11 dərsdən 4-ci dərs
Quranı Peyğəmbər Məhəmməd yazıb?
Qısa cavab
Müsəlmanlar inanırlar ki, Quran Məhəmmədin deyil, Allahın kəlamıdır. Peyğəmbər oxuyub-yazmağı bilmirdi və Quranı Cəbrayıl mələkdən almışdır. Bu, onun qırx yaşında, Məkkə yaxınlığındakı Hira mağarasında başladı. Quran deyir ki, o, öz istəyindən danışmır və ona şübhə edən hər kəsə onun bənzəri olan heç olmasa bir surə gətirməyə meydan oxuyur.
Qabas tərəfindən yazılıb və Qurani-Kərimin Müxtəsər təfsiri, İbn Kəsir təfsiri və HadeethEnc.com şərhləri əsasında yoxlanılıb.
Qurandan
وَمَا كُنتَ تَتۡلُواْ مِن قَبۡلِهِۦ مِن كِتَٰبٖ وَلَا تَخُطُّهُۥ بِيَمِينِكَۖ إِذٗا لَّٱرۡتَابَ ٱلۡمُبۡطِلُونَ ﴿٤٨﴾
Sən bundan əvvəl nə bir kitab oxuya bilir, nə də onu sağ əlinlə yaza bilirdin. Belə olsaydı, batilə uyanlar şübhəyə düşərdilər.
Ayələrin izahı
Ey Peyğəmbər, sən Qurandan əvvəl nə bir kitab oxuya bilir, nə də sağ əlinlə yaza bilirdin. Çünki sən oxuma və yazma bilməyən ümmi bir kimsə idin. Əgər sən yazıb-oxumaq bilsəydin, cahil insanlar sənin peyğəmbər olduğuna şəkk edər və bundan istifadə edib deyərdilər ki, sən (Quranı) əvvəlki kitablardan köçürmüsən.
مَا ضَلَّ صَاحِبُكُمۡ وَمَا غَوَىٰ ﴿٢﴾ وَمَا يَنطِقُ عَنِ ٱلۡهَوَىٰٓ ﴿٣﴾ إِنۡ هُوَ إِلَّا وَحۡيٞ يُوحَىٰ ﴿٤﴾ عَلَّمَهُۥ شَدِيدُ ٱلۡقُوَىٰ ﴿٥﴾
Yoldaşınız (Muhamməd) nə azmış, nə də sapmışdır. O, havadan (istədiyini) danışmaz. Bu (Quran), ona nazil edilən bir vəhydir. Bunu ona çox qüvvətli olan öyrətdi –
Ayələrin izahı
Allahın rəsulu Muhəmməd (səllallahu aleyhi və səlləm) nə hidayət yolundan sapmış, nə də zəlalətə düşmüşdür, əksinə, o, doğru yoldadır.
O, bu Qurandakıları təbliğ etdikdə öz istəyi ilə danışmır.
Bu Quran, Allahın Cəbrailin (aleyhissəlam) vasitəsilə rəsuluna təlqin etdiyi bir vəhydir.
Bu Quranı ona çox qüvvətli olan mələk - Cəbrail (aleyhissəlam) öyrətdi.
وَمَا كَانَ هَٰذَا ٱلۡقُرۡءَانُ أَن يُفۡتَرَىٰ مِن دُونِ ٱللَّهِ وَلَٰكِن تَصۡدِيقَ ٱلَّذِي بَيۡنَ يَدَيۡهِ وَتَفۡصِيلَ ٱلۡكِتَٰبِ لَا رَيۡبَ فِيهِ مِن رَّبِّ ٱلۡعَٰلَمِينَ ﴿٣٧﴾ أَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰهُۖ قُلۡ فَأۡتُواْ بِسُورَةٖ مِّثۡلِهِۦ وَٱدۡعُواْ مَنِ ٱسۡتَطَعۡتُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿٣٨﴾
Bu Quran Allahdandır, başqası tərəfindən uydurulmamışdır. Lakin o, özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiqləyən və aləmlərin Rəbbi tərəfindən nazil edilmiş, içində də heç bir şəkk-şübhə olmayan, kitabı (halalı, haramı və dini əhkamları) müfəssəl izah edəndir. Yoxsa: “Muhamməd onu özündən uydurdu?!”– deyirlər. De: “Əgər doğru deyirsinizsə, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa (köməyə) çağırın!”
Ayələrin izahı
İnsanlar Quran mislində bir kitab gətirməyə aciz olduqları üçün bu Quranın başqa bir kimsə tərəfindən uydurulub, Allaha nisbət edilməsi yalnışdır. Lakin o, özündən əvvəlkil səmavi kitabları təsdiqləyən, o kitablarda müxtəsər izah edilmiş hökmləri müfəssəl izah edən və məxluqatın Rəbbi olan pak və uca Allah tərəfindən nazil edilmiəsinə heç bir şəkk-şübhə olmayan bir kitabdır.
Olmaya müşriklər: "Muhəmməd (sallallahu aleyhi və səlləm) bu Quranı özündən uydurub, sonra da Onu Allaha nisbət etmişdir?!"– deyirlər. Ey Peyğəmbər! Onlara de: "Əgər mən bu Quranı özümdən uydurmuşamsa, mən də sizin kimi bir insanam, elə isə ona bənzər bir surə də siz gətirin və Quranın bəşər tərəfindən uydurulmuş bir kitab olduğu iddanızda doğrusunuzsa, o zaman Allahdan başqa, kimi bacarırsınızsa, bu işdə sizə yardım etməyə çağırın! Siz bunu əsla bacara bilməzsiniz. Ey bəlağət və fəsahət sahibləri! Sizin buna qadir olmamanız bu Quranın həqiqətən də Uca Allah tərəfindən nazil edilən bir kitab olduğuna dəlildir!"