Al-Ma'idah surəsi, ayə 90

5:90

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّمَا ٱلۡخَمۡرُ وَٱلۡمَيۡسِرُ وَٱلۡأَنصَابُ وَٱلۡأَزۡلَٰمُ رِجۡسٞ مِّنۡ عَمَلِ ٱلشَّيۡطَٰنِ فَٱجۡتَنِبُوهُ لَعَلَّكُمۡ تُفۡلِحُونَ ٩٠

Yā'ayyuhal-ladhīna āmanū innamal-khamru wal-maysiru wal-ansābu wal-azlāmu rijsum min 'amalish-shaytāni fajtanibūhu la'allakum tuflihūn

Ey iman gətirənlər! Şübhəsiz ki, şərab da, qumar da, (ibadət üçün) dik qoyulmuş bütlət (və ya daşlar) da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.

Təfsir

Ey iman gətirənlər! Şüb­hə­siz ki, sərxoşedici içki də, hər iki tərəfdən əvəz ödənilən qu­mar da, müşriklərin təzim edərək yanında qurban kəsdikləri, yaxud tapınmaq məqsədilə dik qo­yduqları daşlar da, qeybdən xəbər əldə etmək məqsədi ilə istifadə etdikləri fal oxları da, bunların hamısı şey­tanın gözəl göstərdiyi günah əməllərdir. Bu əməllərdən çə­kinin ki, bəl­kə dünyada xoş bir həyata, axirətdə isə Cənnət nemetinə nail olasınız.