Al-Baqarah surəsi, ayə 97

2:97

قُلۡ مَن كَانَ عَدُوّٗا لِّـجِبۡرِيلَ فَإِنَّهُۥ نَزَّلَهُۥ عَلَىٰ قَلۡبِكَ بِإِذۡنِ ٱللَّهِ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ وَهُدٗى وَبُشۡرَىٰ لِلۡمُؤۡمِنِينَ ٩٧

Qul man kāna 'aduwwal lijibrīla fa innahū nazzalahū 'alā qalbika bi idhnillāhi musaddiqal limā bayna yadayhi wahudan wabushrā lil-mu'minīn

De: “Cəbrailə düşmən olan kəs (bilsin ki,) Allahın izni ilə (Quranı) özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən (bir kitab) olaraq sənin qəlbinə o nazil etmişdir”.

Təfsir

Ey Peyğəmbər! "Mələklərdən Cəbrail bizim düşmənimizdir" –deyən yəhudilərə söylə: "Kim Cəbrailə düşmənçilik edirsə qoy bilsin ki, Allahın izni ilə Quranı sənin qəlbinə nazil edən, Qurandan əvvəlki Tövrat və İncil kimi İlahi kitabları təsdiqləyici, xeyrə yönəldən və Allahın möminlər üçün müjdə olaraq hazırladığı nemətlərin xəbərini gətirən odur. Kim belə sifət və əməllərə sahib birinə düşmənçilik edərsə o azğın insandır.