İslamla tanışlıq

8 dərsdən 6-ci dərs

İslam İsa haqqında nə deyir?

Qurandan

إِنَّ مَثَلَ عِيسَىٰ عِندَ ٱللَّهِ كَمَثَلِ ءَادَمَۖ خَلَقَهُۥ مِن تُرَابٖ ثُمَّ قَالَ لَهُۥ كُن فَيَكُونُ ﴿٥٩﴾

Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəlinə bənzəyir. Allah Adəmi torpaqdan yaratdı, sonra ona “Ol!”– dedi, o da oldu.

Al-Imran 3:59Quranda oxuyun

قَالَ إِنِّي عَبۡدُ ٱللَّهِ ءَاتَىٰنِيَ ٱلۡكِتَٰبَ وَجَعَلَنِي نَبِيّٗا ﴿٣٠﴾ وَجَعَلَنِي مُبَارَكًا أَيۡنَ مَا كُنتُ وَأَوۡصَٰنِي بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ مَا دُمۡتُ حَيّٗا ﴿٣١﴾ وَبَرَّۢا بِوَٰلِدَتِي وَلَمۡ يَجۡعَلۡنِي جَبَّارٗا شَقِيّٗا ﴿٣٢﴾ وَٱلسَّلَٰمُ عَلَيَّ يَوۡمَ وُلِدتُّ وَيَوۡمَ أَمُوتُ وَيَوۡمَ أُبۡعَثُ حَيّٗا ﴿٣٣﴾

(Körpə dil açıb) dedi: “Mən Allahın quluyam! O mənə Kitab (İncil) verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və həyatda olduğum müddətcə mənə namaz qılıb, zəkat verməyi əmr etdi. Məni anama qarşı qayğıkeş etdi. Məni lovğa və bədbəxt etmədi. Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!”

Maryam 19:30-33Quranda oxuyun

يَٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لَا تَغۡلُواْ فِي دِينِكُمۡ وَلَا تَقُولُواْ عَلَى ٱللَّهِ إِلَّا ٱلۡحَقَّۚ إِنَّمَا ٱلۡمَسِيحُ عِيسَى ٱبۡنُ مَرۡيَمَ رَسُولُ ٱللَّهِ وَكَلِمَتُهُۥٓ أَلۡقَىٰهَآ إِلَىٰ مَرۡيَمَ وَرُوحٞ مِّنۡهُۖ فَـَٔامِنُواْ بِٱللَّهِ وَرُسُلِهِۦۖ وَلَا تَقُولُواْ ثَلَٰثَةٌۚ ٱنتَهُواْ خَيۡرٗا لَّكُمۡۚ إِنَّمَا ٱللَّهُ إِلَٰهٞ وَٰحِدٞۖ سُبۡحَٰنَهُۥٓ أَن يَكُونَ لَهُۥ وَلَدٞۘ لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلٗا ﴿١٧١﴾

Ey Kitab əhli! Dininizdə ifrata varmayın və Allah barəsində həqiqətdən başqa bir şey söyləməyin. Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi (“Ol!”) kəlməsi və Onun tərəfindən göndərilən bir ruhdur. Allaha və Onun elçilərinə iman gətirin və: (Tanrı) “üçdür!” deməyin. (Batil əqidənizə) son qoyun! (Bu) sizin üçün xeyirli olar. Həqiqətən, Allah Tək İlahdır! O, pakdır, müqəddəsdir, övladı olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Vəkil olaraq Allah yetər.

An-Nisa 4:171Quranda oxuyun

مَّا ٱلۡمَسِيحُ ٱبۡنُ مَرۡيَمَ إِلَّا رَسُولٞ قَدۡ خَلَتۡ مِن قَبۡلِهِ ٱلرُّسُلُ وَأُمُّهُۥ صِدِّيقَةٞۖ كَانَا يَأۡكُلَانِ ٱلطَّعَامَۗ ٱنظُرۡ كَيۡفَ نُبَيِّنُ لَهُمُ ٱلۡأٓيَٰتِ ثُمَّ ٱنظُرۡ أَنَّىٰ يُؤۡفَكُونَ ﴿٧٥﴾

Məryəm oğlu Məsih ancaq bir elçidir, ondan əvvəl də elçilər gəlib getmişlər. Onun anası isə Allaha (sidq) ürəkdən inanan bir qadın idi. Hər ikisi də yemək yeyərdi. Bax gör ayələrimizi onlara necə bəyan edirik, sonra da, gör onlar (haqdan) necə üz çevirirlər.

Al-Ma'idah 5:75Quranda oxuyun

Sünnədən

Ömər bin Xəttab - Allah ondan razı olsun - rəvayət edərək deyir ki, mən Peyğəmbərin - salləllahu aleyhi va səlləm - belə dediyini eşitdim: "Xristianlar Məryəm oğlu İsanı ucaltdıqları (həddindən artıq tərifləməklə) kimi siz də məni ucaltmayın. Mən Allahın quluyam. (Mənə) Allahın qulu və Onun rəsulu deyin".

Əl-Buxari rəvayət etdi Səhih HadeethEnc.com
İzah

Peyğəmbər - salləllahu aleyhi va səlləm - xristianların Məryəm oğlu İsanı - aleyhissələm - şəriətin qoyduğu çərçivəni aşaraq ifrat dərəcədə təriflədiyi, onu Allahın vəsfləri və Ona aid felləri ilə vəsf etdiyi və onun qeybi bildiyini yaxud da Allah ilə birlikdə dua edilib yalvarılacağı kimi onun da bu cür ucaldılmasını qadağan etmişdir. Sonra özünün Allahın bir qulu olduğunu bildirərək özü barədə: Allahın qulu və Onun rəsulu deməyimizi əmr etmişdir.

Bütün dərslər