Al-'Ankabut surəsi, ayə 2

29:2

أَحَسِبَ ٱلنَّاسُ أَن يُتۡرَكُوٓاْ أَن يَقُولُوٓاْ ءَامَنَّا وَهُمۡ لَا يُفۡتَنُونَ ٢

Ahasiban-nāsu an yutrakū an yaqūlū āmannā wahum lā yuftanūn

İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?

Təfsir

Yoxsa insanlar tək­cə: "Biz Allaha iman gətirdik!"– deyərək kimin həqiqi mömin olduğunu ortaya çıxaran imtahan etmədən on­lardan əl çəkəcəyimizimi güman edirlər?! Xeyir, bu, heç də onların güman etdikləri kimi deyildir.