8 dərsdən 5-ci dərs
Peyğəmbər Məhəmməd kimdir?
Qurandan
مَّا كَانَ مُحَمَّدٌ أَبَآ أَحَدٖ مِّن رِّجَالِكُمۡ وَلَٰكِن رَّسُولَ ٱللَّهِ وَخَاتَمَ ٱلنَّبِيِّـۧنَۗ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٗا ﴿٤٠﴾
Muhamməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir.
وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا رَحۡمَةٗ لِّلۡعَٰلَمِينَ ﴿١٠٧﴾
Biz səni ancaq aləmlərə rəhmət olaraq göndərdik.
وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا كَآفَّةٗ لِّلنَّاسِ بَشِيرٗا وَنَذِيرٗا وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ﴿٢٨﴾
Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən (bir peyğəmbər) olaraq göndərdik. Lakin insanların çoxu (bunu) bilməz.
وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٖ ﴿٤﴾
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sünnədən
Ömər bin Xəttab - Allah ondan razı olsun - rəvayət edərək deyir ki, mən Peyğəmbərin - salləllahu aleyhi va səlləm - belə dediyini eşitdim: "Xristianlar Məryəm oğlu İsanı ucaltdıqları (həddindən artıq tərifləməklə) kimi siz də məni ucaltmayın. Mən Allahın quluyam. (Mənə) Allahın qulu və Onun rəsulu deyin".
İzah
Peyğəmbər - salləllahu aleyhi va səlləm - xristianların Məryəm oğlu İsanı - aleyhissələm - şəriətin qoyduğu çərçivəni aşaraq ifrat dərəcədə təriflədiyi, onu Allahın vəsfləri və Ona aid felləri ilə vəsf etdiyi və onun qeybi bildiyini yaxud da Allah ilə birlikdə dua edilib yalvarılacağı kimi onun da bu cür ucaldılmasını qadağan etmişdir. Sonra özünün Allahın bir qulu olduğunu bildirərək özü barədə: Allahın qulu və Onun rəsulu deməyimizi əmr etmişdir.