Ash-Shams surəsi الشمس

Tərcümə: Azerbaijani Translation - Ali Khan Musayev

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

وَٱلشَّمۡسِ وَضُحَىٰهَا ١

Wash-shamsi waduhāhā

And olsun günəşə və onun saçdığı şəfəqə!

وَٱلۡقَمَرِ إِذَا تَلَىٰهَا ٢

Wal-qamari idhā talāhā

And olsun onu təqib edən aya!

وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا ٣

Wan-nahāri idhā jallāhā

And olsun (günəşi) parlaq edən gündüzə!

وَٱلَّيۡلِ إِذَا يَغۡشَىٰهَا ٤

Wallayli idhā yaghshāhā

And olsun (günəşi) örtüb-bürüyən gecəyə!

وَٱلسَّمَآءِ وَمَا بَنَىٰهَا ٥

Was-samā'i wamā banāhā

And olsun göyə və onu bina edənə! (Yaxud: And olsun göyə və onun yaradılışına).

وَٱلۡأَرۡضِ وَمَا طَحَىٰهَا ٦

Wal-ardi wamā tahāhā

And olsun yerə və onu döşəyənə!

وَنَفۡسٖ وَمَا سَوَّىٰهَا ٧

Wanafsin wamā sawwāhā

And olsun nəfsə və ona (gözəl) biçim verənə,

فَأَلۡهَمَهَا فُجُورَهَا وَتَقۡوَىٰهَا ٨

Fa alhamahā fujūrahā wataqwāhā

ona (nəfsə) günahlarını və (Allahdan) qorxmasını təlqin edənə!

قَدۡ أَفۡلَحَ مَن زَكَّىٰهَا ٩

Qad aflaha man zakkāhā

Nəfsini (günahdan) təmizləyən nicat tapmışdır.

وَقَدۡ خَابَ مَن دَسَّىٰهَا ١٠

Waqad khāba man dassāhā

Onu (günaha) batıran isə ziyana uğramışdır.

كَذَّبَتۡ ثَمُودُ بِطَغۡوَىٰهَآ ١١

Kaddhabat thamūdu bitaghwāhā

Səmud (qövmü) öz azğınlığı üzündən (Allahın elçisi Salehi) inkar etdi.

إِذِ ٱنۢبَعَثَ أَشۡقَىٰهَا ١٢

Idhimba'atha ashqāhā

Onların ən bədbəxti (dəvəni kəsməyə) qalxdığı zaman

فَقَالَ لَهُمۡ رَسُولُ ٱللَّهِ نَاقَةَ ٱللَّهِ وَسُقۡيَٰهَا ١٣

Faqāla lahum rasūlullāhi nāqatallāhi wasuqyāhā

Allahın elçisi (Saleh) onlara: “Allahın (bu) dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane olmayın!”– dedi.

فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمۡدَمَ عَلَيۡهِمۡ رَبُّهُم بِذَنۢبِهِمۡ فَسَوَّىٰهَا ١٤

Fakaddhabūhu fa'aqarūhā fadamdama 'alayhim rabbuhum bidhambihim fasawwāhā

Onlar isə onu (Salehi) yalançı sayıb, dəvəni kəsdilər. Rəbbi də bu günahlarına görə onların hamısını məhv edib yerlə yeksan etdi.

وَلَا يَخَافُ عُقۡبَٰهَا ١٥

Walā yakhāfu 'uqbāhā

Allah bunun aqibətindən qorxmaz!

Oxunuş Qabas tərəfindən ərəb mətnindən yazılmış oxu köməkçisidir. Dəqiq tələffüz üçün ərəb hərflərini və təcvidi öyrənin.

Suallar

Ash-Shams surəsində neçə ayə var?

Ash-Shams surəsində 15 ayə var. Bu, Quranın 91 nömrəli surəsidir.

Ash-Shams surəsi Məkki, yoxsa Mədəni surədir?

Ash-Shams surəsi Məkki surədir.

Ash-Shams surəsi hansı cüzdədir?

Ash-Shams surəsi 30 nömrəli cüzdədir.

Ash-Shams surəsini dinləyə bilərəmmi?

Bəli. Bu səhifənin yuxarısındakı səsləndir düyməsini basın və ya istənilən ayədən başlayın. Qabas tətbiqində onu oflayn dinləmək üçün yükləyə də bilərsiniz.