Müsəlman olmaq

3 dərsdən 3-ci dərs

Yeni müsəlman ilk olaraq nə etməlidir?

Qurandan

لَا يُكَلِّفُ ٱللَّهُ نَفۡسًا إِلَّا وُسۡعَهَاۚ لَهَا مَا كَسَبَتۡ وَعَلَيۡهَا مَا ٱكۡتَسَبَتۡۗ رَبَّنَا لَا تُؤَاخِذۡنَآ إِن نَّسِينَآ أَوۡ أَخۡطَأۡنَاۚ رَبَّنَا وَلَا تَحۡمِلۡ عَلَيۡنَآ إِصۡرٗا كَمَا حَمَلۡتَهُۥ عَلَى ٱلَّذِينَ مِن قَبۡلِنَاۚ رَبَّنَا وَلَا تُحَمِّلۡنَا مَا لَا طَاقَةَ لَنَا بِهِۦۖ وَٱعۡفُ عَنَّا وَٱغۡفِرۡ لَنَا وَٱرۡحَمۡنَآۚ أَنتَ مَوۡلَىٰنَا فَٱنصُرۡنَا عَلَى ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ ﴿٢٨٦﴾

Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də, yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yüklə yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla, bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafir qövmə qalib gəlməkdə bizə yardım et!”

Al-Baqarah 2:286Quranda oxuyun

وَجَٰهِدُواْ فِي ٱللَّهِ حَقَّ جِهَادِهِۦۚ هُوَ ٱجۡتَبَىٰكُمۡ وَمَا جَعَلَ عَلَيۡكُمۡ فِي ٱلدِّينِ مِنۡ حَرَجٖۚ مِّلَّةَ أَبِيكُمۡ إِبۡرَٰهِيمَۚ هُوَ سَمَّىٰكُمُ ٱلۡمُسۡلِمِينَ مِن قَبۡلُ وَفِي هَٰذَا لِيَكُونَ ٱلرَّسُولُ شَهِيدًا عَلَيۡكُمۡ وَتَكُونُواْ شُهَدَآءَ عَلَى ٱلنَّاسِۚ فَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ وَٱعۡتَصِمُواْ بِٱللَّهِ هُوَ مَوۡلَىٰكُمۡۖ فَنِعۡمَ ٱلۡمَوۡلَىٰ وَنِعۡمَ ٱلنَّصِيرُ ﴿٧٨﴾

Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl (nazil etdiyi kitablarda), həm də bunda (Quranda) sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möhkəm sarılın. O sizin Himayədarınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır!

Al-Hajj 22:78Quranda oxuyun

Sünnədən

Əbu Hureyradən (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: ​ Bir bədəvi Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəlib dedi: Məni elə bir əmələ yönəlt ki, onu edəcəyim təqdirdə cənnətə girim. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Allaha heç bir şeyi şərik qoşmadan ibadət et, fərz namazlarını qıl, vacib olan zəkatı ver və Ramazan orucunu tut.” Kişi dedi: “Nəfsim əlində olana and olsun ki, bunun üzərinə heç bir şey artırmayacam. O, dönüb getdikdə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: “Kimi Cənnət əhlindən olan bir insana baxmaq sevindirirsə, bu kişiyə baxsın”.

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Səhih HadeethEnc.com
İzah

Səhradan bir kişi Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldi ki, onu Cənnətə aparacaq bir işə yönəltsin. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona cavab verdi ki, cənnətə daxil olmaq və cəhənnəmdən xilas olmaq, İslamın əsaslarını yerinə yetirməkdən asılıdır. Bu əsaslar isə: Allaha ibadət etmək və Ona heç bir şeyi şərik qoşmamaqdan,

​ Allahın hər gecə və gündüz qullarına vacib etdiyi beş namazı qılmaqdan,

​ Allahın sənə vacib etdiyi malın zəkatını layiq olan kəsə ödəməkdən, Ramazan ayının orucunu vaxtında tutmaqdan ibarətdir. Həmin kişi dedi ki, nəfsim əlində olan Allaha and olsun ki, sənin buyurduğun fərz əməllərin üzərinə heç bir itaət əlavə etməyəcəyəm və onlardan heç bir şey əskiltməyəcəyəm. O, dönüb getdikdə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: Kimi cənnət əhlindən olan bir kəsə baxmaq sevindirirsə, bu (səhrada yaşayan) bədəviyə baxsın.

Ənəs bin Məlikdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Asanlaşdırın, çətinləşdirməyin, sevindirin, hürküdüb qaçırtmayın".

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Səhih HadeethEnc.com
İzah

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) insanlara Allahın icazə verdiyi və şəriət buyurduğu hüdudlar daxilində bütün din və dünya işlərində yüngülləşdirməyi, asanlaşdırmağı, çətinləşdirməməyi əmr etmişdir.

Xeyir işlərdə insanları müjdələməyə, sevindirməyə və hürküdməməyə, xeyirdən uzaqlaşdırmamağa çağırır.

Bütün dərslər