Al-Imran surəsi, ayə 164

3:164

لَقَدۡ مَنَّ ٱللَّهُ عَلَى ٱلۡمُؤۡمِنِينَ إِذۡ بَعَثَ فِيهِمۡ رَسُولٗا مِّنۡ أَنفُسِهِمۡ يَتۡلُواْ عَلَيۡهِمۡ ءَايَٰتِهِۦ وَيُزَكِّيهِمۡ وَيُعَلِّمُهُمُ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَإِن كَانُواْ مِن قَبۡلُ لَفِي ضَلَٰلٖ مُّبِينٍ ١٦٤

Laqad mannallāhu 'alal-mu'minīna idh ba'atha fīhim rasūlam min anfusihim yatlū 'alayhim āyātihī wayuzakkīhim wayu'allimuhumul-kitāba wal-hikmata wa in kānū min qablu lafī dalālim mubīn

Allah möminlərə, onların öz içərisindən, özlərinə Allahın ayələrini oxuyan, onları (günahlardan) təmizləyən, onlara Kitabı və hikməti öyrədən bir Elçi göndərməklə lütf göstərdi. Halbuki, bundan öncə onlar açıq-aydın azğınlıq içərisində idilər.

Təfsir

Artıq Allah möminlərə, onların öz işərisindən, özlərinə Quran ayə­lə­ri­ni oxu­yan, on­ları Allaha şərik qoşma və rəzil əxlaq günahlar­dan tə­miz­ləyən, onlara Quranı və Peyğəmbərin - sallallahu aleyhi və səlləm - sünnətini öy­rədən bir elçi gön­dərməklə lütf göstər­di. Hal­buki, bu elçi göndərilməzdən öncə onlar doğru-düzdün yoldan açıq-ay­dın azğınlıq içərisində idilər.