11 dərsdən 10-ci dərs
Allah niyə çətinliyə və əzab-əziyyətə izin verir?
Qısa cavab
Bu həyat bir imtahandır. Allah insanları çətinliklə və rahatlıqla sınayır ki, kimin səbirli olduğunu və kimin yaxşılıq etdiyini göstərsin. Mömin üçün heç bir ağrı boşa getmir: hətta tikanın batması belə onun bəzi günahlarını silir və Allah səbir edib Ona qayıdanlara böyük mükafat və rəhmət vəd edir. Quran həmçinin vəd edir ki, çətinliklə bərabər bir asanlıq vardır və axirətdə tam ədalət gözləyir.
Qabas tərəfindən yazılıb və Qurani-Kərimin Müxtəsər təfsiri, İbn Kəsir təfsiri və HadeethEnc.com şərhləri əsasında yoxlanılıb.
Qurandan
وَلَنَبۡلُوَنَّكُم بِشَيۡءٖ مِّنَ ٱلۡخَوۡفِ وَٱلۡجُوعِ وَنَقۡصٖ مِّنَ ٱلۡأَمۡوَٰلِ وَٱلۡأَنفُسِ وَٱلثَّمَرَٰتِۗ وَبَشِّرِ ٱلصَّٰبِرِينَ ﴿١٥٥﴾ ٱلَّذِينَ إِذَآ أَصَٰبَتۡهُم مُّصِيبَةٞ قَالُوٓاْ إِنَّا لِلَّهِ وَإِنَّآ إِلَيۡهِ رَٰجِعُونَ ﴿١٥٦﴾ أُوْلَٰٓئِكَ عَلَيۡهِمۡ صَلَوَٰتٞ مِّن رَّبِّهِمۡ وَرَحۡمَةٞۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُهۡتَدُونَ ﴿١٥٧﴾
Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənləri müjdələ. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və biz yalnız Ona qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən məğfirət və rəhmət vardır. Məhz onlar doğru yolda olanlardır.
Ayələrin izahı
Biz sizi düşmənlərdən bir az qorxu, qıtlıqı səbəbi ilə bir az aclıq, bir az malının əldən çıxması yaxud çətinliklə mal əldə etmək, insanları məhv edən bəlalar səbəbi ilə insanların ölməsi yaxud da Allah yolunda şəhid olması və yerin bitirdiyi meyvələrin azalması ilə imtahan edəcəyik. Ey Peyğəmbər! Bu müsibətlərə səbir edənlərə, dünya da və axirət də onları sevindirəcək şeylərlə müjdə ver.
O kəslər ki, başlarına bu müsibətlərdən hər hansı bir müsibət gəldiyi zaman, Allahın yazdığı qədərə razı qalıb, təslim olaraq deyirlər: "Biz Allahın mülküyük və O, bizi necə istəyirsə elədə idarə edir. Biz qiyamət günü Ona tərəf qayıdacağıq. Bizi yaradan və bizə müxtəlif nemətlər bəxş edən də odur. O, bizim qayıdış yerimizdir və işlərimizin sonu da Ona aiddir!"
Belə sifətləri özündə cəm edən kimsələrə, Allaha tərəfindən onlar üçün uca toplum olan mələklər yanında tərif və onların üzərinə Allaha tərəfindən rəhmət nazil olması vardır. Məhz onlar doğru yolda olanlardır.
أَحَسِبَ ٱلنَّاسُ أَن يُتۡرَكُوٓاْ أَن يَقُولُوٓاْ ءَامَنَّا وَهُمۡ لَا يُفۡتَنُونَ ﴿٢﴾ وَلَقَدۡ فَتَنَّا ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۖ فَلَيَعۡلَمَنَّ ٱللَّهُ ٱلَّذِينَ صَدَقُواْ وَلَيَعۡلَمَنَّ ٱلۡكَٰذِبِينَ ﴿٣﴾
İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır.
Ayələrin izahı
Yoxsa insanlar təkcə: "Biz Allaha iman gətirdik!"– deyərək kimin həqiqi mömin olduğunu ortaya çıxaran imtahan etmədən onlardan əl çəkəcəyimizimi güman edirlər?! Xeyir, bu, heç də onların güman etdikləri kimi deyildir.
Uca Allah, doğru danışanların imanlarında doğru danışdıqlarını, yalan danışanların da imanlarında yalan danışdıqlarını aşkar edib, üzə çıxarsın deyə, onlardan öncəkiləri də imtahan etmişdir!
فَإِنَّ مَعَ ٱلۡعُسۡرِ يُسۡرًا ﴿٥﴾ إِنَّ مَعَ ٱلۡعُسۡرِ يُسۡرٗا ﴿٦﴾
Şübhəsiz ki, çətinliklə bərabər bir asanlıq vardır. Əlbəttə ki, çətinliklə bərabər bir asanlıq vardır.
Ayələrin izahı
Həqiqətən də, çətinlik və sıxıntının ardından asanlıq və genişlik gəlir.
Şübhəsiz ki, çətinlik və sıxıntının ardından asanlıq və genişlik gəlir. Əgər bunu bilsən, artıq qövmünün sənə verdiyi əziyyətlər səni qorxutmayacaq və səni (insanları) Allahın yoluna dəvət etməkdən yayındırmayacaq.
Sünnədən
Əbu Səid əl-Xudridən və Əbu Hureyradan (Allah onlardan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilmişdir: “Müsəlmanın başına gələn bəlalar içərisində elə bir yorğunluq, xəstəlik, dərd, kədər, əziyyət və sıxıntı, qəm, hətta bədəninə batan tikan kimi bəla yoxdur ki, Allah buna görə onun günahlarını bağışlamasın”.
İzah
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) izah edir ki, müsəlmanın başına gələn hər hansı xəstəlik, narahatlıq, qəm - qüssə, sıxıntı, bəla, çətinlik, qorxu və aclıq - hətta bədəninə batıb ağrı verən tikan belə-onun günahlarının təmizlənməsinə və xətalarıının bağışlanmasına səbəbdir.