11 dərsdən 6-ci dərs
Müsəlman qadınlar niyə hicab geyinir?
Qısa cavab
Müsəlman qadınlar hicab geyinirlər, çünkü Allah Quranda bunu bir ibadət və həya olaraq əmr edir. Elə həmin ayələrdə əvvəlcə kişilərə gözlərini aşağı salmaq və iffətlərini qorumaq əmr olunur. Qadın məhrəmi olmayan kişilərin yanında saçını və bədənini geniş geyimlə örtür (məhrəm: atası, qardaşı və ya oğlu kimi heç vaxt evlənə bilməyəcəyi yaxın qohumlar), üzün də örtülməsinin vacib olub-olmaması barədə isə alimlər fərqli fikirdədirlər. Quran deyir ki, bu, mömin qadınların mömin kimi tanınmasına və incidilməməsinə kömək edir.
Qabas tərəfindən yazılıb və Qurani-Kərimin Müxtəsər təfsiri, İbn Kəsir təfsiri və HadeethEnc.com şərhləri əsasında yoxlanılıb.
Qurandan
قُل لِّلۡمُؤۡمِنِينَ يَغُضُّواْ مِنۡ أَبۡصَٰرِهِمۡ وَيَحۡفَظُواْ فُرُوجَهُمۡۚ ذَٰلِكَ أَزۡكَىٰ لَهُمۡۚ إِنَّ ٱللَّهَ خَبِيرُۢ بِمَا يَصۡنَعُونَ ﴿٣٠﴾ وَقُل لِّلۡمُؤۡمِنَٰتِ يَغۡضُضۡنَ مِنۡ أَبۡصَٰرِهِنَّ وَيَحۡفَظۡنَ فُرُوجَهُنَّ وَلَا يُبۡدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنۡهَاۖ وَلۡيَضۡرِبۡنَ بِخُمُرِهِنَّ عَلَىٰ جُيُوبِهِنَّۖ وَلَا يُبۡدِينَ زِينَتَهُنَّ إِلَّا لِبُعُولَتِهِنَّ أَوۡ ءَابَآئِهِنَّ أَوۡ ءَابَآءِ بُعُولَتِهِنَّ أَوۡ أَبۡنَآئِهِنَّ أَوۡ أَبۡنَآءِ بُعُولَتِهِنَّ أَوۡ إِخۡوَٰنِهِنَّ أَوۡ بَنِيٓ إِخۡوَٰنِهِنَّ أَوۡ بَنِيٓ أَخَوَٰتِهِنَّ أَوۡ نِسَآئِهِنَّ أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُنَّ أَوِ ٱلتَّٰبِعِينَ غَيۡرِ أُوْلِي ٱلۡإِرۡبَةِ مِنَ ٱلرِّجَالِ أَوِ ٱلطِّفۡلِ ٱلَّذِينَ لَمۡ يَظۡهَرُواْ عَلَىٰ عَوۡرَٰتِ ٱلنِّسَآءِۖ وَلَا يَضۡرِبۡنَ بِأَرۡجُلِهِنَّ لِيُعۡلَمَ مَا يُخۡفِينَ مِن زِينَتِهِنَّۚ وَتُوبُوٓاْ إِلَى ٱللَّهِ جَمِيعًا أَيُّهَ ٱلۡمُؤۡمِنُونَ لَعَلَّكُمۡ تُفۡلِحُونَ ﴿٣١﴾
Mömin kişilərə de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Bu onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirmiş kişi xidmətçilərdən, yaxud qadınların ayıb yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını (yerə) vurmasınlar. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız.
Ayələrin izahı
Ey Peyğəmbər! Mömin kişilərə de ki, gözlərini onlara hala olmayan qadınlara və ayıb yerlərə baxmaqdan çəksinlər, cinsiyyət üzvlərini harama düşməkdən və açmaqdan qorusunlar. Gözləri, Allahın həm haram etdiyi baxışlardan qorumaq, həm də cinsiyyət üzvlərini qorumaq Allah yanında onlar üçün daha təmiz və pakdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Bu işdə Ona heç bir şey gizli qalmaz. Allah, etdikləri əməllərin əvəzini onlara verəcəkdir.
Mömin qadınlara da de ki, baxışlarını özlərinə halal olmayan kimsələrə baxmaqdan çəkindirsinlər və ayıb yerlərini fahişə əməllərdən uzaq duraraq və örtərək qorusunlar. Qoy onlar üst paltarı kimi görünə və örtülməsi mümkün olmayan zinət əşyalarını yad kişilərə göstərməsinlər. Baş örtüklərini saçlarının, üzlərinin və boyun-boğazlarının üstünə salsınlar. Gizlində olan zinət əşlayarını ərlərindən, yaxud atalarından, yaxud qayınatalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud müsəlman və ya kafir olmasından aslı olmayaraq etibarlı qadınlardan, yaxud sahib olduqları kişi və ya qadın kölələrdən, yaxud qadınlara ehtiyacı qalmayan kişi xidmətçilərdən, yaxud kiçikliyinə görə qadınların ayıb yerlərini hələ dərk etməyən uşaqlardan başqasına göstərməsinlər. Qadınlar, xalxallarını və gizlətdikləri başqa zinət əşyalarının bilinməsi üçün ayaqlarını yerə vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Mətləbinizə yetişmək, qorduğunuz şeydən əmin olmaq üçün haram baxışlardan və bundan başqa olan günahlardan hamılıqla Allaha tövbə edin!
يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ قُل لِّأَزۡوَٰجِكَ وَبَنَاتِكَ وَنِسَآءِ ٱلۡمُؤۡمِنِينَ يُدۡنِينَ عَلَيۡهِنَّ مِن جَلَٰبِيبِهِنَّۚ ذَٰلِكَ أَدۡنَىٰٓ أَن يُعۡرَفۡنَ فَلَا يُؤۡذَيۡنَۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا ﴿٥٩﴾
Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında bütün bədənlərini örtən) örtükləri ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhmlidir.
Ayələrin izahı
Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, geydikləri çarşabları ilə örtünsünlər ki, övrət yerləri naməhrəm kişilər yanında görsənməsin. Bu onların azad qadın kimi tanınması və cariyələrə əziyyət verildiyi kimi, heç kəsin onlara əziyyət verməməsi üçün daha münasibdir. Allah Öz qullarından Ona tövbə edən kimsələri bağışlayandır, və onlara rəhm edəndir.