Ayaqyoluna girərkən və çıxarkən oxunan dua

Ayaqyoluna girməzdən əvvəl və oradan çıxdıqdan sonra deyilənlər.

1 Bir dəfə

اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الخُبُثِ وَالخَبَائِثِ

Mənası və mənbəyi

Ənəsdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: "Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hər dəfə ayaqyoluna girdikdə belə deyərdi: “Allahummə inni əuzu bikə minəl-xubusi val-xəbəis”.

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Dərəcəsi: Səhih

İzah

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) sidiyin və ya nəcisin ifrazı üçün ayaqyoluna daxil olmaq istədikdə, Allaha sığınar, kişi və qadın şeytanların şərrindən qorunmaq üçün Ona pənah aparardı. Hədisdə keçən "əl-xubsi val-xəbəis"-şərr və nəcasətlər kimi təfsir edilir.

Faydaları

  • Bu duanın ayaqyoluna girərkən edilməsinin müstəhəb olması.
  • Bütün məxluqat, özlərindən əziyyətləri və zərərləri dəf etmək üçün hər bir halda Rəbblərinə möhtacdırlar.

HadeethEnc.com saytında oxuyun

2 Bir dəfə

غُفْرَانَكَ

Mənası və mənbəyi

Möminlərin anası Aişədən (Allah ondan razı olsun) belə nəql edilir: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ayaqyolundan çıxdıqda - "Ğufranəkə" deyərdi.

Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər Dərəcəsi: Səhih

İzah

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ehtiyacını ödədikdən sonra ayaqyolundan çıxanda belə deyərdi: “(Ğufranəkə) Allahım, səndən məni bağışlamanı istəyirəm."

Faydaları

  • Ayaqyolundan çıxdıqdan sonra: «غُفرانَك» [Ğufranəkə] “(Allahım!) Məni bağışla!” deməyin müstəhəb olması.
  • Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) bütün hallarda Rəbbindən bağışlanma istəməsi.
  • Təbii ehtiyacı ödədikdən sonra bağışlanma diləməyin səbəbi haqqında deyilib: Allahın çoxlu nemətlərinə şükür etməkdəki naqisliyə görə, məsələn, zərərli şeylərin bədəndən çıxmasının asanlaşdırması nemətinə görə və ehtiyacın aradan qaldırılması zamanı səni xatırlamaqdan yayındığıma görə bağışlama diləyirəm.

HadeethEnc.com saytında oxuyun

Suallar

Bu səhifədə nə var?

Ayaqyoluna girərkən dua: hər biri ərəbcə mətni, mənası, mənbəyi olan hədis, dərəcəsi və izahı ilə.

Tərcümələr haradan götürülüb?

Tərcümə olunmuş Peyğəmbər hədisləri ensiklopediyası HadeethEnc.com saytından. Hər hədis onların dərc etdiyi kimi, mənbəyi və dərəcəsi ilə, əslinə keçidlə göstərilir.

Gündəlik xatırlatma ala bilərəmmi?

Bəli. Android üçün pulsuz Qabas tətbiqi hər gün səhər və axşam zikrlərini xatırladır və eyni sayğaca malikdir.