ٱلَّذِينَ ضَلَّ سَعۡيُهُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَهُمۡ يَحۡسَبُونَ أَنَّهُمۡ يُحۡسِنُونَ صُنۡعًا ١٠٤
Alladhīna dalla sa'yuhum fil-hayawātid-dunyā wahum yahsabūna annahum yuhsinūna sun'ā
O kəslər ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Halbuki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər.
Təfsir
Onlar Qiyamət günü, dünya həyatındakı səyləri boşa çıxan kimsələrdir. Halbuki onlar özlərinin yaxşı işlər gördükləri gümanında idilər. Amma həqiqət isə bunun tam əksidir.