At-Tawbah surəsi, ayə 118

9:118

وَعَلَى ٱلثَّلَٰثَةِ ٱلَّذِينَ خُلِّفُواْ حَتَّىٰٓ إِذَا ضَاقَتۡ عَلَيۡهِمُ ٱلۡأَرۡضُ بِمَا رَحُبَتۡ وَضَاقَتۡ عَلَيۡهِمۡ أَنفُسُهُمۡ وَظَنُّوٓاْ أَن لَّا مَلۡجَأَ مِنَ ٱللَّهِ إِلَّآ إِلَيۡهِ ثُمَّ تَابَ عَلَيۡهِمۡ لِيَتُوبُوٓاْۚ إِنَّ ٱللَّهَ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ ١١٨

Wa'alath-thalāthatil-ladhīna khullifū hattā idhā dāqat 'alayhimul-ardu bimā rahubat wadāqat 'alayhim anfusuhum wazannū al lā malja'a minallāhi illā ilayhi thumma tāba 'alayhim liyatūbū innallāha huwat-tawwābur-rahīm

(Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbəsini qəbul etdi). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və beləliklə də, onlar Allahın əzabından yalnız Ona sığınmaqdan başqa bir çarə olmadığını anlamışdılar. Sonra (Allah), peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.

Təfsir

Allah Pey­ğəmbərlə (sallallahu aleyhi və səlləm) birgə Təbuk döyüşünə getməyib evlərində qərar tutduqdan sonra tövbələri qəbul edilməyən Kəb bin Malikin, Murara bin ər-Rabiyənin, və Hilal bin Umeyyənin - bu üç nəfərin də tövbəsini qəbul edib, onları bağışladı. Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) onların Təbuk döyüşündən geridə qaldıqlarına görə səhabələrə onları tərk etməyi əmr edikdən sonra onlar tutduqları işdən çox peşman olmuş, hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri bu kədər və iztirabdan sıxılmışdı. Onlar özlərinin Allahdan əzabından, yalnız Allaha sığınmaqdan başqa bir çıxış yollarının olmadığlarını anladılar. Sonra Allah onlara rəhm edərək tövbələrini qəbul edib, onları bağışladı. Həqiqətən, Allah qullarının tövbələrini qəbul edəndir və onlara qarşı rəhmlidir.