Axşam zikrləri və mənaları

Səhih hədislərdə bildirildiyi kimi, əsr namazından sonra və gecənin əvvəlində oxunan zikrlər.

1 3 dəfə

قُلْ هُوَ اللَّهُ أَحَدٌ ﴿١﴾ اللَّهُ الصَّمَدُ ﴿٢﴾ لَمْ يَلِدْ وَلَمْ يُولَدْ ﴿٣﴾ وَلَمْ يَكُن لَّهُ كُفُوًا أَحَدٌ ﴿٤﴾
قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ ﴿١﴾ مِن شَرِّ مَا خَلَقَ ﴿٢﴾ وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ ﴿٣﴾ وَمِن شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ ﴿٤﴾ وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ ﴿٥﴾
قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ ﴿١﴾ مَلِكِ النَّاسِ ﴿٢﴾ إِلَهِ النَّاسِ ﴿٣﴾ مِن شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ ﴿٤﴾ الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ ﴿٥﴾ مِنَ الْجِنَّةِ وَالنَّاسِ ﴿٦﴾

Mənası və mənbəyi

Abdullah bin Xubeybdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Yağışlı və şiddətli zülmət bir gecədə Allah Rəsulunu(Allahın salavatı və salamı onun üzərinə olsun) bizə namaz qıldırması üçün axtarmağa çıxdıq və onu tapdıq. O, dedi: “De”. Mən isə heç bir şey demədim. Sonra yenə dedi: “De”. Mən yenə heç bir şey demədim. Sonra yenə "De" dedi. Mən də: "Nə deyim?". dedim. Buyurdu: "Səhərə və axşama çıxdığında üç dəfə «"Qul huvallahu əhəd" və "Fələq" və "Nəss" surələrini oxu, hər cür şərrə qarşı sənə kifayət edər".

Əbu Davud, Ət-Tirmizi,Ən-Nəsai rəvayət etdi Dərəcəsi: Səhih

İzah

Böyük səhabə Abdullah bin Xubeyb (Allah ondan razı olsun) xəbər verir ki, onlar bol yağışlı və şiddətli qaranlıq bir gecədə, özlərinə namaz qıldırması üçün Allah Rəsulunu (Allahın salavatı və salamı onun üzərinə olsun) axtarmaq üçün çıxdılar və onu tapdılar. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona dedi: “De”, yəni "oxu", amma o, heç nə oxumadı. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) sözünü ona təkrar dedi və Abdullah dedi: Nə oxuyum, ey Allahın Rəsulu? Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "Səhər və axşam üç dəfə "İxlas" surəsini - "De: O, Allah birdir" və "Fələq" və "Nəss" surələrini : "De: sübhün Rəbbinə sığınıram" və "De: insanların Rəbbinə sığınıram" oxu, səni hər cür şərdən və bütün pisliklərdən qoruyar.

Faydaları

  • Səhər-axşam "İxlas, Fələq və Nəss" surələrini oxumağın bəyənilən olması və bu bütün şərrdən qorunmadır.
  • "İxlas, Fələq və Nəss" surələrini oxumağın fəziləti.

HadeethEnc.com saytında oxuyun

2 Bir dəfə

اللَّهُمَّ أَنْتَ رَبِّي لَا إِلَهَ إِلَّا أَنْتَ خَلَقْتَنِي وَأَنَا عَبْدُكَ وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ وَأَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي فَإِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ

Mənası və mənbəyi

Şəddəd bin Əvsdən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Seyyidul-istiğfar (istiğfarın seyyidi) "Allahummə əntə Rabbi ləə iləhə illə əntə, xaləqtəni və ənə abdukə və ənə alə əhdikə və vədikə məstətatu, əuzu bikə min şərri mə sanətu, əbuu ləkə binimətikə aləyyə və əbuu ləkə bizənbi, fəğfir li, fəinnəhu lə yəğfiruz-zunubə illə əntə" (Allahım, Sən mənim Rəbbimsən, Səndən başqa haqq məbud yoxdur, məni Sən yaratdın, mən də Sənin qulunam, bacardığım qədər Sənin əhdinə və vədinə sadiqəm. Etdiklərimin şərrindən sənə sığınıram. Sənin üzərimə olan nemətini və günahlarımı etiraf edirəm. Məni bağışla, çünki Səndən başqa heç kim günahları bağışlamaz”) - söyləməyindir. Kim bunu əminliklə gündüz desə və o gün axşamdan əvvəl ölsə, Cənnət əhlindən olar, kim bunu gecə əminliklə desə və səhərə çıxmamış ölsə o, Cənnət əhlindən olar".

Əl-Buxari rəvayət etdi Dərəcəsi: Səhih

İzah

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, istiğfarın (bağışlanmaq istəməyin) bir neçə sözləri vardır və onların ən üstünü və ən böyüyü qulun belə deməsidir: “Allahım, Sən mənim Rəbbimsən, Səndən başqa haqq məbud yoxdur, məni Sən yaratdın, mən də Sənin qulunam, bacardığım qədər Sənin əhdinə və vədinə sadiqəm. Etdiklərimin şərrindən sənə sığınıram. Sənin üzərimə olan nemətini və günahlarımı etiraf edirəm. Elə isə məni bağışla, çünki Səndən başqa heç kim günahları bağışlamaz”. Qul ilk olaraq Allahın tövhidini (təkliyini) və Uca Allahın Onun yaradıcısı olduğunu və Allahın heç bir şəriki olmadığını etiraf edir və gücü çatdığı qədər Uca Allaha iman və itaətlə bağlı verdiyi əhdinə bağlı qalacağını bildirir. Çünki qul nə qədər ibadət etsə də, Allahın ona əmr etdiyi hər bir şeyi yerinə yetirməyə və nemətlərə lazımi qədər şükür etməyə gücü çatmır. Və qul Allaha üz tutub Ona sığınmalıdır. Çünki qulun etdiyi pislikdən yalnız Allaha sığınılar. Və O, könüllü olaraq Allahın ona olan nemətini təsdiqləyir və etiraf edir. Öz nəfsinə günahını və Allaha etdiyi itaətsizliyini iqrar və etiraf edir. Allaha bu şəkildə yaxınlaşdıqdan sonra Rəbbinə dua edir ki, Allah əfvi, lütfü və rəhməti ilə onun günahlarını örtərək və onu günahlardan qoruyaraq, onu bağışlasın. Çünki Allahdan başqa heç kəs günahları bağışlamaz. Sonra o, sallallahu aleyhi və səlləm xəbər vermişdir ki, bu, səhər və axşam zikrlərindən biridir. Və hər kim günün əvvəlində, günəşin doğuşu ilə günorta vaxtı günəşin zəvalı (zeniti keçməsi) arasında, bunu ​yəqinliklə, mənalarını düşünərək və iman gətirərək desə və sonra ölsə, Cənnətə girər. Və hər kim bunu gecə-günəşin batmağından sonra səhərə kimi desə və səhər açılmamış ölsə, Cənnətə daxil olar.

Faydaları

  • Bağışlanma istəmək formaları müxtəlifdir və onların bəziləri digərlərindən daha üstündür.
  • Qul bu dua ilə Allaha dua etməyə həris olmalıdır, çünki bu dua seyyidul istiğfardır (Bağışlanma istəməyin ən fəzilətli formasıdır).

HadeethEnc.com saytında oxuyun

3 Bir dəfə

آمَنَ الرَّسُولُ بِمَا أُنْزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ وَالْمُؤْمِنُونَ كُلٌّ آمَنَ بِاللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْ رُسُلِهِ وَقَالُوا سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ ﴿٢٨٥﴾ لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا وُسْعَهَا لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْ رَبَّنَا لَا تُؤَاخِذْنَا إِنْ نَسِينَا أَوْ أَخْطَأْنَا رَبَّنَا وَلَا تَحْمِلْ عَلَيْنَا إِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِنْ قَبْلِنَا رَبَّنَا وَلَا تُحَمِّلْنَا مَا لَا طَاقَةَ لَنَا بِهِ وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَا أَنْتَ مَوْلَانَا فَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ ﴿٢٨٦﴾

Mənası və mənbəyi

Əbu Məsuddan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Kim gecə Bəqərə surəsinin son iki ayəsini oxuyarsa, ona yetər".

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Dərəcəsi: Səhih

İzah

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, kim gecə Bəqərə surəsinin son iki ayəsini oxuyarsa, Allah onu şər və pisliklərdən qoruyar. Həmçinin deyilmişdir: Gecə namazının əvəzini verər. Həmçinin: Zikr və Quran oxumağın əvəzini verər. Həmçinin deyilmişdir ki: Ən azı, gecə namazında bu iki ayə miqdarında oxumaq yetərli olur və bu kimi digər rəylər mövcuddur. Bütün bu deyilənlərin hamısının doğru olması və həmin sözün bütün bu mənaları ehtiva etməsi ehtimal olunur.

Faydaları

  • Bəqərə surəsinin son ayələrinin fəzilətinin bəyanı və bu uca Allahın: "Rəsul iman etdi" sözündən, surənin sonuna qədər olan hissəsidir.
  • Gecə Bəqərə surəsinin son ayələrini oxuyanı, bu ayələr pislikdən, şərdən və şeytandan qoruyar.
  • Gecə, günəşin batmasıyla başlayır və sübhün girməsiylə - dan yeri ağaranda bitir.

HadeethEnc.com saytında oxuyun

4 10 dəfə

لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

Mənası və mənbəyi

Əbu Əyyubdan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Kim on dəfə, "Lə iləhə illallah vəhdəhu lə şərikə ləhu, ləhulmulku və ləhulhəmdu və huva alə kulli şeyin qadir" söylərsə, İsmayıl nəslindən dörd qul azad etmiş kimi olar".

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Dərəcəsi: Səhih

İzah

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki: Kim "lə iləhə illallah, vahdəhu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huva alə kulli şeyin qadir " deyərsə - mənası: "Allahdan başqa ibadətə layiq məbud yoxdur, O təkdir, şəriki yoxdur. Pak olan uca Allah mütləq hakimiyyət sahibidir, yalnız O, məhəbbətlə, və təzim olunaraq mədh və sənaya layiqdir. Onun üçün heç bir şey əngəl deyildir, O hər şeyə qadirdir. Kim bu əzəmətli zikri gün ərzində on dəfə söylərsə, İbrahim oğlu İsmayılın (Allahın onlara salamı olsun) soyundan dörd qul azad edən kəsin əcri qədər savab qazanar. Hədisdə İsmayılın züriyyəti (Allahın onun üzərinə salamı olsun) digərlərindən daha şərəfli olduğu üçün xüsusi qeyd edilmişdir.

Faydaları

  • Uca Allahın uluhiyyətdə, mülkündə, həmd olunmasında, kamil qüdrət sahibliyində tək olmasını özündə ehtiva edən bu zikrin fəziləti.
  • Bu zikri istər ardıcıl, istərsə də ayrı-ayrılıqda söyləyən kəs onun savabına çatar.

HadeethEnc.com saytında oxuyun

5 100 dəfə

سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ

Mənası və mənbəyi

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Kim gün ərzində yüz dəfə Subhənallahi və bihəmdihi deyərsə, günahları dəniz köpüyü qədər olsa belə bağışlanar".

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Dərəcəsi: Səhih

İzah

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, kim gün ərzində yüz dəfə: "Subhənallahi və bihəmdihi" deyərsə, günahları coşan dənizin üzərini alan köpüklər qədər çox olsa belə silinər.

Faydaları

  • Bu savaba gün ərzində istər ardıcıl surətdə, istərsə də ayrı-ayrılıqda deməklə nail olunur.
  • Təsbih (subhanallah): Allah nöqsansızdır - deməkdir. Əlhəmdulilləh: Allahı sevərək və təzim edərək, kamillik sifəti ilə vəsf etməkdir.
  • Hədisdə nəzərdə tutulan kiçik günahların bağışlanmasıdır, böyük günahlara gəldikdə isə onlara tövbə etmək gərəkdir.

HadeethEnc.com saytında oxuyun

Suallar

Bu səhifədə nə var?

Axşam zikrləri: hər biri ərəbcə mətni, mənası, mənbəyi olan hədis, dərəcəsi və izahı ilə.

Tərcümələr haradan götürülüb?

Tərcümə olunmuş Peyğəmbər hədisləri ensiklopediyası HadeethEnc.com saytından. Hər hədis onların dərc etdiyi kimi, mənbəyi və dərəcəsi ilə, əslinə keçidlə göstərilir.

Sayğac necə işləyir?

Zikrin altındakı sayğaca toxunun, o sıfıra qədər geri sayır. Yalnız bu səhifədə işləyir və heç nə yadda saxlanılmır.

Gündəlik xatırlatma ala bilərəmmi?

Bəli. Android üçün pulsuz Qabas tətbiqi hər gün səhər və axşam zikrlərini xatırladır və eyni sayğaca malikdir.