və yeməyə başlamazdan əvvəl Allahı zikr etməyi əmr edir və bildirir ki, əgər bir kəs evinə girərkən və yeməyə başlayarkən Allahı "bismilləh" (Allahın adı ilə) deyərək zikr edərsə: Şeytan köməkçilərinə deyər: Sizə bu evdə gecələmək və şam etmək üçün pay yoxdur, çünki ev sahibi uca Allahı zikr etməklə öz toxunulmazlığını təmin etdi. Lakin əgər insan nə evə girdiyi zaman, nə də ki, yemək yeyərkən Allahı zikr etməzsə, şeytan öz köməkçilərinə onların bu evdə gecələyib, şam edəcəklərini xəbər verər.

Faydaları

  • Evə girərkən və yemək yeyərkən Allahı zikr etməyin müstəhəb olması. Çünki şeytan, uca Allahın adını zikr etməyən kəslərin evlərində gecələyir və onların yeməklərini yeyir.
  • Şeytan Adəm övladının bütün əməllərinə, davranışına və bütün işlərinə nəzarət edir, elə ki, insan zikr etməkdən yayınır, şeytan onun bu halından istifadə edərək öz istəyinə nail olur.
  • Zikr şeytanı qovur.
  • Hər bir şeytanın, onun sözlərinə sevinən, əmrlərinə əməl edən ardıcılları və dostları vardır.

HadeethEnc.com saytında oxuyun

Suallar

Bu səhifədə nə var?

Yeməkdən əvvəl dua: hər biri ərəbcə mətni, mənası, mənbəyi olan hədis, dərəcəsi və izahı ilə.

Tərcümələr haradan götürülüb?

Tərcümə olunmuş Peyğəmbər hədisləri ensiklopediyası HadeethEnc.com saytından. Hər hədis onların dərc etdiyi kimi, mənbəyi və dərəcəsi ilə, əslinə keçidlə göstərilir.

Gündəlik xatırlatma ala bilərəmmi?

Bəli. Android üçün pulsuz Qabas tətbiqi hər gün səhər və axşam zikrlərini xatırladır və eyni sayğaca malikdir.