11 dərsdən 9-ci dərs
Müsəlmanlar Kəbəyə ibadət edirlərmi?
Qısa cavab
Xeyr. Müsəlmanlar yalnız Allaha, Quranın dediyi kimi, “bu Evin Rəbbinə” ibadət edirlər. Məkkədəki Kəbə Ona ibadət üçün tikilmiş bir evdir, onun təməllərini İbrahim və oğlu İsmayıl ucaldıb. Allah onu bütün müsəlmanların namazda üz tutduğu istiqamət (qiblə) etmişdir ki, hər yerdə möminlər bir olaraq namaz qılsınlar. Ömər Həcərül-Əsvədi öpəndə demişdi ki, onun nə zərər, nə də fayda verə bilən sadəcə bir daş olduğunu bilir və onu yalnız Peyğəmbərin öpdüyünü gördüyü üçün öpür.
Qabas tərəfindən yazılıb və Qurani-Kərimin Müxtəsər təfsiri, İbn Kəsir təfsiri və HadeethEnc.com şərhləri əsasında yoxlanılıb.
Qurandan
فَلۡيَعۡبُدُواْ رَبَّ هَٰذَا ٱلۡبَيۡتِ ﴿٣﴾ ٱلَّذِيٓ أَطۡعَمَهُم مِّن جُوعٖ وَءَامَنَهُم مِّنۡ خَوۡفِۭ ﴿٤﴾
onlar bu Evin Rəbbinə ibadət etsinlər. O Allah ki, onlara aclıqdan (sonra) yemək verdi və qorxudan (sonra) əmin-amanlıq bəxş etdi.
Ayələrin izahı
Qoy onlar bu səfərləri onlar üçün asanlaşdıran və toxunulmaz evin Rəbbi olan Allaha ibadət etsinlər və heç kəsi Ona şərik qoşmasınlar.
O Allah ki, onlara aclıqdan sonra yemək vermiş və qorxudan sonra əmin-amanlıq bəxş etmişdir. Belə ki, O, Məkkənin və onun əhalisinin əzəmətini ərəblərin qəlbinə yerləşdirmişdir.
وَإِذۡ يَرۡفَعُ إِبۡرَٰهِـۧمُ ٱلۡقَوَاعِدَ مِنَ ٱلۡبَيۡتِ وَإِسۡمَٰعِيلُ رَبَّنَا تَقَبَّلۡ مِنَّآۖ إِنَّكَ أَنتَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ﴿١٢٧﴾
Bir zaman İbrahim və İsmail müqəddəs Evin bünövrəsini ucaldarkən belə dua etmişdi: “Ey Rəbbimiz! Bu əməli bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!
Ayələrin izahı
Ey Peyğəmbər, İbrahim və İsmail Kəbənin bünövrəsini ucaldarkən hər ikisi də Allaha boyun əyərək və zəlil halda: "Ey Rəbbimiz, bizdən əməllərimizi, o cümlədən də bu evi inşa etməyimizi qəbul et! Həqiqətən, Sən dualarımızı Eşidən, niyyətlərimizi və əməllərimizi Bilənsən!"- dediklərini yadına sal.
قَدۡ نَرَىٰ تَقَلُّبَ وَجۡهِكَ فِي ٱلسَّمَآءِۖ فَلَنُوَلِّيَنَّكَ قِبۡلَةٗ تَرۡضَىٰهَاۚ فَوَلِّ وَجۡهَكَ شَطۡرَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۚ وَحَيۡثُ مَا كُنتُمۡ فَوَلُّواْ وُجُوهَكُمۡ شَطۡرَهُۥۗ وَإِنَّ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ لَيَعۡلَمُونَ أَنَّهُ ٱلۡحَقُّ مِن رَّبِّهِمۡۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا يَعۡمَلُونَ ﴿١٤٤﴾
Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük. Odur ki, səni razı qalacağın qibləyə tərəf yönəldəcəyik. Artıq üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa, olun, üzünüzü ona tərəf çevirin! Şübhəsiz ki, Kitab verilənlər bunun özlərinin Rəbbi tərəfindən gerçək olduğunu bilirlər. Allah onların etdiklərindən qafil deyildir.
Ayələrin izahı
Ey Peyğəmbər! Biz sənin, vəhyin nazil olub qiblənin sənin istyədiyin tərəfə çevrilməsini gözləyərək, üzünü çevirməyi və göyə tərəf baxmağını gördük. Elə buna görə də biz indi, mütləq sənin üzünü Beytülmüqəddəsdən razı olub, sevdiyi qibləyə - Məscidülhərama tərəf döndərəcəyik. Sən üzünü Məkkədəki Məscidülhərama tərəf çevir! Ey möminlər! Siz də namaz qıldığınız zaman üzünüzü Məscidülhərama tərəf çevirin! Özlərinə kitab verilmiş yəhudi və nəsranilər qiblənin dəyişməsi, öz kitablarında sabit olduğu üçün bunu, onların Xaliqi və işlərini yoluna qoyan Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər. Allah heç də haqqdan üz çevirənlərin əməllərindən xəbərsiz deyildir. Əksinə, pak olan Allah, bunu yaxşı bilir və onların etdikləri əməllərin müqabilini verəcəkdir.
وَلِلَّهِ ٱلۡمَشۡرِقُ وَٱلۡمَغۡرِبُۚ فَأَيۡنَمَا تُوَلُّواْ فَثَمَّ وَجۡهُ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ وَٰسِعٌ عَلِيمٞ ﴿١١٥﴾
Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü oradadır. Həqiqətən, Allah hər şeyi əhatə edəndir, O, (hər şeyi) biləndir.
Ayələrin izahı
Məşriqin də, məğribin də və onların arasında olan hər bir şeyin də mülkü Allahındır! Allah qullarına istədiyini əmr edər. Siz hansı səmtə yönəlsəniz, yenə də Uca Allaha yönəlmiş olarsız. Əgər O, sizə Beytülməqdisə yaxud Məkkəyə yönəlməyi əmr edərsə ya da səhvən qiblədən başqa tərəfə yönəlsəniz yaxud da ki, qibləyə yönəlmək sizə çətin olarsa bu işdə sizə günah olmaz. Həqiqətən, Allah Öz rəhməti və asanlaşdırması ilə qullarını Əhatəedən və onların niyyətlərini və əməllərini Biləndir.