مَّا كَانَ مُحَمَّدٌ أَبَآ أَحَدٖ مِّن رِّجَالِكُمۡ وَلَٰكِن رَّسُولَ ٱللَّهِ وَخَاتَمَ ٱلنَّبِيِّـۧنَۗ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٗا ٤٠
Mmā kāna muhammadun abā ahadim mir rijālikum walākir rasūlallāhi wakhātaman-nabiyyina wakānallāhu bikulli shay'in 'alīmā
Muhamməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir.
Təfsir
Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyil. O, Zeydin atası deyil ki, Zeyd öz zövcəsini boşadıqdan sonra onunla evlənmək ona haram sayılsın. Lakin o, Allahın insanlara göndərdiyi rəsulu və peyğəmbərlərin sonuncusudur. Ondan sonra peyğəmbər gəlməyəcək. Allah hər şeyi bilir. Qullarının əməllərindən heç biri Ondan gizli qalmaz.