Yeməkdən sonra oxunan dua

Yemək bitəndə Allaha edilən həmd.

1 Bir dəfə

الحَمْدُ لِلَّهِ الَّذِي أَطْعَمَنِي هَذَا وَرَزَقَنِيهِ مِنْ غَيْرِ حَوْلٍ مِنِّي وَلاَ قُوَّةٍ

Mənası və mənbəyi

Səhl bin Muaz bin Ənəs atasından rəvayət edərək belə demişdir: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: "Kim yemək yeyib: “Əlhəmdu-lilləhil-ləzi ətaməni həzə va razəqanihi min ğeyri həvlin minni və ləə qüvvətin (Mənim tərəfimdən heç bir güc və qüvvət sərf olmadan bunu mənə yedizdirən və mənə ruzi olaraq verən Allaha həmd olsun” desə, onun keçmiş günahları bağışlanar".

Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər Dərəcəsi: Həsən

İzah

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) yemək yeyən kəsi Allaha həmd etməyə təşviq edir, çünki insanın Uca Allah və Onun köməyi olmadan yeməyi əldə etməyə və yeməyə gücü yoxdur. Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu sözləri deyəni, Allah tərəfindən ötüb-keçmiş kiçik günahlarının bağışlanmasına layiq olduğu ilə müjdələdi.

Faydaları

  • Yeməyin sonunda Uca Allaha həmd etməyin müstəhəbliyi.
  • Uca Allahın qulları üzərindəki lütfünün böyüklüyünün bəyanı, belə ki, onları ruziləndirdi, ruzi səbəblərini onlar üçün asanlaşdırdı və bunu onların günahlarının təmizlənməsi səbəbi etdi.
  • Qulların bütün işləri onların gücü və qüvvəti ilə deyil, əksinə izzət və Cəlal sahibi olan Allahdandır və (bununla yanaşı) bəndəyə səbəbləri yerinə yetirmək əmr edilmişdir.

HadeethEnc.com saytında oxuyun

2 Bir dəfə

Mənası və mənbəyi

Ənəs bin Məlikdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Həqiqətən Allah, yedikdən sonra həmd edən və içdikdən sonra həmd edən qulundan razıdır".

Muslim rəvayət etdi Dərəcəsi: Səhih

İzah

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, Rəbbinin lütfü və nemətinə görə qulun həmd etməsi, Allahın razılığını qazandıran əməllərdən hesab edilir: yemək yeyir və əlhəmdulilləh deyir, su içir və əlhəmdulilləh deyir.

Faydaları

  • İzzət və cəlal sahibi olan Allahın səxavəti, lütf olaraq ruzi verir və qulun həmd etməsindən razı qalır.
  • Allahın razılığı, yedikdən və içdikdən sonra həmd etmək kimi ən asan səbəblərlə əldə edilir.
  • Yemək və içmək ədəblərindən biri: Yemək və içməkdən sonra uca Allaha həmd etmək.

HadeethEnc.com saytında oxuyun

Suallar

Bu səhifədə nə var?

Yeməkdən sonra dua: hər biri ərəbcə mətni, mənası, mənbəyi olan hədis, dərəcəsi və izahı ilə.

Tərcümələr haradan götürülüb?

Tərcümə olunmuş Peyğəmbər hədisləri ensiklopediyası HadeethEnc.com saytından. Hər hədis onların dərc etdiyi kimi, mənbəyi və dərəcəsi ilə, əslinə keçidlə göstərilir.

Gündəlik xatırlatma ala bilərəmmi?

Bəli. Android üçün pulsuz Qabas tətbiqi hər gün səhər və axşam zikrlərini xatırladır və eyni sayğaca malikdir.