يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَكُونُواْ مَعَ ٱلصَّٰدِقِينَ ١١٩
Yā'ayyuhal-ladhīna āmanut-taqullāha wakūnū ma'as-sādiqīn
Ey iman gətirənlər! Allahdan qorxun və doğru danışanlarla birlikdə olun.
Təfsir
Ey Allaha iman gətirib, Onun rəsuluna (səllallahu aleyhi və səlləm) tabe olan və onun gətirdiyi şəriətə əməl edən kimsələr! Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Allahdan qorxun. İmanında, sözündə və işində düz olanlarla birlikdə olun. Sizi Allahın əzabından, doğru-düzgün olmaqdan başqa bir şey xilas edə bilməz.