Al-Ghashiyah surəsi الغاشية

Tərcümə: Azerbaijani Translation - Ali Khan Musayev

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

هَلۡ أَتَىٰكَ حَدِيثُ ٱلۡغَٰشِيَةِ ١

Hal atāka hadīthul-ghāshiyah

(Ey Peyğəmbər!) Qiyamətin xəbəri sənə gəlib çatdımı?

وُجُوهٞ يَوۡمَئِذٍ خَٰشِعَةٌ ٢

Wujūhun yawma'idhin khāshi'ah

O gün (neçə-neçə) üzlər (qorxudan) zəlil bir görkəm alacaqdır.

عَامِلَةٞ نَّاصِبَةٞ ٣

'Āmilatun nāsibah

Çalışıb, yorulacaq,

تَصۡلَىٰ نَارًا حَامِيَةٗ ٤

Taslā nāran hāmiyah

qızmar oda girəcək,

تُسۡقَىٰ مِنۡ عَيۡنٍ ءَانِيَةٖ ٥

Tusqā min 'aynin āniyah

qaynar çeşmədən (su) içirdiləcək.

لَّيۡسَ لَهُمۡ طَعَامٌ إِلَّا مِن ضَرِيعٖ ٦

Llaysa lahum ta'āmun illā min darī'

Onların daridən (acı və pis qoxulu tikanlı bitkidən) başqa bir yeməyi olmayacaqdır.

لَّا يُسۡمِنُ وَلَا يُغۡنِي مِن جُوعٖ ٧

Llā yusminu walā yughnī min jū'

(O yemək onları) nə doydurar, nə də aclıqdan qurtarar.

وُجُوهٞ يَوۡمَئِذٖ نَّاعِمَةٞ ٨

Wujūhun yawma'idhin nā'imah

O gün (neçə-neçə) üzlər sevinəcək,

لِّسَعۡيِهَا رَاضِيَةٞ ٩

Llisa'yihā rādiyah

(dünyadakı) səylərindən razı qalacaq,

فِي جَنَّةٍ عَالِيَةٖ ١٠

Fī jannatin 'āliyah

uca Cənnətdə olacaq,

لَّا تَسۡمَعُ فِيهَا لَٰغِيَةٗ ١١

Llā tasma'u fīhā lāghiyah

orada faydasız bir söz eşitməyəcək.

فِيهَا عَيۡنٞ جَارِيَةٞ ١٢

Fīhā 'aynun jāriyah

Orada axar çeşmələr vardır;

فِيهَا سُرُرٞ مَّرۡفُوعَةٞ ١٣

Fīhā sururum marfū'ah

Orada hündür taxtlar,

وَأَكۡوَابٞ مَّوۡضُوعَةٞ ١٤

Wa akwābum mawdū'ah

qoyulmuş piyalələr,

وَنَمَارِقُ مَصۡفُوفَةٞ ١٥

Wanamāriqu masfūfah

yan-yana düzülmüş yastıqlar,

وَزَرَابِيُّ مَبۡثُوثَةٌ ١٦

Wazarābiyyu mabthūthah

və sərilmiş xalçalar var.

أَفَلَا يَنظُرُونَ إِلَى ٱلۡإِبِلِ كَيۡفَ خُلِقَتۡ ١٧

Afalā yanzurūna ilal-ibili kayfa khuliqat

Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?

وَإِلَى ٱلسَّمَآءِ كَيۡفَ رُفِعَتۡ ١٨

Wa ilas-samā'i kayfa rufi'at

Göyə (baxmırlar ki) necə ucaldılmışdır?

وَإِلَى ٱلۡجِبَالِ كَيۡفَ نُصِبَتۡ ١٩

Wa ilal-jibāli kayfa nusibat

Dağlara (baxmırlar ki) necə dikəldilmişdir?

وَإِلَى ٱلۡأَرۡضِ كَيۡفَ سُطِحَتۡ ٢٠

Wa ilal-ardi kayfa sutihat

Yerə (baxmırlar ki) necə döşədilmişdir?

فَذَكِّرۡ إِنَّمَآ أَنتَ مُذَكِّرٞ ٢١

Fadhakkir innamā anta mudhakkir

(Ey Peyğəmbər!) Sən öyüd-nəsihət ver! Sən yalnız öyüd-nəsihət verənsən.

لَّسۡتَ عَلَيۡهِم بِمُصَيۡطِرٍ ٢٢

Llasta 'alayhim bimusaytir

Sən onların üzərində hökmdar deyilsən.

إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ ٢٣

Illā man tawallā wakafar

Lakin kim üz döndərib küfr edərsə,

فَيُعَذِّبُهُ ٱللَّهُ ٱلۡعَذَابَ ٱلۡأَكۡبَرَ ٢٤

Fayu'addhibuhullāhul-'adhābal-akbar

Allah onu ən böyük əzabla cəzalandırar.

إِنَّ إِلَيۡنَآ إِيَابَهُمۡ ٢٥

Inna ilaynā iyābahum

Şübhəsiz ki, onların dönüşü Bizədir.

ثُمَّ إِنَّ عَلَيۡنَا حِسَابَهُم ٢٦

Thumma inna 'alaynā hisābahum

Sonra onları hesaba çəkmək də Bizə aiddir.

Oxunuş Qabas tərəfindən ərəb mətnindən yazılmış oxu köməkçisidir. Dəqiq tələffüz üçün ərəb hərflərini və təcvidi öyrənin.

Suallar

Al-Ghashiyah surəsində neçə ayə var?

Al-Ghashiyah surəsində 26 ayə var. Bu, Quranın 88 nömrəli surəsidir.

Al-Ghashiyah surəsi Məkki, yoxsa Mədəni surədir?

Al-Ghashiyah surəsi Məkki surədir.

Al-Ghashiyah surəsi hansı cüzdədir?

Al-Ghashiyah surəsi 30 nömrəli cüzdədir.

Al-Ghashiyah surəsini dinləyə bilərəmmi?

Bəli. Bu səhifənin yuxarısındakı səsləndir düyməsini basın və ya istənilən ayədən başlayın. Qabas tətbiqində onu oflayn dinləmək üçün yükləyə də bilərsiniz.