ثُمَّ إِنَّ عَلَيۡنَا حِسَابَهُم ٢٦
Thumma inna 'alaynā hisābahum
Sonra onları hesaba çəkmək də Bizə aiddir.
Təfsir
Sonra onları əməllərinə görə sorğu-suala çəkmək də yalnız Bizə aiddir. Bunun nə sənə, nə də səndən başqasına heç bir aidiyyatı yoxdur.