Saba surəsi, ayə 28

34:28

وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا كَآفَّةٗ لِّلنَّاسِ بَشِيرٗا وَنَذِيرٗا وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٢٨

Wamā arsalnāka illā kāffatal lin-nāsi bashīran wanadhīran walākinna aktharan-nāsi lā ya'lamūn

Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən (bir peyğəmbər) olaraq göndərdik. Lakin insanların çoxu (bunu) bilməz.

Təfsir

Ey Peğəmbər, Biz səni bütün insanlara - müttəqilərə Cənnətlə müjdə verən, kafirləri və günahkarları Cəhənnəmlə qorxudan bir peyğəm­bər olaraq gön­dərdik. Lakin insanların çoxu bunu bilmir. Əgər bilsəydilər, səni yalançı hesab etməzdilər.