Al-Baqarah surəsi, ayə 115

2:115

وَلِلَّهِ ٱلۡمَشۡرِقُ وَٱلۡمَغۡرِبُۚ فَأَيۡنَمَا تُوَلُّواْ فَثَمَّ وَجۡهُ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ وَٰسِعٌ عَلِيمٞ ١١٥

Walillāhil-mashriqu wal-maghribu fa aynamā tuwallū fathamma wajhullāhi innallāha wāsi'un 'alīm

Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü oradadır. Həqiqətən, Allah hər şeyi əhatə edəndir, O, (hər şeyi) biləndir.

Təfsir

Məşriqin də, məğribin də və onların arasında olan hər bir şeyin də mülkü Allahındır! Allah qullarına istədiyini əmr edər. Siz hansı səmtə yönəlsəniz, yenə də Uca Allaha yönəlmiş olarsız. Əgər O, sizə Beytülməqdisə yaxud Məkkəyə yönəlməyi əmr edərsə ya da səhvən qiblədən başqa tərəfə yönəlsəniz yaxud da ki, qibləyə yönəlmək sizə çətin olarsa bu işdə sizə günah olmaz. Həqiqətən, Allah Öz rəhməti və asanlaşdırması ilə qullarını Əhatəedən və onların niyyətlərini və əməllərini Biləndir.