Ash-Shura surəsi, ayə 52

42:52

وَكَذَٰلِكَ أَوۡحَيۡنَآ إِلَيۡكَ رُوحٗا مِّنۡ أَمۡرِنَاۚ مَا كُنتَ تَدۡرِي مَا ٱلۡكِتَٰبُ وَلَا ٱلۡإِيمَٰنُ وَلَٰكِن جَعَلۡنَٰهُ نُورٗا نَّهۡدِي بِهِۦ مَن نَّشَآءُ مِنۡ عِبَادِنَاۚ وَإِنَّكَ لَتَهۡدِيٓ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ٥٢

Wakadhālika awhaynā ilayka rūham min amrinā mā kunta tadrī mal-kitābu walal-īmānu walākin ja'alnāhu nūran nahdī bihī man nashā'u min 'ibādinā wa innaka latahdī ilā sirātim mustaqīm

(Ey Rəsulum!) Biz sənə Öz əmrimizdən olan Ruhu (Quranı) vəhy etdik. Sən (bundan öncə) kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Həqiqətən, sən (insanları) doğru yola yönəldirsən –

Təfsir

Ey Peyğəmbər! Biz səndən əvvəlki peyğəmbərlərə vəhy etdiyimiz kimi, sənə də Özümüzdən olan Quranı vəhy et­dik. Bundan öncə sən elçilərə nazil edilmiş səmavi kitabların nə olduğunu, habelə, imanın nə olduğunu bilmirdin. Lakin Biz Quranı, qul­la­rı­mız­dan istədiyimizi doğru yola yönəltmək üçün bir nur olaraq nazil etdik. Hə­qi­qə­­tən, sən insanları doğru yola - İslamı dininə yönəldirsən.