وَجَٰهِدُواْ فِي ٱللَّهِ حَقَّ جِهَادِهِۦۚ هُوَ ٱجۡتَبَىٰكُمۡ وَمَا جَعَلَ عَلَيۡكُمۡ فِي ٱلدِّينِ مِنۡ حَرَجٖۚ مِّلَّةَ أَبِيكُمۡ إِبۡرَٰهِيمَۚ هُوَ سَمَّىٰكُمُ ٱلۡمُسۡلِمِينَ مِن قَبۡلُ وَفِي هَٰذَا لِيَكُونَ ٱلرَّسُولُ شَهِيدًا عَلَيۡكُمۡ وَتَكُونُواْ شُهَدَآءَ عَلَى ٱلنَّاسِۚ فَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ وَٱعۡتَصِمُواْ بِٱللَّهِ هُوَ مَوۡلَىٰكُمۡۖ فَنِعۡمَ ٱلۡمَوۡلَىٰ وَنِعۡمَ ٱلنَّصِيرُ ٧٨
Wajāhidū fillāhi haqqa jihādihī huwajtabākum wamā ja'ala 'alaykum fid-dīni min harajim millata abīkum ibrāhīma huwa sammākumul-muslimīna min qablu wafī hādhā liyakūnar-rasūlu shahīdan 'alaykum watakūnū shuhadā'a 'alan-nāsi fa aqīmus-salawāta wa ātuz-zakawāta wa'tasimū billāhi huwa mawlākum fani'mal-mawlā wani'man-nasīr
Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl (nazil etdiyi kitablarda), həm də bunda (Quranda) sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möhkəm sarılın. O sizin Himayədarınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır!
Təfsir
Allahın rizasını umaraq Allah yolunda ixlasla cihad edin. O, bu din üçün məhz sizi seçdi və dininizi də çətinlik və məşəqqət olmayan rahat bir din etdi. Sizin bu dininiz, atanız İbrahimin - aleyhissəlam - dinindir. Peyğəmbər təbliğ etməklə sorumlu olduğu şeyləri sizə təbliğ edərək sizin üzərinizdə şahid olması və sizində keçmiş ümmətlərə peyğəmbərlərinin onlara təbliğ etdiyinə şahid olmanız üçün uca Allah keçmiş kitablarda və Quranda sizi müsəlman adlandırmışdır. Elə isə namazı kamil şəkildə əda edərək, mallarınızın zəkatını verərək, Allaha pənah apararaq və bütün işlərinizdə Ona arxalanaraq Allaha şükür edin. Uca Allah möminlərdən Özünə dost tutanlar üçün nə gözəl himayədar və Ondan yardım diləyənlər üçün nə gözəl yardımçıdır. Onu özünüzə dost edin ki, O sizin dostunuz olsun. Ondan yardım diləyin ki, O sizə yardım etsin!