وَلَا تَطۡرُدِ ٱلَّذِينَ يَدۡعُونَ رَبَّهُم بِٱلۡغَدَوٰةِ وَٱلۡعَشِيِّ يُرِيدُونَ وَجۡهَهُۥۖ مَا عَلَيۡكَ مِنۡ حِسَابِهِم مِّن شَيۡءٖ وَمَا مِنۡ حِسَابِكَ عَلَيۡهِم مِّن شَيۡءٖ فَتَطۡرُدَهُمۡ فَتَكُونَ مِنَ ٱلظَّٰلِمِينَ ٥٢
Walā tatrudil-ladhīna yad'ūna rabbahum bil-ghadawāti wal-'ashiyyi yurīdūna wajhahū mā 'alayka min hisābihim min shay'in wamā min hisābika 'alayhim min shay'in fatatrudahum fatakūna minaz-zālimīn
Rəbbinin Üzünü (rizasını və ya savabını) diləyərək səhər və axşam çağı Ona dua edənləri (yanından) qovma. Nə sən onların haqq-hesabına görə azacıq da olsa cavabdehsən, nə də onlar sənin haqq-hesabına görə azacıq da olsa cavabdehdirlər. Onları qovsan, zalımlardan olarsan.
Təfsir
Ey Peyğəmbər! Gündüzün əvvəlində və sonunda daima ixlasla Allaha ibadət edən yoxsul müsəlmanları müşriklərin başçılarının İslama meyil etmələri üçün öz məclisindən uzaqlaşdırma. Nə sən o yoxsulların verəcəkləri hesabata cavabdehsən, - çünki onların hesabatı Allah yanındadır, - nə də onlar sənin verəcəyin hesabatına cavabdehdirlər. Əgər sən onları öz məclisindən qovsan, bu zaman sən Allahın hüdudlarını aşanlardan olarsan.