İnsanların verdiyi suallar

11 dərsdən 7-ci dərs

Müsəlmanlar niyə donuz əti yemir və spirtli içki içmir?

Qısa cavab

Çünki Allah onları Quranda qadağan edib və müsəlmanlar Onun əmrlərinin bizim xeyrimizə olduğuna güvənərək Ona itaət edirlər. Donuz əti, qan, ölü heyvan (leş) və Allahdan başqasına təqdim edilən ət haramdır, lakin başqa çarəsi olmadığından aclıqdan məcbur qalan kəs günahkar sayılmır. Spirtli içki və sərxoş edən hər şey də haramdır. Quran deyir ki, onların zərəri faydasından böyükdür və onlar nifrət oyadır, insanları Allahdan və namazdan yayındırır.

Qabas tərəfindən yazılıb və Qurani-Kərimin Müxtəsər təfsiri, İbn Kəsir təfsiri və HadeethEnc.com şərhləri əsasında yoxlanılıb.

Qurandan

إِنَّمَا حَرَّمَ عَلَيۡكُمُ ٱلۡمَيۡتَةَ وَٱلدَّمَ وَلَحۡمَ ٱلۡخِنزِيرِ وَمَآ أُهِلَّ بِهِۦ لِغَيۡرِ ٱللَّهِۖ فَمَنِ ٱضۡطُرَّ غَيۡرَ بَاغٖ وَلَا عَادٖ فَلَآ إِثۡمَ عَلَيۡهِۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٌ ﴿١٧٣﴾

O sizə yalnız leşi, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilmiş heyvanı haram etmişdir. Hər kim təcavüz etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, bu ona günah sayılmaz. Həqiqətən, Allah çox bağışlayandır, rəhmlidir.

Al-Baqarah 2:173Quranda oxuyun
Ayələrin izahı

Allah sizə ölmüş, şəriətə müvafiq olmadan kəsilmiş heyvan ətini, axar qanı, donuz ətini və həmçinin kəsildiyi zaman üzərində Allahdan başqasının adı ilə kəsilən heyvan ətini yeməyi haram etmişdir. Lakin insan məcburiyyət qarşısında qaldıqda özünə zülüm etmədən və həddi aşmadan zəruri ehtiyacı ödəyənə qədər bunlardan yeməyə məcbur olan kimsənin heç bir günah və əzab yoxdur. Həqiqətən Allah, Ona tövbə edən qullarını Bağışlayandır və onlara Rəhmlidir! İnsanın zərurətdən bu haramlardan yeməsidə günah olmaması da Allahın qullarına olan Rəhmindəndir.

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّمَا ٱلۡخَمۡرُ وَٱلۡمَيۡسِرُ وَٱلۡأَنصَابُ وَٱلۡأَزۡلَٰمُ رِجۡسٞ مِّنۡ عَمَلِ ٱلشَّيۡطَٰنِ فَٱجۡتَنِبُوهُ لَعَلَّكُمۡ تُفۡلِحُونَ ﴿٩٠﴾ إِنَّمَا يُرِيدُ ٱلشَّيۡطَٰنُ أَن يُوقِعَ بَيۡنَكُمُ ٱلۡعَدَٰوَةَ وَٱلۡبَغۡضَآءَ فِي ٱلۡخَمۡرِ وَٱلۡمَيۡسِرِ وَيَصُدَّكُمۡ عَن ذِكۡرِ ٱللَّهِ وَعَنِ ٱلصَّلَوٰةِۖ فَهَلۡ أَنتُم مُّنتَهُونَ ﴿٩١﴾

Ey iman gətirənlər! Şübhəsiz ki, şərab da, qumar da, (ibadət üçün) dik qoyulmuş bütlət (və ya daşlar) da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan şərab və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı anmaqdan və namazdan ayırmaq istər. Bunlara son qoyacaqsınızmı?

Al-Ma'idah 5:90-91Quranda oxuyun
Ayələrin izahı

Ey iman gətirənlər! Şüb­hə­siz ki, sərxoşedici içki də, hər iki tərəfdən əvəz ödənilən qu­mar da, müşriklərin təzim edərək yanında qurban kəsdikləri, yaxud tapınmaq məqsədilə dik qo­yduqları daşlar da, qeybdən xəbər əldə etmək məqsədi ilə istifadə etdikləri fal oxları da, bunların hamısı şey­tanın gözəl göstərdiyi günah əməllərdir. Bu əməllərdən çə­kinin ki, bəl­kə dünyada xoş bir həyata, axirətdə isə Cənnət nemetinə nail olasınız.

Həqiqətən, şeytan sər­xoş­edici içkini və qumarı gözəl göstərməklə qəlblər arasında ədavət və kin sal­maq, Allahı zikir etməkdən və na­maz­ qılmaqdan yayındırmaq istəyər. Ey Möminlər! Siz bu­ pis əməlləri tərk edəcəksinizmi?! Şübhə yoxdur ki, sizə layiq olan, bu əməlləri tərk etmənizdir. Elə isə bu əməlləri tərk edin!

۞ يَسۡـَٔلُونَكَ عَنِ ٱلۡخَمۡرِ وَٱلۡمَيۡسِرِۖ قُلۡ فِيهِمَآ إِثۡمٞ كَبِيرٞ وَمَنَٰفِعُ لِلنَّاسِ وَإِثۡمُهُمَآ أَكۡبَرُ مِن نَّفۡعِهِمَاۗ وَيَسۡـَٔلُونَكَ مَاذَا يُنفِقُونَۖ قُلِ ٱلۡعَفۡوَۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلۡأٓيَٰتِ لَعَلَّكُمۡ تَتَفَكَّرُونَ ﴿٢١٩﴾

Səndən (sərxoşedici) içki və qumar barəsində soruşurlar. De: “İkisində də, həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür.” Səndən Allah yolunda nə xərcləyəcəklərini soruşurlar. De: “(Ehtiyacınızdan) artıq qalanını!” Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz –

Al-Baqarah 2:219Quranda oxuyun
Ayələrin izahı

Ey Peyğəmbər! Səhabələrin səndən xamr (xamr: insanın ağlını başından alıb aparan hər bir şeyə xamr deyilir) və bu içkinin hökmü bunu satmaq və almaq barəsində soruşurlar? Səndən qumar (qumar: yarışda iştirak edən hər iki oyunçu tərəfindən təyin edilmiş mükafatı rəqabət yolu ilə götürməyə qumar deyilir) barəsində soruşanlara cavab olaraq de: "Onların hər ikisində həm: ağlın getməsi, malın əldən çıxması, aranızda ədavətin və qəzəbin yaranması kimi dini və dünyavi böyük zərərlər və fəsadlar vardır və həm də ki, mal əldə etmək kimi insanlar üçün kiçik bir mənfəət də vardır. Amma hər ikisinin zərəri və günahı hər ikisinin mənfəətlərindən daha böyükdür". Zərəri mənfəətindən daha çox olan şeydən ağıllı insan uzaq durar. Ey Peyğəmbər! Səhabələrin səndən Allah yolunda mallarından nə xərcləyəcəkləri və sədəqə verəcəkləri barədə soruşurlar? Onlara cavab olaraq de: "Ehtiyacınızdan artıq qalan malınızı Allah yolunda xərcləyin!". (Bu hökm, İslamın ilk vaxtında idi, sonra Allah xüsusi mallardan və müəyyən miqdarda zəkat verməyi vacib etdi). Heç bir anlaşılmazlıq olmayan bu kimi ayələrlə Allah sizə şəriətin hökmlərini belə bəyan edir ki, bəlkə, fikirləşəsiniz.

Sünnədən

İbn Ömərdən (Allah hər ikisindən razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: “Hər sərxoşedici alkaqollu içkidir və hər bir sərxoşedici haramdır və kim dünyada sərxoşedici içkiyə aludə olub onu daima içərsə və tövbə etmədən ölərsə, onu axirətdə içməyəcəkdir”.

رواه مسلم وأخرج البخاري الجملة الأخيرة منه Səhih HadeethEnc.com
İzah

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan etmişdir ki, ağlı bulandıran və onu aparan hər bir şey - istər içmək, yemək, nəfəs almaq, istərsə də başqa şəkildə olsun - sərxoşedici içki (hökmündədir) və Uca Allah hər sərxoş edən və ağlı aparan şeyi - istər az, istərsə də çox olsun - haram və qadağan etmişdir. Bu sərxoşedicilərin hər hansı bir növündən içən, buna davam edən və ölənə qədər bundan tövbə etməyən hər kəs; onu cənnətdə içməkdən məhrum edilməklə Allahın cəzasına layiqdir.

Bütün dərslər