İnsanların verdiyi suallar

11 dərsdən 5-ci dərs

İslamda qadınların hansı hüquqları var?

Qısa cavab

İslamda kişi və qadın bir nəfsdən yaradılıb və Allah qarşısında bərabərdir: iman gətirib yaxşı əməllər edən hər bir kişi və ya qadına gözəl həyat və tam mükafat veriləcək. İslam qadına mülk sahibi olmaq, qazanc əldə etmək, miras almaq, mehr almaq və evlənməzdən əvvəl razılığının soruşulması hüququ verir və kişilərə qadınlarla mehribanlıqla davranmağı əmr edir. Peyğəmbər heç vaxt heç bir qadını vurmamışdır.

Qabas tərəfindən yazılıb və Qurani-Kərimin Müxtəsər təfsiri, İbn Kəsir təfsiri və HadeethEnc.com şərhləri əsasında yoxlanılıb.

Qurandan

يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُواْ رَبَّكُمُ ٱلَّذِي خَلَقَكُم مِّن نَّفۡسٖ وَٰحِدَةٖ وَخَلَقَ مِنۡهَا زَوۡجَهَا وَبَثَّ مِنۡهُمَا رِجَالٗا كَثِيرٗا وَنِسَآءٗۚ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِي تَسَآءَلُونَ بِهِۦ وَٱلۡأَرۡحَامَۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَيۡكُمۡ رَقِيبٗا ﴿١﴾

Ey insanlar! Sizi tək bir nəfsdən xəlq edən, ondan zövcəsini yaradan və o ikisindən də bir çox kişi və qadın törədib (yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah üzərinizdə nəzarətçidir.

An-Nisa 4:1Quranda oxuyun
Ayələrin izahı

Ey insanlar! Sizi tək bir can­dan, atanız Adəmdən xəlq edən, Adəmdən zöv­cəsini, sizin ananız Həvvanı ya­radan və o ikisindən də bir çox kişi və qa­dın tö­rədib yer üzü­nə yayan Rəb­bi­niz­dən qor­xun! Adı ilə bir-bi­ri­niz­dən: "Səndən Allah üçün bu işi etməyini istəyirəm"- deyərək müxtəlif şey­lər istə­diyiniz Allahdan və aranızı birləşdirən qo­humluq əlaqə­lə­ri­ni kəsmək­dən çə­kinin! Hə­qi­qətən, Allah sizə nəzarət edir. Əməllərinizdən Allaha heç bir şey gizli qalmaz, əksinə Allah əməllərinizi sayıb, müqabilini verəcəkdir.

مَنۡ عَمِلَ صَٰلِحٗا مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٞ فَلَنُحۡيِيَنَّهُۥ حَيَوٰةٗ طَيِّبَةٗۖ وَلَنَجۡزِيَنَّهُمۡ أَجۡرَهُم بِأَحۡسَنِ مَا كَانُواْ يَعۡمَلُونَ ﴿٩٧﴾

Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.

An-Nahl 16:97Quranda oxuyun
Ayələrin izahı

Allaha iman edərək, şəriətə müvafiq əməl edən hər bir kişi və qadına, etdikləri əməllərin müqabili olaraq dünyada ikən onlar üçün Allahın qədərinə qane və razı olub, yaxşı əməllərə müvəffəq olmaq kimi gözəl bir həyat bəxş edəcəyik. O kimsələri axirətdə, dünyada gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatla mükafatlandıracağıq.

إِنَّ ٱلۡمُسۡلِمِينَ وَٱلۡمُسۡلِمَٰتِ وَٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ وَٱلۡقَٰنِتِينَ وَٱلۡقَٰنِتَٰتِ وَٱلصَّٰدِقِينَ وَٱلصَّٰدِقَٰتِ وَٱلصَّٰبِرِينَ وَٱلصَّٰبِرَٰتِ وَٱلۡخَٰشِعِينَ وَٱلۡخَٰشِعَٰتِ وَٱلۡمُتَصَدِّقِينَ وَٱلۡمُتَصَدِّقَٰتِ وَٱلصَّٰٓئِمِينَ وَٱلصَّٰٓئِمَٰتِ وَٱلۡحَٰفِظِينَ فُرُوجَهُمۡ وَٱلۡحَٰفِظَٰتِ وَٱلذَّٰكِرِينَ ٱللَّهَ كَثِيرٗا وَٱلذَّٰكِرَٰتِ أَعَدَّ ٱللَّهُ لَهُم مَّغۡفِرَةٗ وَأَجۡرًا عَظِيمٗا ﴿٣٥﴾

Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, itaətkar kişilər və itaətkar qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, Allahdan qorxan kişilər və Allahdan qorxan qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, övrətlərini qoruyan kişilər və övrətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və Allahı çox zikr edən qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır.

Al-Ahzab 33:35Quranda oxuyun
Ayələrin izahı

Həqiqətən, Allaha itaət etməklə ona boyun əyən ki­şilər və boyun əyən qadınlar, Allaha sidq-ürəkdən inanan kişilər və sidq-ürəkdən inanan qa­dın­lar, Allaha itaət edən kişilər və itaət edən qa­dınlar, imanında və sözündə dürüst olan kişilər və dürüst olan qadınlar, itaətdə, günah işlərdən çəkinməkdə və müsibət gəldikdə səbirli olan kişi­lər və səbir­li olan qadınlar, mallarından həm fərz (zəkat), həm də müstəhəb olaraq sədəqə ve­rən kişilər və sə­dəqə verən qadın­lar, Allah üçün həm vacib, həm də nafilə oruclarını tu­tan ki­şilər və qadınlar, naməhrəm yanında zinətlərini gizlədərək, habelə, zinadan və ona yaxınlaşdıran hər bir murdar əməldən uzaq durmaqla ismətlərini qoruyan ki­şi­lər və ismətlərini qoruyan qa­dınlar, həmçinin, qəlbləri və dilləri ilə, həm gizlində, həm də aşkarda Allahı çox zikr edən kişilər və qadınlar üçün - Qiyamət günü Allah tərəfindən onların günahlarının ba­ğış­lan­ması üçün məğfirət və böyük mükafat - Cənnət hazırla­mışdır.

لِّلرِّجَالِ نَصِيبٞ مِّمَّا تَرَكَ ٱلۡوَٰلِدَانِ وَٱلۡأَقۡرَبُونَ وَلِلنِّسَآءِ نَصِيبٞ مِّمَّا تَرَكَ ٱلۡوَٰلِدَانِ وَٱلۡأَقۡرَبُونَ مِمَّا قَلَّ مِنۡهُ أَوۡ كَثُرَۚ نَصِيبٗا مَّفۡرُوضٗا ﴿٧﴾

Valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan kişilərə pay vardır; valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan qadınlara da pay vardır. Bu (mal) istər az olsun, istərsə də çox, (onlar üçün) müəyyən edilmiş bir paydır.

An-Nisa 4:7Quranda oxuyun
Ayələrin izahı

Ata, ana, qardaş və əmilər kimi yaxın qo­humla­rın qoyub getdikləri mal­ın az və ya çox olmasından aslı olmayaraq kişilərə pay vardır, cahiliyyə dövründə qadın və uşaqları mirasdan məhrum etdiklərinin əksi olaraq bu kimsələrin qoyub get­dik­ləri mal­dan qa­dınlara da pay vardır. Bu pay, Uca Allah tərəfindən miqdarı bəyan edilmiş vacib bir haqqdır.

وَءَاتُواْ ٱلنِّسَآءَ صَدُقَٰتِهِنَّ نِحۡلَةٗۚ فَإِن طِبۡنَ لَكُمۡ عَن شَيۡءٖ مِّنۡهُ نَفۡسٗا فَكُلُوهُ هَنِيٓـٔٗا مَّرِيٓـٔٗا ﴿٤﴾

Qadınlara mehrlərini könül xoşluğu ilə verin! Əgər onlar öz istəkləri ilə onun bir qismini sizə bağışlasalar, onu nuşcanlıqla və halallıqla yeyin!

An-Nisa 4:4Quranda oxuyun
Ayələrin izahı

Qadınların vacib mehrlərini kö­nül xoş­luğu ilə verin! Əgər onlar heç bir təzyiqlərə məruz qalmadan, öz xoşları ilə onun bir qismini si­zə bağışlasalar, onu nuş­can­lıqla və ha­lallıqla yeyin!

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا يَحِلُّ لَكُمۡ أَن تَرِثُواْ ٱلنِّسَآءَ كَرۡهٗاۖ وَلَا تَعۡضُلُوهُنَّ لِتَذۡهَبُواْ بِبَعۡضِ مَآ ءَاتَيۡتُمُوهُنَّ إِلَّآ أَن يَأۡتِينَ بِفَٰحِشَةٖ مُّبَيِّنَةٖۚ وَعَاشِرُوهُنَّ بِٱلۡمَعۡرُوفِۚ فَإِن كَرِهۡتُمُوهُنَّ فَعَسَىٰٓ أَن تَكۡرَهُواْ شَيۡـٔٗا وَيَجۡعَلَ ٱللَّهُ فِيهِ خَيۡرٗا كَثِيرٗا ﴿١٩﴾

Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. (Qadınlar) açıq-aşkar yaramaz bir iş görməyincə, onlara verdiklərinizin (mehrin) bir hissəsini geri almaq üçün onları sıxışdırmayın. Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun.

An-Nisa 4:19Quranda oxuyun
Ayələrin izahı

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Mal-dövlətə varis olunduğu kimi, atalarınızın və qohumlarınızın qa­dın­larına varis çıxaraq onlarla evlənmək, yaxud onları istədiyiniz kimsələrə ərə vermək, yaxud da onların ərə getməsinə mane olmaq sizə caiz de­yildir. Həmçinin, xoşunuza gəlməyən qa­dınlarınız, zina kimi açıq-aş­kar murdar bir iş gör­mə­­yin­cə, on­lara ver­dikləriniz mehri və ya hər hansı başqa bir şeyi geri almaq üçün on­lara əziyyət verərək saxlamaq sizə caiz deyildir. Əgər onlar zina kimi açıq-aş­kar murdar bir iş tutsalar, o zaman on­lara ver­dikləriniz mehri və ya hər hansı başqa bir şeyi geri almaq üçün onlara təzyiq edərək yanınızda saxlamaq sizə caizdir. Qadınlarınıza əziyyət vermədən, onlara yaxşılıq edərək xoş rəftar edin. Əgər qadınlarınız dünya işlərinə görə xoşu­nuza gəlmirsə, onlarala səbirlə davranın, ola bilsin ki, xoş­la­­madığınız bir şeydə Allah si­zə dünya və axirət həyatında çoxlu xeyir nəsib etsin.

Bütün dərslər