Mənası və mənbəyi
Əbu Hureyradan (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: "Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) asqırdığı zaman əlini və ya paltarını ağzının üstünə qoyar və onunla səsini aşağı salardı".
Əbu Davud, Ət-Tirmizi,Əhməd Dərəcəsi: Səhih
İzah
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) asqırdığı zaman:
Birincisi: Əlini və ya paltarını ağzının üstünə qoyardı ki, onun ağzından və ya burnundan yanındakı şəxsə narahatlığa səbəb olan (əziyyətverici) heç bir şey çıxmasın.
İkincisi: Səsini aşağı salar, qaldırmazdı.
Faydaları
- Asqırmaqda onun (Allahın salavatı və salamı onun üzərinə olsun) yolunun bəyanı və bu işdə ona tabe olmaq.
- Bir kəs asqıran zaman onunla oturan şəxsə zərər verə biləcək bir şey çıxmasın deyə ağzına və burnuna paltar, dəsmal və ya bu kimi şeylər qoymasının bəyənilən olması.
- Asqırarkən səsi aşağı salmaq tələb olunandır və bu, kamil ədəb və gözəl əxlaqdandır.