İslamın beş şərti

5 dərsdən 5-ci dərs

Həcc nədir?

Qurandan

إِنَّ أَوَّلَ بَيۡتٖ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكٗا وَهُدٗى لِّلۡعَٰلَمِينَ ﴿٩٦﴾ فِيهِ ءَايَٰتُۢ بَيِّنَٰتٞ مَّقَامُ إِبۡرَٰهِيمَۖ وَمَن دَخَلَهُۥ كَانَ ءَامِنٗاۗ وَلِلَّهِ عَلَى ٱلنَّاسِ حِجُّ ٱلۡبَيۡتِ مَنِ ٱسۡتَطَاعَ إِلَيۡهِ سَبِيلٗاۚ وَمَن كَفَرَ فَإِنَّ ٱللَّهَ غَنِيٌّ عَنِ ٱلۡعَٰلَمِينَ ﴿٩٧﴾

Həqiqətən, aləmlərə bərəkət və hidayət qaynağı olaraq insanlar üçün ilk bina edilən ev Bəkkədəki evdir. Orada aydın nişanələr – İbrahimın məqamı vardır. Ora daxil olan kəs əmin-amanlıqda olar. Yoluna gücü çatan hər kəsin (müqəddəs) Evi ziyarət etməsi Allahın insanlar üzərindəki haqqıdır. Kim (bunu) inkar edərsə, (bilsin ki,) Allahın aləmlərə ehtiyacı yoxdur.

Al-Imran 3:96-97Quranda oxuyun

وَأَذِّن فِي ٱلنَّاسِ بِٱلۡحَجِّ يَأۡتُوكَ رِجَالٗا وَعَلَىٰ كُلِّ ضَامِرٖ يَأۡتِينَ مِن كُلِّ فَجٍّ عَمِيقٖ ﴿٢٧﴾

İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yoldan gələn yorğun dəvələr üstündə gəlsinlər.

Al-Hajj 22:27Quranda oxuyun

Sünnədən

Rəvayət edilir ki, Əbu Hureyra - Allah ondan razı olsun - belə demişdir: “Mən Peyğəmbərin - salləllahu aleyhi va səlləm - belə dedi­yi­ni eşitdim: "Kim Allah üçün həcc edərsə, (həcc əsna­sın­da qadını ilə) yaxınlıq etməsə və söyüş söyüb pis sözlər danışmasa, həccdən anadan doğulduğu kimi (günahsız) qayıdar".

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Səhih HadeethEnc.com
İzah

Peyğəmbər - salləllahu aleyhi va səlləm - bu hədisdə, kim Allah üçün həcc edərsə, həcc ibadətlərini yerinə yetirərkən xanımı ilə cinsi əlaqədə olmaq və buna təhrik edən öpmək, qucaqlamaq və s. bu kimi əməllərdən uzaq olarsa, həccindən yeni doğulan uşaq kimi günahsız olaraq döndüyünü bəyan etmişdir. Hədisdə ərəb dilində keçən: "rafəs" sözü, cinsi əlaqə mənasını bildirməklə yanaşı, söyüş söyüb pis sözlər danışmaq mənasını da bildirir.

Yəni: Həcc edərkən fasiqlik (asiliklər və pis əməllər) etməz. Eh­ram­da olarkən qadağan olan əməlləri etmək fasiqliyin növlərindən biridir. Kim həcc ibadətlərini yerinə yetirərkən özünü günahlardan qoruyarsa, həccindən bir uşağın günahsız şəkildə anadan olduğu kimi bağışlanmış olaraq geri dönər.

Bütün dərslər