أَوَلَمَّآ أَصَٰبَتۡكُم مُّصِيبَةٞ قَدۡ أَصَبۡتُم مِّثۡلَيۡهَا قُلۡتُمۡ أَنَّىٰ هَٰذَاۖ قُلۡ هُوَ مِنۡ عِندِ أَنفُسِكُمۡۗ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ١٦٥
Awalammā asābatkum musībatun qad asabtum mithlayhā qultum annā hādhā qul huwa min 'indi anfusikum innallāha 'alā kulli shay'in qadīr
Siz (Bədirdə) onların başına ikiqat müsibət gətirmiş olduğunuz halda, (Uhudda) başınıza bir müsibət gəldiyi zaman: “Bu, haradan gəldi?”– söylədiniz. De: “Bu, sizin özünüzdəndir!” Həqiqətən, Allah hər şeyə qadirdir.
Təfsir
Ey Möminlər! Bədr döyüşündə düşmənlərinizdən bir qisimini öldürüb diğər bir qisimini isə əsir alaraq onları ikiqat müsibətə məruz qoyduqunuz halda, Uhud döyüşündə sizdən bəziləri şəhid olub məğlubiyyətə uğrayaraq başınıza bir müsibət gəldiyi zaman: "Biz Allaha iman etdiyimiz və Allahın elçisi - səllallahu aleyhi və səlləm - də aramızda olduğu bir halda, bu müsibət bizə haradan gəldi?"– söylədiniz. Ey Peyğəmbər! De: "Başınıza gələn bu müsibət, bir-biriniz ilə mübahisə edib, Peyğəmbərə - səllallahu aleyhi və səlləm - asi olmaqınızın ucbatındandır!" Həqiqətən, Allah hər şeyə qadirdir. Allah istədiyinə kömək edir və istədiyinidə rəzil edər.