لَّيۡسَ لَهُمۡ طَعَامٌ إِلَّا مِن ضَرِيعٖ ٦
Llaysa lahum ta'āmun illā min darī'
Onların daridən (acı və pis qoxulu tikanlı bitkidən) başqa bir yeməyi olmayacaqdır.
Təfsir
Onların ən pis, ən murdar və quruyanda isə zəhərli olan şibriq deyilən bitkidən başqa yeməyə bir təamı olmayacaqdır.