Ash-Shura surəsi, ayə 51

42:51

۞ وَمَا كَانَ لِبَشَرٍ أَن يُكَلِّمَهُ ٱللَّهُ إِلَّا وَحۡيًا أَوۡ مِن وَرَآيِٕ حِجَابٍ أَوۡ يُرۡسِلَ رَسُولٗا فَيُوحِيَ بِإِذۡنِهِۦ مَا يَشَآءُۚ إِنَّهُۥ عَلِيٌّ حَكِيمٞ ٥١

Wamā kāna libasharin an yukallimahullāhu illā wahyan aw min warāy'i hijābin aw yursila rasūlan fayūhiya bi idhnihī mā yashā'u innahū 'aliyyun hakīm

Allah insanla ancaq vəhy vasitəsilə və ya pərdə arxasından danışar yaxud bir elçi (mələk) göndərər, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqiqətən, O, ucadır, hikmət sahibidir.

Təfsir

İnsana layiq olan budur ki, Allah onunla yalnız vəhy - ilham və s. vasitə i­lə danışır, yaxud onunla danışdığı zaman insan Onu eşdiri, lakin Onu görmür, ya­­xud bir Cəbrail kimi bir el­çi mələk göndərir və o da Allahın izni ilə Onun istədiyini bəşərdən olan elçiyə vəhy edir. Həqiqə­tən, pak və müqəddəs Allahın zatı və sifətləri ucadır, üstəlik, yaratmaq, qədəri yazmaq və şəri hökmləri təqdir etmə xüsusunda hikmət sahibidir.