An-Nisa surəsi, ayə 19

4:19

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا يَحِلُّ لَكُمۡ أَن تَرِثُواْ ٱلنِّسَآءَ كَرۡهٗاۖ وَلَا تَعۡضُلُوهُنَّ لِتَذۡهَبُواْ بِبَعۡضِ مَآ ءَاتَيۡتُمُوهُنَّ إِلَّآ أَن يَأۡتِينَ بِفَٰحِشَةٖ مُّبَيِّنَةٖۚ وَعَاشِرُوهُنَّ بِٱلۡمَعۡرُوفِۚ فَإِن كَرِهۡتُمُوهُنَّ فَعَسَىٰٓ أَن تَكۡرَهُواْ شَيۡـٔٗا وَيَجۡعَلَ ٱللَّهُ فِيهِ خَيۡرٗا كَثِيرٗا ١٩

Yā'ayyuhal-ladhīna āmanū lā yahillu lakum an tarithun-nisā'a karhan walā ta'dulūhunna litadhhabū biba'di mā ātaytumūhunna illā an ya'tīna bifāhishatim mubayyinatin wa'āshirūhunna bil-ma'rūfi fa in karihtumūhunna fa'asā an takrahū shay'an wayaj'alallāhu fīhi khayran kathīrā

Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. (Qadınlar) açıq-aşkar yaramaz bir iş görməyincə, onlara verdiklərinizin (mehrin) bir hissəsini geri almaq üçün onları sıxışdırmayın. Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun.

Təfsir

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Mal-dövlətə varis olunduğu kimi, atalarınızın və qohumlarınızın qa­dın­larına varis çıxaraq onlarla evlənmək, yaxud onları istədiyiniz kimsələrə ərə vermək, yaxud da onların ərə getməsinə mane olmaq sizə caiz de­yildir. Həmçinin, xoşunuza gəlməyən qa­dınlarınız, zina kimi açıq-aş­kar murdar bir iş gör­mə­­yin­cə, on­lara ver­dikləriniz mehri və ya hər hansı başqa bir şeyi geri almaq üçün on­lara əziyyət verərək saxlamaq sizə caiz deyildir. Əgər onlar zina kimi açıq-aş­kar murdar bir iş tutsalar, o zaman on­lara ver­dikləriniz mehri və ya hər hansı başqa bir şeyi geri almaq üçün onlara təzyiq edərək yanınızda saxlamaq sizə caizdir. Qadınlarınıza əziyyət vermədən, onlara yaxşılıq edərək xoş rəftar edin. Əgər qadınlarınız dünya işlərinə görə xoşu­nuza gəlmirsə, onlarala səbirlə davranın, ola bilsin ki, xoş­la­­madığınız bir şeydə Allah si­zə dünya və axirət həyatında çoxlu xeyir nəsib etsin.