لَا يُكَلِّفُ ٱللَّهُ نَفۡسًا إِلَّا وُسۡعَهَاۚ لَهَا مَا كَسَبَتۡ وَعَلَيۡهَا مَا ٱكۡتَسَبَتۡۗ رَبَّنَا لَا تُؤَاخِذۡنَآ إِن نَّسِينَآ أَوۡ أَخۡطَأۡنَاۚ رَبَّنَا وَلَا تَحۡمِلۡ عَلَيۡنَآ إِصۡرٗا كَمَا حَمَلۡتَهُۥ عَلَى ٱلَّذِينَ مِن قَبۡلِنَاۚ رَبَّنَا وَلَا تُحَمِّلۡنَا مَا لَا طَاقَةَ لَنَا بِهِۦۖ وَٱعۡفُ عَنَّا وَٱغۡفِرۡ لَنَا وَٱرۡحَمۡنَآۚ أَنتَ مَوۡلَىٰنَا فَٱنصُرۡنَا عَلَى ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ ٢٨٦
Lā yukallifullāhu nafsan illā wus'ahā lahā mā kasabat wa'alayhā maktasabat rabbanā lā tu'ākhidhnā in nasīnā aw akhta'nā rabbanā walā tahmil 'alaynā isran kamā hamaltahū 'alal-ladhīna min qablinā rabbanā walā tuhammilnā mā lā tāqata lanā bihī wa'fu 'annā waghfir lanā warhamnā anta mawlānā fansurnā 'alal-qawmil-kāfirīn
Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də, yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yüklə yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla, bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafir qövmə qalib gəlməkdə bizə yardım et!”
Təfsir
Allah hər insanı yalnız onun bacardığı əməllərlə mükəlləf edər. Çünki Allahın dini asanlıq üzərində bina edilmiş və dində məşəqqət yoxdur. Kim xeyir qazanarsa, ona əməlinin savabı naqis edilmədən verilər. Kim də şər qazanarsa, qazandığı şərin cəzası başqasına deyil, yalnız öz üzərinə yüklənər. Peyğəmbər və möminlər dedilər: "Ey Rəbbimiz, bizdən ixtiyarsız yaxud sözdə və əməldə unudaraq xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri zülümlərinə görə əzabla yüklədiyin yəhudilər kimi, bizi ağır yüklə yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan və bacarmadığımız əmr və qadağalarla bizə daşıtdırma! Günahlarımızdan keç, bizi bağışla, Öz lütfünlə bizə rəhm et! Sən bizim himayədarımız və yardımçımızsan! Kafir qövmə qalib gəlməkdə bizə yardım et!"