وَلَتَجِدَنَّهُمۡ أَحۡرَصَ ٱلنَّاسِ عَلَىٰ حَيَوٰةٖ وَمِنَ ٱلَّذِينَ أَشۡرَكُواْۚ يَوَدُّ أَحَدُهُمۡ لَوۡ يُعَمَّرُ أَلۡفَ سَنَةٖ وَمَا هُوَ بِمُزَحۡزِحِهِۦ مِنَ ٱلۡعَذَابِ أَن يُعَمَّرَۗ وَٱللَّهُ بَصِيرُۢ بِمَا يَعۡمَلُونَ ٩٦
Walatajidannahum ahrasan-nāsi 'alā hayawātin waminal-ladhīna ashrakū yawaddu ahaduhum law yu'ammaru alfa sanatin wamā huwa bimuzahzihihī minal-'adhābi an yu'ammara wallāhu basīru bimā ya'malūn
Onları insanlar içində dünya həyatına, hətta müşriklərdən də daha çox həris olduqlarını görərsən. Onlardan hər biri min il yaşamağını istər. Halbuki uzun ömür belə onu əzabdan uzaqlaşdırmaz. Allah onların nə etdiklərini görür.
Təfsir
Ey Peyğəmbər, dünya həyatının nə qədər alçaq və zəlil olmasına rəğmən sən yəhudiləri bütün insanlardan, hətta öldükdən sonra dirilməyə və haqq-hesab gününə inanmayan müşriklərdən belə daha artıq yaşamağa həris görərsən. Yəhudilərin dirilməyə və haqq-hesab gününə inanan kitab əhli olmalarına baxmayaraq onlardan hər biri min il ömür yaşamaq istər. Halbuki ömürləri nə qədər uzun olursa olsun, bu onların heç birini Allahın əzabından uzaqlaşdırmaz. Allah onların nə etdiklərini görən və biləndir. Onların əməllərindən Allaha heç nə gizlin qalmaz və O, hər bir kəsin etdiyi əməlin müqabilini verəcəkdir!.