ٱلَّذِينَ كَانَتۡ أَعۡيُنُهُمۡ فِي غِطَآءٍ عَن ذِكۡرِي وَكَانُواْ لَا يَسۡتَطِيعُونَ سَمۡعًا ١٠١
Alladhīna kānat a'yunuhum fī ghitā'in 'an dhikrī wakānū lā yastatī'ūna sam'ā
O kəslərə ki, gözləri Məni anmaqdan qapalı idi, (ayələrimdən üz döndərərdilər), özləri də eşidə bilmirdilər.
Təfsir
Biz, dünyada ikən gözləri önünündə görmələrinə mane olan pərdədən dolayı Allahı zikir etməkdən kor olan kafirlərə Cəhənnəmi aşkar edib, göstərdik. O kəslər, dünyada Allahın ayələrini eşidib qəbul etmək iqtidarında deyildilər.
أَفَحَسِبَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَن يَتَّخِذُواْ عِبَادِي مِن دُونِيٓ أَوۡلِيَآءَۚ إِنَّآ أَعۡتَدۡنَا جَهَنَّمَ لِلۡكَٰفِرِينَ نُزُلٗا ١٠٢
Afahasibal-ladhīna kafarū an yattakhidhū 'ibādī min dūnī awliyā'a innā a'tadnā jahannama lil-kāfirīna nuzulā
Olmaya, kafirlər Məni qoyub qullarımı (Mələkləri, İsanı və başqalarını) özlərinə dost tutacaqlarını güman edirdilər? Həqiqətən, Biz Cəhənnəmi kafirlər üçün mənzil hazırlamışıq.
Təfsir
Məgər Allaha küfür edən kafirlər Məni qoyub mələklərdən, peyğəmbərlərdən və şeytanlardan olan qullarımı özlərinə dost tutacaqlarınımı zənn edirdilər? Şübhəsiz ki Biz, Cəhənnəmi kafirlərin orada qalmaları üçün hazırladıq!
قُلۡ هَلۡ نُنَبِّئُكُم بِٱلۡأَخۡسَرِينَ أَعۡمَٰلًا ١٠٣
Qul hal nunabbi'ukum bil-akhsarīna a'mālā
De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?
Təfsir
Ey Peyğəmbər! De: "Ey İnsanlar! Sizə insanlar içərisində əməlləri baxımından ən çox ziyana uğrayanların kim olduğunu xəbər verimmi?
ٱلَّذِينَ ضَلَّ سَعۡيُهُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَهُمۡ يَحۡسَبُونَ أَنَّهُمۡ يُحۡسِنُونَ صُنۡعًا ١٠٤
Alladhīna dalla sa'yuhum fil-hayawātid-dunyā wahum yahsabūna annahum yuhsinūna sun'ā
O kəslər ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Halbuki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər.
Təfsir
Onlar Qiyamət günü, dünya həyatındakı səyləri boşa çıxan kimsələrdir. Halbuki onlar özlərinin yaxşı işlər gördükləri gümanında idilər. Amma həqiqət isə bunun tam əksidir.
أُوْلَٰٓئِكَ ٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ رَبِّهِمۡ وَلِقَآئِهِۦ فَحَبِطَتۡ أَعۡمَٰلُهُمۡ فَلَا نُقِيمُ لَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَزۡنٗا ١٠٥
Ulā'ikal-ladhīna kafarū bi'āyāti rabbihim waliqā'ihī fahabitat a'māluhum falā nuqīmu lahum yawmal-qiyāmati waznā
Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik”.
Təfsir
Onlar Allahın vəhdaniyyətinə dəlalət edən ayələri və Onunla qarşılaşacaqlarını inkar edən və etdikləri küfrdən dolayı əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü onların Allah yanında heç-bir qədir-qiymətləri olmayacaqdır!".
ذَٰلِكَ جَزَآؤُهُمۡ جَهَنَّمُ بِمَا كَفَرُواْ وَٱتَّخَذُوٓاْ ءَايَٰتِي وَرُسُلِي هُزُوًا ١٠٦
Dhālika jazā'uhum jahannamu bimā kafarū wattakhadhū āyātī warusulī huzuwā
Kafir olduqlarına, ayələrimi və elçilərimi məsxərəyə qoyduqlarına görə onların cəzası Cəhənnəmdir.
Təfsir
Allahı inkar etmələrinə və elçilərimə nazil etdiyim ayələrimi lağlağıya qoyduqlarına görə onlar üçün hazırlanmış cəza – Cəhənnəmdir.
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ كَانَتۡ لَهُمۡ جَنَّٰتُ ٱلۡفِرۡدَوۡسِ نُزُلًا ١٠٧
Innal-ladhīna āmanū wa'amilus-sālihāti kānat lahum jannātul-firdawsi nuzulā
İman gətirib saleh əməllər edənlərin məskəni isə Firdovs cənnətləri olacaqdır.
Təfsir
Şübhəsiz ki, Uca Allaha iman gətirib yaxşı əməllər edənlərə hörmət olaraq qalacaqları yer, Cənnətin ən üstün təbəqəsində hazırlanmışdır!
خَٰلِدِينَ فِيهَا لَا يَبۡغُونَ عَنۡهَا حِوَلٗا ١٠٨
Khālidīna fīhā lā yabghūna 'anhā hiwalā
Onlar orada əbədi qalacaq, oranı (başqa bir yerə) dəyişmək istəməyəcəklər.
Təfsir
Onlar o cənnətlərdə daimi qalacaq, oradan daha gözəl bir yer olmadığı üçün oranı tərk edib başqa bir yerə getmək istəməyəcəklər.
قُل لَّوۡ كَانَ ٱلۡبَحۡرُ مِدَادٗا لِّكَلِمَٰتِ رَبِّي لَنَفِدَ ٱلۡبَحۡرُ قَبۡلَ أَن تَنفَدَ كَلِمَٰتُ رَبِّي وَلَوۡ جِئۡنَا بِمِثۡلِهِۦ مَدَدٗا ١٠٩
Qul law kānal-bahru midādal likalimāti rabbī lanafidal-bahru qabla an tanfada kalimātu rabbī walaw ji'nā bimithlihī madadā
De: “Əgər Rəbbimin Sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə, Rəbbimin Sözləri qurtarmadan öncə dənizin (suyu) qurtarardı”.
Təfsir
Ey Peyğəmbər! De: "Rəbbimin kəlmələri tükənməzdir. Əgər dəniz suyu mürəkkəb olsa və bir o qədər də ona əlavə etsəydik və bunlarla Rəbbimin kəlmələrini yazmış olsaydın, Rəbbimin kəlmələri qurtarmazdan öncə dənizin suyu qurtarardı!"
قُلۡ إِنَّمَآ أَنَا۠ بَشَرٞ مِّثۡلُكُمۡ يُوحَىٰٓ إِلَيَّ أَنَّمَآ إِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۖ فَمَن كَانَ يَرۡجُواْ لِقَآءَ رَبِّهِۦ فَلۡيَعۡمَلۡ عَمَلٗا صَٰلِحٗا وَلَا يُشۡرِكۡ بِعِبَادَةِ رَبِّهِۦٓ أَحَدَۢا ١١٠
Qul innamā ana basharum mithlukum yūhā ilayya annamā ilāhukum ilāhun wāhidun faman kāna yarjū liqā'a rabbihī falya'mal 'amalan sālihan walā yushrik bi'ibādati rabbihī ahadā
De: “Mən də sizin kimi bir insanam. Mənə, sizin məbudunuzun Tək bir ilah olduğu vəhy olunur. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, qoy yaxşı işlər görsün və Rəbbinə etdiyi ibadətlərində heç kəsi Ona şərik qoşmasın!”
Təfsir
Ey Peyğəmbər! De: "Mən də sizin kimi bir bəşərəm. Şübhəsiz ki, mənə, haqq olan məbudunuzun tək bir məbud olduğu və Onun heç bir şəriki, ortağı olmadığı vəhy olunur. O, Uca olan Allahdır. Kim qiyamət günü dirilib haqq-hesab üçün Rəbbi ilə qarşılaşacağından qorxursa qoy o, şəriətə müvafiq əməllər etsin və Rəbbinə etdiyi ibadətlərində Ona heç kəsi şərik qoşmasın!"
Oxunuş Qabas tərəfindən ərəb mətnindən yazılmış oxu köməkçisidir. Dəqiq tələffüz üçün ərəb hərflərini və təcvidi öyrənin.