İslamla tanışlıq

8 dərsdən 7-ci dərs

Ölümdən sonra nə olur?

Qurandan

كُلُّ نَفۡسٖ ذَآئِقَةُ ٱلۡمَوۡتِۗ وَإِنَّمَا تُوَفَّوۡنَ أُجُورَكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۖ فَمَن زُحۡزِحَ عَنِ ٱلنَّارِ وَأُدۡخِلَ ٱلۡجَنَّةَ فَقَدۡ فَازَۗ وَمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَآ إِلَّا مَتَٰعُ ٱلۡغُرُورِ ﴿١٨٥﴾

Hər kəs ölümü dadacaqdır. Sözsüz ki, Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o, əlbəttə, uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.

Al-Imran 3:185Quranda oxuyun

يَوۡمَئِذٖ يَصۡدُرُ ٱلنَّاسُ أَشۡتَاتٗا لِّيُرَوۡاْ أَعۡمَٰلَهُمۡ ﴿٦﴾ فَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةٍ خَيۡرٗا يَرَهُۥ ﴿٧﴾ وَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةٖ شَرّٗا يَرَهُۥ ﴿٨﴾

O gün insanlar əməllərinin onlara göstərilməsi üçün (qəbirlərindən) dəstə-dəstə çıxacaqlar! Kim zərrə qədər xeyir bir iş görmüşdürsə, onu (onun əvəzini) görəcəkdir. Kim də zərrə qədər şər bir iş görmüşdürsə, onu (onun əvəzini) görəcəkdir.

Az-Zalzalah 99:6-8Quranda oxuyun

وَٱتَّقُواْ يَوۡمٗا تُرۡجَعُونَ فِيهِ إِلَى ٱللَّهِۖ ثُمَّ تُوَفَّىٰ كُلُّ نَفۡسٖ مَّا كَسَبَتۡ وَهُمۡ لَا يُظۡلَمُونَ ﴿٢٨١﴾

Allahın hüzuruna qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi veriləcək və onlara zülm edilməyəcəkdir.

Al-Baqarah 2:281Quranda oxuyun

Sünnədən

Cabirdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə dedi: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına bir kişi gəlib belə dedi: Ey Allahın Rəsulu, (insanı cənnətə və cəhənnəmə salan) iki səbəb nədir? Dedi: "Kim Allaha şərik qoşmadan ölərsə cənnətə daxil olar, kim Allaha şərik qoşaraq ölərsə cəhənnəmə daxil olar".

Muslim rəvayət etdi Səhih HadeethEnc.com
İzah

Kişi peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) iki səbəb barəsində soruşdu: Cənnətə aparan və cəhənnəmə vasil edən səbəb. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) cavab verir ki: Cənnətə aparan səbəb insanın tək olan Allaha ibadət edib, Ona heç bir şeyi şərik qoşmadan ölməsidir. Cəhənnəmə salan səbəb isə insanın, Allahın uluhiyyətində və ya rübubiyyətində və ya ad və sifətlərində Ona hər hansı şeyi tay tutması və şərik qoşaraq ölməsidir.

Bütün dərslər