صِرَٰطِ ٱللَّهِ ٱلَّذِي لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ أَلَآ إِلَى ٱللَّهِ تَصِيرُ ٱلۡأُمُورُ ٥٣
Sirātillāhil-ladhī lahū mā fis-samāwāti wamā fil-ardi alā ilallāhi tasīrul-umūr
göylərdə və yerdə olanların sahibi Allahın yoluna. Bilin ki, bütün işlər (sonda) Allaha qayıdacaqdır.
Təfsir
Allahın yoluna (yönəldirsən). O Allah ki, göylərdə və yerdə nə varsa - məxluqat, mülk və idarə etmək yalnız Ona məxsusdur. Heç şübhəsiz ki, bütün işlərin əzəli qədəri və onların yoluna qoyulması təkcə Allahın ixtiyarına qayıdır.